Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və  aparılması qaydaları



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə195/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   191   192   193   194   195   196   197   198   ...   218
Mülki müdafiə (Mühazirələr)

 Fövqəladə hallarda MM kəşfiyyatının təşkili və  aparılması qaydaları   
 
Kəşfiyyatı  təşkil  etmək  bütün  MM  rəhbərlərinin,  qərargahlarının  və 
komandirlərinin vacib vəzifələrindəndir. 
 
Kəşfiyyatın  konkret  məqsədlərini,  ilk  növbədə  hansı  məlumatların 
toplanmasını  və  müddətlərini,  bunun  üçün  istifadə  ediləcək  qüvvələri  mülki 
müdafiə rəhbəri müəyyənləşdirir. 
 
Kəşfiyyatın  dəqiq  təşkil  edilməsi  üçün  MM  qərargahının  rəisi  tam 
məsuliyyət  daşıyır;  bu  işin  bilavasitə  təşkilatçısı  isə  MM  qərargahı  rəisinin 
müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə 
uyğun  olaraq  kəşfiyyat  tədbirlərinin  planlaşdırır,  qrupları  və  manqaları  fəaliyyətə 
hazırlayır,  kəşfiyyata  göndərir,  onlardan  alınan  kəşfiyyat  məlumatlarını  toplayır, 
təhlil  edir  və  ümumiləşdirir.  Fəlakət  rayonlarında,  yaxyd  zədələnmə  oğaqlarında 
vəziyyət barədəki bu məlumatlar dərhal MM rəhbərinə və yuxarı qərargaha təqdim 
edilir, həmçinin tabelikdəki qərargahlara dəstə komandirlərinə çatdırılır. 
 
Kəşfiyyatı təşkil etmək  üçün sənəd  – kəşfiyyat planıdır. Plan  müvafiq MM 
qərargahında  əvvəlcədən  tərtib  edilir,  yuxarı  qərargahla  razılaşdırılır  və  MM 
rəhbəri tərəfindən təsdiqlənir. 
 
Plana  obyektin  sxemi  (rayonun  xəritəsi)  əlavə  edilir,  burada  idarəetmə 
məntəqələrinin,  mühafizə  qurğularının,  kəşfiyyat  bölmələrinin  yerləri,  bu 
bölmələrin  konkret  fəaliyyət  marşrutları,  vəzifələrini  yerinə  yetirdikdən  sonra 
toplanış  məntəqələri  şərti  işarələrlə  göstərilir.  MM  qərargahının  rəisi  bölmə 
komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem əsasında 
verir.  Sərəncamda  yaranmış  vəziyyət  barədə  qısa  məlumat  verilir,  kəşfiyyatın  nə 
münasibətlə  aparıldığı,  onun  konkret  vəzifələri  və  icra  müddəti  marşrutlarda 
fəaliyyət  vaxtı  rabitə  yaratmaq  və  kəşfiyyatın  nəticələri  barədə  məlumat  vermək 
qaydaları  dəqiq  göstərilir.  Kəşfiyyat  bölmələri  radioaktiv  zəhərlənmə  ocaqlarına 
göndərilən  hallarda  isə,  həmçinin  şəxsi  heyətin  yolverilən  şüalanma  dozası  da 
müəyyən edilir.  


Şəhərdə,  rayonda  və  obyektlərdə  kəşfiyyat  işlərinə  radiasiya  və  kimya 
müşahidcəsi  postları,  MM  kəşfiyyat  qrupları  xidmətlərin  və  dəstələrin  kəşfiyyat 
manqaları  (bölmələri),  habelə  müşahidə  və  laboratoriya  nəzarəti  şəbəkəsinin 
(MLNŞ) müəssisələri cəlb edilirlər. 
 
Radiasiya  və  kimya  müşahidəsi  postları  (RKMP)  –  bütün  obyektlərdə 
yaradılır  və  təhlükə  yaranarkən  bilavasitə  fəaliyyətə  başlayırlar.  Onların  əsas 
vəzifələri  radioaktiv  və  kimyəvi  zəhərlənmələri  vaxtında  aşkar  etmək,  müşahidə 
sahəsində  vəziyyətin  dəyişdirilməsinə  fasiləsiz  göz  qoymaq  və  qərargaha 
müntəzəm  surətdə  məlumat  verməkdir.  Təbii  fəlakət  və  istehsalat  qəzaları  vaxtı 
ona  digər  vəzifələr  də  tapşırıla  bilər.  Post  elə  yerdə  qoyulmalıdır  ki,  oradan 
hərtərəfli  müşahidə  etmək  mümkün  olsun  və  postun  özü  MM  idarəetmə 
məntəqəsini  yaxınlığında  yerləşsin.  Müşahidəçilərin  daldalanması  və  növbədən 
sonra  dincəlməsi  üçün  burada  hökmən  üstüörtülü  səngər  düzəldilir,  müşahidəçi 
duran  yerdə  cəhətləri  göstərən  nişanlar  qoyulur.  Postun  heyəti  onun  rəisindən  və 
iki  müşahidəçidən  ibarətdir.Onlar  müşahidəni  vizual  üsulla,  habelə  radiasiya  və 
kimya  kəşfiyyatı  cihazları  vasitəsi  ilə  aparırlar.  Bu  məqsədlə  onlar  cihazlardan 
əlavə həmçinin fərdi mühafizə vasitələri, rabitə və xəbərdarlıq vasitələri, kompas, 
saat,  səmt  göstərən  və  bucaq  ölçən  xüsusi  limb,  müşahidə  curnalı,  habelə  öz 
vəzifələrini yerinə yetirmək üçün lazım olan digər avadanlıqlar təchiz olunurlar. 
 
Kəşfiyyat qrupu isə təbii fəlakət, qəza nəticəsində obyektdə, digər fəaliyyət 
rayonunda,  habelə  düşmən  basqınından  sonra  zədələnmə  ocağında,  hərəkət 
marşrutlarında  yaranmış  vəziyyəti  öyrənmək  məqsədi  ilə  göndərilir.  Kəşfiyyat 
qrupu, onun komandirlərindən və hərəsi üç nəfərlik bir rabitə və bir neçə kəşfiyyat 
manqalarından  ibarət  olur.  Hər  manqa  bir-birindən  500  m  aralı  üç  mühafizə 
qurğusunda,  yaxud  800  m-dək  zolaqda  (şəhərin 2-3  məhəlləsindən  ibarət sahədə) 
kəşfiyyat aparmaq  üçün  nəzərdə tutulur. Qrup  fərdi mühafizə  vasitələri, radiasiya 
və kimya kəşfiyyatı cihazları, hədd nişanları dəsti, fərdi dozimerlər ilə təchiz edilir, 
fəaliyyətə  başlayarkən  ona  nəqliyyat  və  rabitə  vasitələri,  habelə  hərəkət 
marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə kəşfiyyat sxemi verilir.  
Zədələnmə  rayonlarında  kəşfiyyat  aparılarkən,  radiasiya  səviyyələri  0,5 
rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd 
nişanları vasitəsilə nişanlanır. 
Zədələnməni  ölçdükdən  sonra  kəşfiyyatçı  hədd  nişanı  qoyur  və  nişanda 
zəhərlənmənin  növünü,  səviyyəsini  və  ölçülmə  vaxtını  qeyd  edir.  Hədd  nişanı 
yolun kənarında yaxşı görülən yerdə qoyulmalıdır. Nişanı elə qoyurlar ki, onun üz 
tərəfi  yerdə  zəhərlənmə  olmayan  və  ya  az  olan  sahəyə  tərəf  dursun.  Qrupun 
komandiri  hərəkəti  davam  etdirərək  marşrutun  sxemində  hər  dəfə  zəhərlənmə 
ölçülən yeri, zəhərlənmənin (növünü) və ölçülmə vaxtını kəşfiyyat curnalında qeyd 
və bu barədə radio vasitəsi ilə obyektin MM qərargahına məlumat verir.  
Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də 
xilasetmə  işləri  aparılacaq  sahələrdə  zəhərlənmənin  növünü,  səviyyəsini 
(dərəcəsini) təyin edir, vəzziyyətin dəyişməsinə nəzarət edirlər. 
Kəşfiyyat  başlamaq  üçün  çıxış  məntəqəsinin  yeri  obyektin  yaxınlığında  
müəyyən edilir. Burada qrupun komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat 
aparmaq  üçün  manqalara  tapşırıq  verir.  Kəşfiyyatçılar  obyektin  sexlərində, 


sığınacaqlarında,  xilasetmə  aparılacaq  yerlərdə  yaranmış  vəziyyəti  (dağıntılarınb, 
yanğınların  xarakterini,  adamlar  qalmış  yerləri  və  s.)  öyrənir,  zəhərlənmənin 
səviyyələrini ölçürlər. Belə yerlər, adətən əvvəlcədən müəyyən  edilir və yuxarıda 
deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (planında) göstərilir. 
Kəşfiyyat  qurtardıqdan  sonra  kəşfiyyat  qrupu  (manqası)  toplanış 
məntəqəsinə  gəlir,  komandir  qərargaha  vəzifələrin  yerinə  yetirilməsi  haqqında 
məlumat  verir  və  kəşfiyyat sxemini təqdim  edir.  Bundan  sonra  o,  lazımi  hallarda 
avtomobilin,  şəxsi  heyətin  zəhərlənmə  dərəcəsini  yoxlayır,  buna  ehtiyac  varsa, 
xəsusi  təmizləmə  işlərini  təşkil  edir,  dozimetrlərin    göstəriciləri  əsasında  şəxsi 
heyətin  məruz  qaldığı  şüalanma  dozalarını  hesablayır  və  qrupu  yeni  vəzifələrin 
icrası üçün işə hazırlayır.  
Qəza  yerlərini  müəyən  etməklə,  adamlar  toplanan  yerlərə,  anbarlara  su 
mənbələrinə xüsusən diqqət yetirməklə, havadan və torpaqdan nümunələr götürüb 
analizə göndərməklə bu vəzifələrin öhdəsindən gəlmək mümkündür. 
Güclü  zəlzələdən  sonra  aparılan  kəşfiyyatın  əsas  vəzifələri  isə  bina  və 
tikililərin nə dərəcədə dağıldığını, uçqunlar altında adamlar qalan yerləri və onların 
vəziyyətini,  ikinci  zədələnmə  ocaqlarının  (yanğın,  daşqın,  kmyəvi  zəhərlənmə) 
yaranıb-yaranmadığını öyrənmək,  qaz,  su,  elektrik şəbəkələrində  qəzaların  yerini, 
dərəcələrini,  xilasetmə  işlərinin  növünü,  həcmini  və  s.  müəyyən  etməkdən 
ibarətdir. 
Daşqın  və  sel  vaxtı  kəşfiyyat  bölmələri  fəlakətli  sahələrin  hüdudlarını, 
yardıma  ehtiyacı  olan  adamlar,  habelə  kənd  təsərrüfatı  heyvanları  qalmış  sahələri 
müəyyənləşdirir,  daşqın  zonasından  çıxarılmalı  maddi  sərvətləri  aşkar  edir, 
üzgüçülük vasitələrindən istifadə edilməsi üçün marşrutlar axtarır və s.  
Buna misal olaraq 2010-cu ildə may iyun aylarında Salyan, Sabirabad ,Saatlı 
və Şirvan bölgəsində Kür və Araz çaylarının subasması.  
Sülh və müharibə dövründə ətraf mühitin sağlamlığı üzrə kəşfiyyat işlərinin 
bir  qismi  də  respublikanın  müşahidə  və  laboratoriya  nəzarəti  şəbəkəsi  tərəfindən 
yerinə  yetirilir.  Bu  şəbəkənin  vəzifələri,  tərkibi  və  fəaliyyət  qaydası  xüsusi 
əsasnamə ilə müəyyən və təsdiq edilmişdir. 
Müşahidə  və  laboratoriya  nəzarəti  şəbəkəsi  (MLNŞ)  ətraf  mühitin 
radioaktiv, kimyəvi, güclü təsirli və bakterial maddələrlə zəhərlənməsinə müşahidə 
və  laboratoriya  nəzarəti  etməkdən,  mühafizə  tədbirləri  görülməsi  üçün  müvafiq 
d.vlət orqanlarına məlumat verməkdən ötrü nəzərdə tutulmuşdur. 
MLNŞ-a,  əsasən  bu  təşkilatlar  cəlb  edilir:  Səhiyyə  nazirliyinin  sanitar-
epidemiologiya  mərkəzləri  və  stansiyaları;  kənd  təsərrüfatı  nazirliyinin  baytarlıq 
laboratoriyaları,  baytar  nəzarəti  postları  və  bitki  mühafizəsi  stansiyaları;  dövlət 
hidrometrrologiya komitəsinin  radiometriya laboratoriyası  və qrupları; daxili işlər 
nazirliyi  şəhər  və  rayon  polis  şöbələrinin  struktur  bölmələri,  müdafiə  nazirliyinin 
xəsusi 
bölmələri; 
Fövqaladə 
hallar 
nazirliyinin 
kimyəvi-radiometriya 
laboratoriyası,  nazirliklərin,  ərazi  icra  hakimiyyəti  başçılarının  və  obyektlərinin 
radiasiya  və  kimya  müşahidəsi  postları,  habelə  bir  sıra  digər  respublika 
təşkilatlarının sahə laboratoriyaları. 


Müşahidə  və  laboratoriya  nəzarəti  şəbəkəsi  üçün  konkret  şəraitdən  asılı 
olaraq üç iş recimi müəyyən edilmişdir: gündəlik, yüksək hazırlıq və fgvqəladə iş 
recimi. 
Gündəlik  iş recimi həm ekoloci,  həm texnogen,  həm də epidemik cəhətdən 
normal  adi  iş  şəraitini  əhatə  edir.  Bu  recimdə  respublikanın  bütün|  bölmələrinin 
qüvvələri  ilə  ətraf  mühitdə  kimya,  radiasiya,  epidemiya,  epizootiya,  epifitotiya 
müşahidəsi və laboratoriya nəzarəti aparılır. 
Yüksək  hazırlıq  recimində  texnogen,  epidemik  şərait  kəskin  surətdə 
pisləşdikdə,  həmçinin  fövqəladə  hallar  ehtimalı  yarandıqda  təbii  mühitdə  və 
təhlükə potensiallı obyektlərdə müşahidə və nəzarət gücləndirilir, şəbəkənin xəsüsi 
(fövqəladə) iş reciminə keçirilməsinə hazırlıq görülür. 
Fövqəladə  recimdə  isə  gündəlik  recimdə  fəaliyyət  göstərən  qüvvələrdən 
əlavə  həmçinin:  müşahidə  və  laboratoriya  nəzarəti  şəbəkəsinə  daxil  olan  nazirlik, 
komitə,  şirkət,  Elmlər  Akademiyası  və  s.  idarələrin  müvafiq  qüvvələri  ilə  həm  
müşahidə, həm də laboratoriya nəzarəti aparılır.  
Mülki Müdafiə hissələrin  və  hərbiləşməmiş dəstələrin kəşfiyyatın təşkili  və 
rəhbərlik üzrə  şəxslərin funksional  vəzifələri 
 
Hissənin  komandiri  (  qərargah  rəisi)  kəşfiyyatın  təşkili  üzrə  şəxsən 
məsuliyyət daşıyır.  
 
O borcludur: 
-kəşfiyyatın  aparılması  üçün  hissənin  vəziyyətini,  imkanlarını  və  daimi  şəraiti 
bilməlidir; 
 
-MM 
qüvvələrinin  fəaliyyət  rayonlarında  kəşfiyyatın  vəzifələrini 
müəyyənləşdirilməlidir; 
 
-kəşfiyyat  tapşırıqlarını  yerinə  yetirmək  üçün  qrup  ayırmalı  və  hazırlamalı, 
ehtiyyat kəşfiyyat qrupları təyin etməlidir; 
 
-vaxtında  kəşfiyyat  qruplarına  tapşırıq  verməli,  onun  yerinə  yetirilmə 
müddətini  müəyyən  etməli  və  şəxsən  özü  və  ya  qərargah  vasitəsi  ilə  tapşırıqların 
yerinə yetirilməsinə nəzarət etməlidir; 
 
-fövqəladə  hadisələr  zamanı  kəşfiyyatı  və  onun  fasiləsiz  aparılmasını  təşkil 
etməli,  təşkilatın  qüvvə  və  vasitələrindən  istifadə  edilməsi,  bu  zaman  istifadə 
olunan texnika və avadanlıqların güclü və zəif tərəflərini öyrənməlidir. 
 
-ərazinin  xarakteristikalarını,  obyektin  texnoloci  xüsusiyyətlərini  və  onların 
kəşfiyyat orqanlarının istifadəsinə təsirini bilməlidir; 
 
-ştatlı  və  ya  ştatsız  kəşfiyyat  qruplarının  daim  komplektləşməsini, 
mütəxəssislərin  hazırlanmasını  və  onların  lazımi  texnika  və  avadanlıqlarla  təchiz 
edilməsini təmin etməlidir; 
 
-kəşfiyyat məlumatlarını mütəmadi olaraq öyrənmək, ümumiləşdirmək, yuxarı 
rəisə  vaxtında  məlumat  verməli  və  tabeliyində  olanları  qonşularını 
məlumatlandırmalıdır;                                                                                                         
-fövqəladə  hadisə  zamanı  təcili  yuxarı  rəisə  məruzə  etməli,  qəza  rayonunda 
görüləcək  xilasetmə  işlərinin  xarakterini  və  həcmini  təyin  etmək  üçün 
kəşfiyyat qruplarını həmin sahəyə göndərməlidir; 


 
-kəşfiyyat  qrupunun  şəxsi  heyətinin  mənəvi  psixoloci  keyfiyyətlərini  daim 
öyrənməli və bilməlidir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin