Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Mövzu  № 14. Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması. Qəza-



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə204/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   200   201   202   203   204   205   206   207   ...   218
Mülki müdafiə (Mühazirələr)

Mövzu  № 14. Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılması. Qəza-
xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  təşkili  və  aparılması 
Plan: 
1.  Fövqəladə  halların  nəticələrinin  aradan  qaldırılmasının  nəzəri  əsasları 


2.  Xilasetmə  işlərinin   təşkili  və  yerinə  yetirilməsi  qaydaları 
3.  Zədələnmə  ocaqlarında  və  fəlakət  rayonlarında  qanunvericilikdə  nəzərdə  
tutulmuş  mülki  müdafiə  tədbirlərinin  yerinə  yetirilməsi  qaydaları 
 
 
  Fövqəladə hadisə baş verərkən əhalinin mühafizəsi işləri üç mərhələdə görülür: 
Birinci mərhələdə əhalini qorumaq, fövqəladə hadisənin təsirinin genişlənməsinin 
qarşısını almaq, yaxud onu zəiflətmək, habelə qəza-xilasetmə, qəza-bərpa və digər 
təxirəsalınmaz işlərin başlanması (genişləndirilməsi) üçün təcili tədbirlər tətbiq 
olunur .  
Əhalinin mühafizəsi (qorunması) üçün görülən təcili tədbirə aşağıdakılar aiddir: 
 • Təhlükə barədə xəbərdarlıq;  
• Mühafizə vasitələrindən istifadə; 
 • Mühafizə rejiminə riayət etmək; 
 • Əhalinin zədələnməsi qorxusu yaranan sahələrdən və rayonlardan onları 
köçürmək;  
• Tibbi-profilaktika vasitələri işlətmək və zədələnmiş şəxslərə ilk tibbi, habelə 
digər yardım göstərmək; Qəzaların (təbii fəlakətin) nəticələrinin genişlənməsinin 
qarşısını almaq, yaxud onu zəiflətmək üçün qəzanın məhdudlaşdırılması, istehsal 
prosesinin dayandırılması və ya texnoloji prosesin dəyişdirilməsi, yanğınların 
qarşısımn alınması və ya söndürülməsi işləri yerinə yetirilir.  
Xilasetmə və digər təxirəsalınmaz işlərə hazırlıq üzrə əsas tədbirlər bunlardır:  
• İdarəetmə orqanlarmm və qüvvələrinin hazır vəziyyətə gətirilməsi; 
 • Kəşfiyyat və nəzarət aparılması, yaranmış vəziyyətin qiymətləndirilməsi və 
əhalinin mühafizəsi üzrə digər təbirlərin yeı inə yetirilməsi haqqında qərar qəbul 
edilməsi.  
Fövqəladə hadisə baş verdiyi barədə məlumat alınarkən MM qərargahının operativ 
növbətçisi bu barədə qərargah rəisinə və təlimatla müəyyən edilmiş digər vəzifəli 
şəxslərə dərhal məlumat verir. Fövqəladə hadisə baş verdiyi barədə yaxın 
qərargaha və hərbi komandanlığa məruzə edilir. İcra hakimiyyəti rəhbərinin 
(fövqəladə hallar kamissiyasının sədrinin) sərəncamı ilə «Fövqəladə hadisələrin 
qarşısımn alınması və aradan qaldırılması üzrə fəaliyyət planı» qüvvəyə minir və 
bu planda nəzərdə tutulan tədbirlərin icrasına başlanır. Bu plana uyğun surətdə 
əhali xəbərdar edilir; təhlükə yarandıqda mühafizə vasitələrindən istifadə olunması 
və davranış qaydaları haqqında göstərişlər verilir. Bu göstərişlər əsasında əhali 
mühafizə tədbirləri görür, özünə yardım və qarşılıqlı yardım göstərir. Eyni 
zamanda əhalinin mühafizəsi, habelə fövqəladə hadisənin zədələyici amillərinin 
təsirinin qarşısının alınması və zəiflədilməsi üçün planda nəzərdə tutulan 
tədbirlərin yerinə yetirilməsinə başlanılır. 
 İdarəetmə orqanları əhalini mühafizə üzrə vəzifələrin yerinə yetirilməsi, həmçinin 
xilasetmə və ilk növbəli qəza- bərpa işləri üçün nəzərdə tutulan qüvvələr hazır 
vəziyyətə gətirilir. 
  İdarəetmə orqanlarının hazır vəziyyətə gətirilməsi bu orqanın şəxsi heyətinin 
xəbərdar edilməsindən, toplanmasından, İdarəetmə məntəqəsində öz iş yerlərini 


tutmasından, məntəqənin rabitə və nəqliyyat vasitələrilə təmin olunmasından 
ibarətdir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin