Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Kombinasiya edilmiş zəhərlənmə ocağının



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə203/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   199   200   201   202   203   204   205   206   ...   218
Mülki müdafiə (Mühazirələr)

Kombinasiya edilmiş zəhərlənmə ocağının 
kəşfiyyatı 
Kombinasiya edilmiş zədələnmə ocağı əsasən o ərazi hesab edilir ki, kütləvi 
qırğın silahlarının bir neçə təsiredici faktorlarının (GTZM-nin bir neçə növü) təsiri 
altına  düşən  ərazi  nəzərdə  tutulur,  haradakı,  xilasetmə  və  digər  təxirəsalınmaz 
işlərin və ərazinin zəhərsizləşdirilməsinin həyata keçirilməsi tələb olunur. 
(KZO)  kombinasiya  edilmiş  zədələnmə  ocağının  kəşfiyyatının  əsas 
məqsədlərindən biri qəza, təbii fəlakət və ya düşmənin kütləvi qırğın silahlarından 


istifadəsi  zamanı  hansı  ki,  insanların  yaşayışına  təhlükə  yarada  biləcək  əsas 
zəhərlənmə faktorlarının maksimum qısa vaxtda müəyyən edilməsidir. 
Bir qayda olaraq, kəşfiyyat obyektin əvvəlcədən hazırlanmış sxemində qeyd 
edilən marşrutlar (kənardan) üzrə aparılır. 
Birinci  növbədə  havanın  və  yerləşdiyi  yerin  zəhərlənməsi,  həmçinin 
daldalanacaqlarda  və  ya  insanların    yerləşdirildiyi  yerlərdə,  zədələnmə  ocağına 
aparan yollarda müəyyən edilir. 
Insanların  yerləşdiyi  yerlərdə,  su  mənbələrində,  istehsalat qurğularında  tam 
kəşfiyyat  aparılır  və  zəhərlənmə  dərəcəsinin  müəyyən  olunmuş  səviyyəyə  qədər 
endirildikdən  sonra  fərdi  mühafizə  vasitələrini  soyunub,  insanları  mühafizə 
qurğularından çıxarmaq olar. 
Çıxış  məntəqəsində  kəşfiyyat  orqanının  komandiri  rayondakı  vəziyyəti 
öyrənir,  kəşfiyyatın  növlərini  dəqiqləşdirir  və  manqa  komandirlərinə  tapşırıqlar 
verir. 
          Manqa  komandirləri  tapşırıqlarını  alan  kimi  sxem  üzrə  hərəkətin 
istiqamətini, kəşfiyyat obyektlərini dəqiqləşdirir və tabelikdə şəxsi heyyətə tapşırıq 
verirlər. 
Kəşfiyyat  dozorunun  komandiri,  kəşfiyyatçıların  hazırlığına  əmin  olub, 
―Mühafizə  geyimlərini  geymək‖  ―Qazlar‖,  ―Öz  yerlərinizə‖  komandalarını  verir. 
Sonra kəşfiyyat orqanını çıxış mənəqəsinə aparır. 
Kəşfiyyatçılar  komandirin  göstərdiyi  yerlərdən  suyun,  ərzağın  və  digər 
material ləvazimatlarından lazım gəldikdə nümunələr götürürlər. 
Bütün  aşkar  edilmiş  zəhərlənmə  istiqamətlərində  2  növ  nişan  qoyulur.  1-ci 
nişan  radiasiyanın  səviyyəsini  və  aşkar  olunduğu,  vaxtı,  2-ci  nişan  GTZM-in 
növünü göstərən və onun aşkar edildiyi  vaxtı bildirir. 
Obyektin  ərazisində  binanın  dağılması  nəticəsində  çətin  keçilən  yerlərdə 
KZO kəşfiyyatı piyada yolu ilə aparılır, bu vaxt diqqət komandirin şəxsi heyyətlə 
birbaşa əlaqəsinə yetirilir. 
Qoyulmuş  tapşırıqlar  yerinə  yetirildikdən  və  zədələnmə  ocaqlarının 
sərhədləri  göstərildikdən  sonra  kəşfiyyat  orqanının  şəxsi  heyyəti  toplanış 
məntəqəsinə yığılır, və orada hissələrlə xüsusi təmizlənmə işləri aparılır. 
Toplanış  məntəqəsində  manqa  komandirləri  kəşfiyyatın  nəticələri  şəxsi 
heyyətin  şüalanma  dozası,  kəşfiyyat  aparılan  yerlərin  sxem  üzərində  sərhədləri, 
radiasiyanın  səviyyəsi  və  GTZM  növü  barədə  kəşfiyyat  orqanının  komandirinə 
məruzə edirlər. Komandir kəşfiyyat barədə məlumatları toplayır, məlumat sxemini 
tərtib edir və yuxarı komandirə məruzə edir. 
 
 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin