Sülh dövründə əhalinin təxliyyəsi – əhalinin təbii və texnogen FH baş verən
zonadan və FH ehtimal olunan ərazidən, FH zədələyici amillərinin təsirindən uzaq
ərazidə həyat təminatlı-əvvəlcədən müəyyən olunmuş yerlərdə qısa müddətə
yerləşdirilməsi üçün həyata keçirilən kompleks tədbirlərdir.
Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili.
Köçürmə (qəbul etmə) tədbirlərinin planlaşdırılması, təşkili və həyata
keçirilməsinə görə ərazi və sahə idarəetmə orqanlarının rəhbərləri məsuliyyət
daşıyırlar.
Mülki müdafiə qərargahları, fövqəladə hallar üzrə komissiyalar köçürmə
barədə müvafiq rəhbərlik tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsi
üçün məsuliyyət daşıyırlar.
Mülki müdafiə xidmətlərinə və digər orqanlara onların təyinatına uyğun
olaraq, köçürmə tədbirlərinin təminatı həvalə edilir.
Təhlükəli dövrdə respublikada köçürmə işlərinə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin fövqəladə hallar üzrə Dövlət Komissiyası ümumi rəhbərlik edir.
Naxçıvan
MR-də
əhalinin
köçürülməsinə
Naxçıvan
Muxtar
Respublikasının fövqəladə hallar üzrə komissiyası bilavasitə rəhbərlik edir.
Şəhərlərdən, rayonlardan, kənd və qəsəbə sovetliklərindən əhalinin
köçürülməsinə bu rayonların və şəhərlərin icra hakimiyyəti orqanlarının fövqəladə
hallar üzrə komissiyaları bilavasitə rəhbərlik edirlər.
Fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, habelə
ali, orta ixtisas məktəbi tələblərinin, texniki peşə məktəbi şagirdlərinin
köçürülməsinə sahələrin və obyektlərin fövqəladə hallar üzrə komissiyaları
bilavasitə rəhbərlik edirlər.
Şəhər və rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyaları
yaranmış vəziyyətdən asılı olaraq həm yerli əhalinin köçürülməsi, həm də buraya
köçürülən əhalinin qəbulu, yerləşdirilməsi və təminatı üzrə məsələləri həll edirlər.
Lazımi hallarda köçürmə marşrutlarında kənd rayonlarının bazası əsasında aralıq
köçürmə məntəqələri yaradıla bilər.
Köçürülən (qəbul edilən) əhalinin uçotunu aparmaq üçün icra hakimiyyəti
başçılarının və onların yerlərdəki nümayəndələrinin qərarı ilə köçkünlərin
(qaçqınların) qeydiyyat məntəqələri yaradılır.
Köçürülən əhalini mütəşəkkil surətdə yola salmaq və qarşılamaq məqsədilə
köçürmə marşrutlarında nəqliyyata minmək və düşmək üçün məntəqələr müəyyən
edilir.
Əhalinin piyada köçürmək üçün əvvəlcədən piyada dəstələrin hərəkət
marşrutları müəyyənləşdirilir. Hər bir marşrut üçün marşrut rəisi və idarəetmə
qrupu təyin edilir.
Köçürmə prosesini idarə etmək üçün əsasən, Azərbaycan Respublikası Rabitə
Nazirliyinin,Fövqaladə Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və digər
sahələrin bütün mövcud rabitə və xəbərdarlıq vasitələrindən istifadə olunur.
Dostları ilə paylaş: