Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə176/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   172   173   174   175   176   177   178   179   ...   218
Mülki müdafiə (Mühazirələr)

Təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir
• müasir qırğın silahlarının təsirindən və dağıntılardan əhalinin etibarlı mühafizəsi; 
• müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal 
vaxt sərf etməklə gətirilməsi; 
• MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əlverişli şəraitdə 
qruplaşdırılması; 
• lazımi sanitariya—gigiyena şəraiti. 
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi rayonların və yaşayış 
məntəqələrinin müəyyən edilməsi, hazırlanması və təşkil edilməsi işləri 
əvvəlcədən, hələ sülh dövründə başlanılır, fövqəladə hallar təhlükəsi yaranan 
dövrdə tam sürətlə başa çatdırılır. Bu məqsədlə: 
• nəqliyyat yolları təkmilləşdirilir və qaydada salınır; 
• mövcud olan rabitə sistemi inkişaf etdirilir; 
• mənzil fondu, tibbi komunal, ticarət müəssələri köçürülüb gətirilən əhalinin 
yerləşməsi və ona xidmət göstərilməsinə hazırlanır; 
• əlavə su təchizatını mənbələrinin, digər mühəndis texniki tədbirlərinin yerinə 
yetirilməsi işləri təşkil edilir. 
Təxliyyə tədbirləri aşağıdakı məqsədlərlə planlaşdırılır və həyata keçirilir: 
• Kateqoriyalı şəhərlərin əhalisinin mümkün itkilərini azaltmaq və ixtisaslı 
mütəxəssis kadrlarının saxlamaq üçün; 
• İqtisadiyyat obyektlərinin müharibə dövründə öz istehsal fəaliyyətinin 
dayanıqlılığını təmin etmək; 
• Təhlükəsiz zonada zədə ocaqlarında qəza-xilasetmə dəstələrinin və digər 
təxirəsalınmaz işlərin yerinə yetirilməsi məqsədilə MM dəstələrinin yaradılması 
üçün şəraitin təmin edilməsi. 
Köçürülmə tədbirləri həm sülh dövründəki fövqəladə hallarda, həm də müharibə 
dövrünün fövqəladə halları zamanı əhalinin təhlükəsizliyini təmin etmək üçün 
həyata keçirilir. Təxliyənin keçirilməsi xüsusiyyətləri yaranmış fövqəladə halın 


xarakteri (radioaktiv çirklənmə və ya ərazinin kimyəvi zədələnməsi, daşqın və s.), 
FH mənbəyinin zədələyici faktorlarının məkan-vaxt xarakteristikaları, ərazidən 
çıxarılan (uzaqlaşdırılan) əhalinin say və cəlb olunması, təxliyə tədbirlərinin vaxtı 
və təcililiyi ilə müəyyənləşdirilir. Göstərilən əlamətlər təxliyənin keçirilməsi 
variantlarının təsnifatı əsasını təşkil edir. 
Bu kimi tədbirlərin zaman və müddətindən asılı olaraq aşağıdakı təxliyə 
(müvəqqəti köçürülmə) variantları seçilir: qabaqlayıcı və təcili (təxirəsalınmaz). 
Potensial təhlükəli obyektlərdə layihədən kənar qəzanın və ya təbii fəlakətin baş 
verməsi ehtimalı yarandıqda əhalinin qabaqlayıcı təxliyəsi həyata keçirilir. Qəza və 
təbii fəlakətin baş vermə ehtimalı olmasına əvvəlcədən verilmiş proqnoz bu kimi 
təxliyənin keçirilməsi üçün əsas ola bilər. 
Fövqəladə vəziyyət yarandıqda əhalinin təcili (təxirəsalınmaz) təxliyəsi həyata 
keçirilir. Əhalinin fövqəladə hal zonasından köçürülməsi (çıxarılması) xəbərdarlıq 
edildikdən sonra çox qısa bir vaxtda və hətta FH mənbəyinin zərbə faktorlarının 
insanlara təsiri şəraitində belə həyata keçirilə bilər. 
Əhalinin həyat və sağlamlığına təhlükə yaradan normal həyat təminatı pozulduqda 
da təcili (təxirəsalınmaz) təxliyə (köçürülmə) həyata keçirilir. Təxliyənin 
başlanması və onun keçirilmə müddətlərinə aid qərar ilkin həyat təminatı texniki 
cəhətdən mümkünsüz olduqda və ya iqtisadi nöqteyi-nəzərindən məqsədəuyğun 
olmadıqda qəbul edilir. İlkin həyat təminatının təşkili şərti ilə təxliyənin müddətləri 
nəqliyyat imkanları ilə müəyyənləşdirilir. 
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri müasir dövrdəki müharibələr 
şəraitində nəzərdə tutulan köçürmələrdən prinsipcə fərqlidir. Məsələn, 2-ci Dünya 
müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara 
köçürülürdü. Müasir şəraitdə köçürmə düşmənin zərbələr endirəcəyi ən çox 
ehtimal olunan şəhərlərdən və obyektlərdən, həmçinin sülh dövrü üçün xarakterik 
olan FH xamanı zamanı adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən 
əhalinin çıxarılıb, bu şəhərlərin hər tərəfindəki bütün təhlükəsiz rayonlarda 
yerləşdirilməsini nəzərdə tutur. 
Köçürmə tədbirləri fovqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə 
dövründə adamların həyatı və sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə 
ya qabaqcadan, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal 
yerinə yetirilməlidir. Müharibə dövründəki fövqəladə hallarda (FH) köçürülmə bu 
məqsədlə görülməli tədbirlər kompleksinin daha böyuk həcmi və geniş dairəsilə 
səciyyəvi xarakter daşıyır. 
Əhalinin köçürülməsi nəzərdə tutulan şəhərlərdəki hər bir müəssisə, idarə, təşkilat, 
məktəb üçün təhlükəsiz zonada yerləşmə rayonu müəyyən edilir ki, bu rayon oraya 
köçürüləcək fəhlələrin, qulluqçuların və onların ailə üzvlərinin sayından asılı 
olaraq bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. 
Müharibə dövründə təhlükəli rayonlarda işini davam etdirən obyektlərin fəhlə və 
qulluqçuları köçürülüb təhlükəsiz zonada yerləşdiriləndən sonra təhlükəli rayona 
növbələr üzrə gətirilib və işdən sonra dincəlmək üçün təhlükəsiz yerə aparılır. 
Əhalinin köçürülməsi ərazi istehsalat prinsipi üzrə həşkil edilir. İstehsalat prinsipi 
bütün fəhlə və qulluqçuların, onların ailə üzvlərinin, ali məktəb tələbələrinin və 


orta ixtisas məktəbləri tələbələrinin, texniki peşə və orta məktəb şagirdlərinin 
obyektlər üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini 
nəzərdə tutur. 
Bu zaman iri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları 
təhlükəsiz zonada elə məsafədəki rayonlarda yerləşdirilməlidir ki, burada onların 
təhlükəsizliyi təmin edilsin, işə aparlıması və təhlükəsiz zonaya gətirilməsi isə 
minimal (ən çoxu 2 saat) vaxt sərf edilsin. 
Ərazi prinsipi isə qalan (işləməyən) əhalinin yaşayış yerlərindən (mənzil—
istismar, evlər idarələri tərəfindən) köçürülməsini nəzərdə tutur. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin