MM planını tərtib edərkən aşağıdakı tələbləri nəzərə almaq lazımdır: – MM planının real və konkret olmalıdır, yəni planda nəzərdə tutulan tədbirlərin
həcmi və icra müddəti obyektin real imkanlarına uyğun gəlməlidir;
– planın FHN-n və MM-n regional şöbələri ilə razılaşdırılmış məlumatlar əsasında
tərtib edilməlidir (köçürmə tədbirləri, təchizat, qarşılıqlı fəaliyyət məsələləri və s);
– MM tədbirlərinin məntiqi ardıcıllıqla yerinə yetirilməsi və maddi təchizat
cəhətdən iqtisadi məqsədə uyğunluq prinsipinin gözlənilməsi;
– fövqəladə hadisələr dövründə obyektin fəaliyyətini davam etdirmək üçün FHN-n
göstərişləri (işin xarakteri, iş neçə növbədə davam etdiriləcək və işin dayanıq-lığını
təmin edən hansı mühəndis-texniki tədbirlər nə vaxt yerinə yetiriləcək və s).
mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əhatə etdiyi ərazi və sahələrin
xüsusiyyətləri, ehtimal olunan fövqəladə hadisələrin növləri, yarana biləcək
vəziyyət və regionda yaşayan əhali barədə qısa məlumat.