Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Radiasiya və kimyəvi müşahidə postunun



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə201/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   197   198   199   200   201   202   203   204   ...   218
Mülki müdafiə (Mühazirələr)

                                Radiasiya və kimyəvi müşahidə postunun 
                                     davranış qaydaları 
 
 
Mülki müdafiə qüvvələrinin fəaliyyət göstərdiyi qəza rayonunda radiasiya və 
kimyəvi şəraitə nəzarət etmək üçün  Radiasiya və kimyəvi müşahidə postu (RKM) 
qoyulur.  Radiasiya  kimya  müşahidə  postunun    sayı  qəza  rayonunun  (obyektinin) 
əhatə dairəsindən (ölçüsündən) asılıdır. 
 
RKM postları təyinatı üzrə aşağıdakı vəzifələri həyata keçirməlidirlər: 
 
-MM  qüvvələrinin,  əhalinin  yerləşdiyi  ərazilərdə  radioaktiv,  kimyəvi  və 
bakterioloci  zəhərlənmə  zonalarının  vaxtında  aşkar  edilməsi  və  bu  barədə  onlara 
xəbərdarlıq siqnalının çatdırılması; 
 
-radioaktiv  və  ya  GTZM-lə  zəhərlənmiş  sahələrdə  kəşfiyyatın  və 
meteoroloci müşahidənin aparılması; 
 
-zəhərləyici, o cümlədən GTZM buludunun  yayılma  istiqamətinin  müəyyən 
edilməsi. 
 
Zəhərlənmə  əlaməti  olan  yerlərdən  postlar  nümunələr  götürür  və 
laboratoriyalara göndərirlər. 
 
RKMP  bir  qayda  olaraq  3  nəfərdən  ibarət  olur:  postun  rəisi  və  2  nəfər 
müşahidəçidən  –  kəşfiyyatçı-dozimetrist  və  kəşfiyyatçı-kimyaçı.  Postda  1  nəfər 
daimi  müşahidə  aparır,  qalan  şəxsi  heyət  isə  tapşırıqların  yerinə  yetirilməsi  üçün 
hazır vəziyyətdə olurlar. 
 
RKMP-tu  təchiz  edilir:  dozaın  gücünü  ölçən  DP-5  (A,B,V),  kimyəvi 
kəşfiyyat cihazı  (VPXR),  meteoroloci   komplekt N3,  fərdi doza ölçən  (ID-11)  və 
dozimetrlər  DKP-50,  ümumqoşun  doza  ölçən  (ID-1),  sekundometrlər,  mühafizə 
eynəkləri,  radioaktiv  buludun  yüksəklik  səviyyəsini  təyin  edən  cihaz,  rabitə  və 
xəbərdarlıq vasitələri, radioaktiv, kimyəvi və meteoroloci müşahidələrin qeydiyyatı 
üsün curnallar, istiqamətləri göstərən sxem. 
 
Postun şəxsi heyəti fərdi mühafizə vasitələri (L-1 kostyumları, OP-1 plaşları, 
əleyhqazlar,  respiratorlar,  mühafizə  corabları  və  əlcəkləri),  AI-1  fərdi  apteçkaları 
və IPP-8 kimya əleyhinə fərdi raketlərlə təmin edilir. 
 
Postun  şəxsi  heyətinin  mühafizəsi  üçün  sadə  sığınacaqlar  və  ya  xüsusi 
mühafizə  qurğusu  hazırlanır.  Postda  müşahidənin  keyfiyyətli  aparılması  üçün 
ərazidə (obyektdə) vışka qurula bilər. 
 
Postu  təyin  etmiş  komandirlə  (rəislə)  əlaqə  ədətən  haqlı  rabitə  vasitəsi  ilə 
yaradılır. 


 
Postun rəisinə tapşırıqlar verilən zaman göstərilir: 
 
-istiqamətlər; 
 
-postun  yerləşdiyi  yer  və  quraşdırılması  qaydaları,  müşahidə  rayonu 
(sektoru); 
 
-radioaktiv,  kimyəvi,  bakterioloci  zəhərlənmə    müəyyən  edildikdə  fəaliyyət 
qaydaları; 
 
-kəşfiyyatın (müşahidənin) nəticələri barədə məruzənin edilməsi qaydaları; 
 
-radiasiya  təhlükəsi,  ―kimya  həyəcanı‖  siqnalları  və  onların  verilməsi 
qaydaları; 
 
-postu təyin etmiş komandirlə (rəislə) rabitənin təşkili qaydaları. 
 
Postun  bütün  şəxsi  heyəti  zəhərləyici  və  bakterioloci  maddələrin  biruzə 
çıxmasının xarici əlamətlərini və onların ətraf mühitə təsirini bilməlidirlər. 
 
Bu əlamətlər aşağıdakılar ola bilər: 
 
-qəza  rayonunda  qaz,  tüstü  və  ya  duman  şəklində  buludun  yaranması  və 
küləyin istiqamətində hərəkət etməsi; 
 
-ərazidə yağlı damcıların, ləkələrin, gölməçələrin olması; 
 
-bitkilərin solması və ya rənglərinin dəyişməsi; 
 
-nəfəs orqanlarının qıcıqlanması; 
 
-görmə qabiliyyətinin zəifləməsi və ya tamamilə itirilməsi; 
 
-mövcud əraziyə xas olmayan iylərin yayılması; 
 
-ətrafdakı  adamlarda  gündəlik  fəaliyyət  normalarının  və  onlarda  tənəffüs 
üzvlərinin funksiyalarının pozulması və s. 
 
Müşahidəçilər postun yerləşdiyi rayonda DP-5 (A,B) və VPXR cihazları ilə 
zəhərləyici və bakterioloci maddələrin miqdarını vataşırı təyin edirlər. 
 
Bu müşahidələrin nəticələrini postun rəisi dərhal curnalda qeyd etməlidir. 
 
Gecə  vaxtı  postun  fəaliyyətinin  xüsusiyyətləri.  Günün  qaranlıq  vaxtında 
havanın  və  ərazinin  radiasiya  və  kimyəvi  zəhərlənməsini  təyin  etmək  bir  sıra 
çətinliklər  yaradır.  Bu  çətinlikləq  kimyəvi  kəşfiyyat  cihazlarında  indikator 
dəstəkləri  vasitəsilə rəislərin təyin edilməsi, torpaqdan  və zəhərlənmiş  texnikadan 
nümunələrin  götürülməsi  ilə  bağlıdır.  Ona  görə  də  postun  şəxsi  heyəti    belə 
şəraitdə fəaliyyət göstərməyə hazırlanmalıdırlar. 
 
Qış  vaxtı  postun  fəaliyyətinin  xüsusiyyətləri.  Qış  vaxtı  RMP-nın  fəaliyyəti 
bir  sıra  xüsusiyyətlərlə  fərqlənir.  Bu  xüsusiyyətlər  qaz  örtüyünün  olması 
temperaturun  aşağı  düşməsi,  günün  qısalması  və  gecənin  uzanmasıdır.  Bütün 
bunlar ərazidə raiasiya və kiməvi zəhərlənmənin təyin edilməsi çətinləşdirilir. 
 
Temperaturun  aşağı  düşməsi  nəticəsində  KKQ-nın  indikator  dəstəklərində 
reaksiyanın gedişi zəifləyir və bu da kəşfiyyatın aparılımasını sətinləşdirir. 
 
Qışda  RMP-nin  şəxsi  heyəti  xüsusi  hazırlanmış  isti  otaqlarda  yerləşdirilə 
bilər.  Havanın  temperaturundan  asılı  olaraq  postda  növbçə  çəkən  müşahidəsilər 
daha  qısa  müddətlərdə  dəyişdirilirlər.  Mühafizə  kostyumunu  və  əleyhqazı 
geyməkdən  əvvəl  şüşənin  və  əleyhqazın  qutusunun  klapanlarının  donub 
donmaması dəqiqliklə  yoxlanılır. Qış  vaxtı kimyəvi kəşfiyyat cihazları  ilə  işləyən 
zaman nasatkalarda istifadə etmək və həm də indikator dəstələrini əldə qızdırmaq 
lazımdır. 



Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin