işini davam etdirəcək obyektlərin fəhlə və qulluqçuların, həmçinin zədələnmə
ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üçün qüvvə və
vasitə qruplarını, mümkün qədər yaxın yaşayış məntəqələrində yerləşdirmək
nəzərdə tutulmalıdır. Köçürülən əhali yerləşdiriləcək rayonlar və oraya gedən
marşrutlar Azərbaycan Respublikası FHN tərəfindən bu şəhərin (rayonların) icra
hakimiyyəti başçıları ilə birlikdə dəqiqləşdirilir və hərbi komandanlıq orqanları ilə
əvvəlcədən razılaşdırılır. Köçürüləcək xalq təsərrüfatı obyektlərinin və digər
təşkilatların bu yaşayış məntəqələrində yerləşdirilməsi məsələsi rəsmiləşdiriləndən
sonra, əhalini qəbul edəcək şəhər və rayonların icra hakimiyyəti orqanları həmin
obyekt və təşkilatlara lazımi qaydada tərtib edilmiş məskunlaşma orderləri verir və
əhalinin həyat təminatı məsələlərini həll edirlər.
Kimyəvi təhlükəli obyektlərdə qəza baş verərkən, eləcə də ərazidə
radioaktiv zəhərlənmə (çirklənmə) olarkən köçürmə işləri adətən iki mərhələdə
yerinə yetirilir: əhali əvvəlcə zədələyici amillərin təsir zonasının hüdudlarına
çıxarılır; sonra isə təhlükəsiz rayonlardakı yerləşdirmə məntəqələrinə aparılır. Bu
dövrdə həmçinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizə tədbirləri də
görülür. Qəza baş vermiş rayon ərazi polis idarələrinin əməkdaşları tərəfindən
ciddi nəzarətə alınır, əhalinin qəza zonasından köçürülməsini isə yol polisi
müəyyən marşrut üzrə nizama salır.
Köçürülən əhalinin qeydiyyatı üçün əsas sənədlər – şəxsiyyəti təsdiq edən
pasport (vəsiqə) və iş, yaxud yaşayış yerində tərtib olunmuş köçürülənlərin
siyahısından ibarətdir.
Şəhərlərdən, rayonlardan və ayrı-ayrı yaşayış məntəqələrindən əhalinin
köçürülməsi barədə qərarları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər:
- müharibə dövründə – Müdafiə Nazirinin, yaxud müvafiq ərazi icra
hakimiyyəti başçısının təklifi üzrə – Azərbaycan Respublikasının Prezidenti və ya
Baş Naziri;
-
sülh dövründə – ərazisində fövqəladə hallar yaranmış şəhərin (rayonun) icra
hakimiyyəti başçısı.
- Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və Baş Nazirinə
məlumat verir.
Silahlı münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlardan və
cəbhə ətraflı zolaqlardan əhalinin köçürülməsi hərbi komandanlığın və icra
hakimiyyəti başçısının birgə qərarı ilə həyata keçirilir. Bu barədə onlar tabeliyi
üzrə yuxarı idarəetmə orqanlarına dərhal məlumat verirlər.
Dostları ilə paylaş: