fövqəladə hadisələrin gözlənilməsi və ya baş verməsi barədə rəhbər heyətin eləcə
də işçilərin xəbərdar edilməsi qaydaları;
mülki müdafiə qüvvə və vasitələrinin ―gündəlik fəaliyyət‖ , ―yüksək hazırlıq‖ və
―fövqəladə hadisə‖ rejimlərində idarə edilməsinin təşkili;
mülki müdafiə qüvvələri ilə rabitənin təşkili, idarəetmə pozulduqda onun bərpa
edilməsi üzrə tədbirlər.
Əlavələr:
1. Fövqəladə hadisələr zamanı müxtəlif rejimlərdə yerinə yetiriləcək əsas mülki
müdafiə tədbirlərinin təqvim planı.
2. İşçilərin kollektiv mühafizə qurğuları ilə təmin olunması cədvəli.
3. İşçilərin fərdi mühafizə vasitələri, kimyəvi kəşfiyyat və dozimetrik (doza ölçən)
nəzarət cihazları ilə təmin olunması cədvəli.
4. Ehtimal olunan kimyəvi zəhərlənmə zonasının miqyası haqqında məlumat cədvəli.
5. Fövqəladə hadisələr nəticəsində yarana biləcək vəziyyət (obyektin planında).
6. İdarəetmənin, xəbərdarlığın və rabitənin təşkili sxemi.
7. İşçilərin fəlakətli subasma zonalarından köçürülməsinin hesabatı (aidiyyatı üzrə).
8. İşçilərin güclü təsirli zəhərləyici maddələr təhlükəsi yaranmış zonalardan
köçürülməsinin hesabatı (aidiyyatı üzrə).
9. Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasına cəlb olunacaq mülki
müdafiə qüvvə və vasitələrinin hesabatı.
Dostları ilə paylaş: