Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə181/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   177   178   179   180   181   182   183   184   ...   218
Mülki müdafiə (Mühazirələr)

Köçürmə tədbirlərinin təminatı       


    Əhalinin  normal köçürülməsini təmin etmək  məqsədilə köçürmə  marşrutlarında 
və  əhalinin  məskunlaşdığı  yerlərdə  müvafiq  ərazi  MM  qərargahları  tərəfindən 
kəşfiyyat, müşahidə və dozimetrik nəzarət təşkil edilir. 
         
  Köçürülən  əhalini  daşımaq  üçün  hərbi  və  xüsusən  vacib  xalq  təsərrüfatı 
yüklərinin  daşınmasına  cəlb  olunmamış  bütün  nəqliyyatdan,  o  cümlədən  də  şəxsi 
nəqliyyat  vasitələrindən  istifadə  edilir  ki,  bu  da  bilavasitə  yol  polisi  və 
avtonəqliyyat MM xidməti tərəfindən müvafiq plan üzrə yerinə yetirilir. 
            Köçürmə  üzrə  daşımaların  plan-cədvəli  köçürmə  işləri  ilə  məşğul  olan 
FHN-in  regional  şöbələrinin  və  icra  hakimiyyətinin  sifarişləri  üzrə  nəqliyyat 
orqanları (ictimai nəqliyyat vasitələrinin sahibləri) tərəfindən tərtib olunur. 
                  Əhalinin  köçürülməsi  dövründə  şəhər  sərnişin  nəqliyyatının  mövcud   
marşrutlarda  gecə-gündüz  fasiləsiz  işləməsi  planlaşdırılır;  ən  gərgin  işləyən 
marşrutlara əlavə nəqliyyat vasitələri (avtobuslar, trolleybuslar, tramvaylar) ayrılır. 
               Azərbaycan Respublikası FHN-in regional şöbələrinin nəqliyyat orqanları 
ilə  birlikdə  ümumi  köçürmə  zamanı  əhalinin  daşınması  planını  tərtib  etməklə 
yanaşı,  qismən  (əvvəlcədən)  köçürülməsi  üçün  daşımaları  da  hesablayırlar.  Belə 
hesablamalar  sülh  nəqliyyat  növlərinin  gündəlik  orta  daşıma  imkanları  nəzərə 
alınmaqla tərtib edilir. Bütün daşıma planları və hərəkət cədvəlləri yol polis idarəsi 
və ya yerli polis şöbələri ilə qabaqcadan razılaşdırılır. 
           
   Qatarların,  avtomobil  dəstələrinin,  gəmilərin  daşımalar  üzrə  cədvəli  pozularkən 
Azərbaycan  Respublikası  Fövqəladə  Hallar  Nazirliyi  ,  Nazirlər  Kabinetinin 
Fövqəladə Hallar üzrə Dölət komissiyası, şəhərlərin və rayonların icra hakimiyyəti 
başçıları  nəqliyyat  orqanlarının  təklifi  üzrə  nəqliyyatla  manevr  etmək,  yaxud 
ehtiyatda saxlanan avtomobil  nəqliyyatından  istifadə olunması barədə qərar qəbul 
edirlər.  Belə  hallarda  MM  qərargahları  və  fövqəladə  komissiyalar  əhalinin 
köçürmə  qeydiyyat  məntəqələrinə  gətirilməsi  ardıcıllığını  dəqiqləşdirir,  həmçinin 
köçürmə planlarında müvafiq dəyişiklik edirlər.   
  Köçürülən  əhali  yolda  özü  ilə  götürdüyü  ərzaq  ehtiyatı  qidalanır,  həmçinin  ona 
uzaq  məsafəyə  aparılarkən  Respublikanın  müvafiq  icra  hakimiyyət  orqanları 
hesabına ərzaq (gündə bir dəfə isti xörək) verilməsi nəzərdə tutulur.  
   Köçürmə  tədbirlərinə  cəlb  edilən  avtomobil  nəqliyyatı  vasiətələrinə  yanacaq 
doldurmaq üçün yanacaqdoldurma stansiyaları şəbəkəsindən istifadə olunur və bu 
zaman  dərəcəli  şəhərlərdəki  (fəlakət  zonalarındakı)  yanacaqsürtkü  materialları 
ehtiyyatları  ilk  növbədə  sərf  edilir.  Kifayət  qədər  stasionar  avtomobil 
yanacaqdoldurma stansiyaları olmayan  
marşutlarda  Azərbaycan  Dövlət  Neft  Şirkətinin  qüvvəsilə  səyyar  avtomobil 
yanacaqdoldurma stansiyaları açılır. 
                Avtomobil  dəstələrini  (kolonalarını)  yaradan  təşkilatların  qüvvələri  və 
təmir  vasitələri  hesabına  köçürmə  marşrutlarında  nəqliyyat  vasitələrinə  texniki 
xidmət (təminat) təşkil edilir. Nasaz  maşınların cari təmiri  – zədələnmiş  maşınlar 
toplanan  məntəqədə,  yaxud  stasionar  təmir  müəssisələrində  səyyar  təmir-bərpa 
qruplarının qüvvə və vasitələrilə yerinə yetirilir. 


                 Köçürmə  dövründə  əhaliyə  tibbi  xidmət  respublikanın  ərazi  səhiyyə 
orqanlarına həvalə olunur. 
        Çoxlu  köçürülən  əhali  toplanan  rayonlarda  (yerlərdə)  stasionar  tibbi 
müəssisələri çatışmayan hallarda əlavə tibb məntəqələri açılır. 
    Piyada köçürmə marşrutlarında tibb müəssisələri olmadıqda Səhiyyə     nazirliyi 
xüsusi maşınlarda səyyar tibb məntəqələri təşkil edir. 
               Güclü  təsirli,  radioaktiv  və  ya  kimyəvi  maddələrlə  zəhərlənmiş  əhalini 
sanitariya  təmizlənməsindən  keçirmək  üçün  əhalinin  hərəkət  marşrutlarında  və 
məskunlaşması  rayonlarında  sanitar-yuyunma  məntəqələrindən  (SYM)  və  paltar 
zəhərsizləşdirmə stansiyalarından (PZS); avtomobilləri təmizləmək üçün nəqliyyatı 
zəhərsizləşdirmə stansiyalarından (NZS), nəqliyyat marşrutlarında zərərsizləşdirmə 
işləri üçün – zəhəsizləşdirmə komandalarından (qruplarından) istifadə olunur. 
              Köçürmə  dövründə  ictimai  asayişin  qorunması  üzrə  tədbirlərin 
planlaşdırılması və yerinə yetirilməsi Azərbaycan Respublikası DİN ictimai asayişi 
mühafizə orqanlarına həvalə olunur. 
         Köçürmə  (qəbuletmə)  tədbirlərini  həyata  keçirən  bütün  orqanların  vəzifəli 
şəxslərinin xidmət funksiyaları ərazi və sahə rəhbərləri tərəfindən müəyyən edilir. 
Əhalinin köçürülməsi işini bilavasitə yerinə yetirmək üçün köçürmə 
komissiyalarının qüvvələri ilə toplanış—köçürmə məntəqələri açılır (TKM). Bu 
məntəqələr adətən, adamlar, nəqliyyat vasitələrinə mindiriləcək meydançaların və 
yolların yaxınlığındakı, məktəb, klub binalarında və başqa ictimai binalarda açılır. 
Müxtəlif əhali toplanış köçürmə məntəqələrinə 1əvvəlcədən obyektlər üzrə təhkim 
edilir. Toplanış köçürmə məntəqələrinə gələn əhali burada qeydə alınır. Köçürülən 
əhalini qeydiyyatı üçün əsas sənədlər şəxsiyyəti təsdiq edən pasport (vəsiqə) və iş, 
yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin siyahısından ibarətdir. 
Sənədlərdən pasportu, hərbi bileti, təhsil haqqında diplomu (atestatı), evlənmə 
haqqında vəsiqə, əmək kitabçasını və yaxud təqaüd vəsiqəsini, uşaqların doğum 
şəhadətnaməsi– yaş kağızlarını və məktəb gündəliklərini götürürlər. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin