Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Xəbərdarlıq siqnalları və davranış qaydaları



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə26/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   22   23   24   25   26   27   28   29   ...   218
Mülki müdafiə (Mühazirələr)

 Xəbərdarlıq siqnalları və davranış qaydaları 
        MM sistemində siqnalların və xəbərlərin verilməsi qaydası belədir: 
         Xəbərdarlıq  siqnallarının  həm  respublika  MM  idarəsi  tərəfindən  verilib, 
regional  şöbələrə,  şəhərlərə  və  rayon  mərkəzlərinə  çatdırılması  mümkündür,  həm 
də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri 
tərəfindən  verilə  bilər.Birinci  halda  –  respublika  MM  idarəsindən,  yaxud  onun 
regional  şöbələrindən,  rayon  mərkəzlərinə  çatdırılan  siqnallar  yerli  qərargah 
tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir. 
       Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir. 
        Əhaliyə  siqnal,  xəbər  və  məlumatlar  iş  və  yaşayış  yerlərindən  müvafiq  MM 
rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır. 
       İstehsal, sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə 
paralel  nazirliyin  MM  qərargahları  xəbər  verirlər.Obyektlərdə  isə  öz  növbəsində 
əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, eləcə də rabitə 
və xəbərdarlıq sxemi tərtib edilir. 


        Xəbərdarlıq  sxemi  obyektdə  rəhbər  heyətin,  MM  qüvvələrinin  və  digər 
işçilərin iş və işdənkənar vaxt xəbərdar edilməsi qaydasını müəyyən edən sənəddir. 
        Siqnal  və  sərəncamları  tez  çatdırmaq  üçün  vacib  obyektlərin  MM-ni 
mərkəzləşdirilmiş  avtomat  xəbərdarlıq  sisteminə  qoşurlar.Belə  sistem  obyektin 
özündə də yaradıla bilər. 
       Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik 
sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (MN-MÇA) 
və rabitə xətlərindən (kanallarından) ibarətdir. 
        S-40  elektrik  sirenası  küçələrdə  qoyulmaq  üçündür,  səsi  300-700  metrdən 
eşidilir.S-28  sirenası  isə  sənaye  müəssisələrinin  səs-küylü  sexlərində  qoşulur. 
Məsafədən  idarəetmə  və  məcburi  çağırmış  P-160  aparaturu  elektrik  sirenalarının 
mərkəzdən  işə  qoşulmasını,  xəbərdarlıq  siqnalları  vermək  üçün  radioyayım 
qovşağı proqramının  məsafədən məcburi surətdə dəyişdirilməsini, eləcə də rəhbər 
heyətin iş və mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin 
edir. 
        Aparatura saz telefon şəbəkəsinin danışlıq gedən və ya baş xətləri üzrə işləyir. 
         Beləliklə,  bütün  bu  vasitələrdən  istifadə  rayonlarda,  obyektlərdə  təhlükə 
yarandığı  barədə  «Hamının  diqqətinə!»  xəbərdarlıq  siqnalını  əhaliyə  çatdırmağın 
vahid sistemi yaradılır. 
        Sonra  müəllim  qeyd  edir  ki,  təbii  fəlakət  və  qəza  baş  verən,  yaxud,  belə 
təhlükə yaranan hallarda, habelə düşmən basqını barədə əhalini xəbərdarlığın əsas 
üsulu radio və televiziya vasitəsilə şifahi xəbərlərin verilməsidir. Belə xəbərlərdən 
əvvəl  hökmən  «Hamının  diqqətinə!»  siqnalı  elan  edilməlidir.  Müəllim  əldə  olan 
xəbərvermə  vasitələrindən  –  elektrik  və  əl  sirenalarından,  yaxud  bu  siqnallar 
yazılmış  maqnitofon  lentindən, vallardan  istifadə etməklə siqnalı, eləcə də  «Hava 
həyəcanı»,  «Hava  həyəcanı  qurtardı»,  «Kimya  həyəcanı»,  «Radiasiya  təhlükəsi», 
həmçinin müxtəlif təbii fəlakət və istehsalat qəzaları barədə xəbərlərin məzmununu 
dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarını imkan dairəsində izah 
edir. 
         Sonra  o,  qeyd  edir  ki,  təhlükə  potensiallı  obyektlər  yerləşən  sahələrdə  isə, 
həmçinin  lokal  (məhəlli)  xəbərdarlıq  sistemi  də  yaradılmalıdır.Bu  sistem 
obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən 
ibarətdir.Məqsədi  –  fövqəladə  hallar  yarandığı  barədə  həmin  obyektin  işçilərini, 
habelə  ehtimal  olunan  zəhərlənmə,  yaxud  fəlakətli  subasma  zonalarında  yerləşən 
müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar 
etməkdir. 
        Lokal  xəbərdarlıq  sisteminin  quraşdırılması  sxemi  və  iş  prinsipi,  məsələn, 
kimyəvi  təhlükəli  müəssisələrdə  belə  ola  bilər:  kimyəvi  təhlükəli  obyektin 
radiotranslyasiya  (radioyayım)  qovşağı-buradan  yaşayış  məntəqəsinə  əvvəlcədən 
çəkilmiş  xüsusi  kabel  xətti  və  son  xəbərvermə  vasitələri  –  elektrik  sirenaları, 
küçələrdəki  səsucaldan  cihazlar  və  mənzillərdəki  radio  reproduktorlar.  Burada 
elektrik  sirenaları  ancaq  «Hamının  diqqətinə!»  siqnalını  vermək,  küçə  və  mənzil 
radio  reproduktorları  isə  hadisə  şifahi  xəbər  və  məlumatları,  eləcə  də  davranış 
qaydalarını elan etmək üçündür. 


         Təhlükə  barədə  siqnal  və  məlumatlar  obyektin  radioyayım  qovşağından  ya 
bilavasitə,  ya  da  şəhərin  (rayonun)  mərkəzi  radioyayım  qovşağı  vasitəsilə  verilə 
bilər.Güclü  qəzalar  zamanı şəhərin  lokal  xəbərdarlıq  sistemi  ilə  əhatə  olunmamış 
rayonlarda  əhalini  xəbərdar  etmək  və  onların  zəhərli  zonaya  girməsinin  qarşısını 
almaq məqsədilə səs ucaldan səyyar vasitələrdən də istifadə etmək mümkündür. 
        Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon 
stansiyalarında  quraşdırılmış  məcburi  çağırış  telefon  dayağı  vasitəsilə  çatdırmaq 
daha məqsədə uyğundur. 
         Müəllim  izah  edir  ki,  lokal  xəbərdarlıq  sistemindən  istifadə  qaydası  belədir: 
«kimyəvi  təhlükəli  obyektdə  güclü,  təsirli, zəhərli  maddələrin ətrafa  yayılması  ilə 
baş  verən  qəza  hallarında  növbətçi dispetçerin  fəaliyyət qaydası  haqqında  birtipli 
təlimat» mövcuddur. Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar yaranarkən 
müəssisənin  növbətçi  dispetçeri  obyektdəki  bütün  işçilərə,  həmçinin  2.5  km-dək 
radiusda  yerləşən  digər  müəssisələrin,  idarə  və  təşkilatların rəhbərlərinə,  eləcə  də 
əhaliyə  xəbər  vermək  üçün  müstəqil olaraq qərara  gəlmək səlahiyyətinə  malikdir. 
Deməli,  o,  belə  hallarda  heç  bir  əlavə  göstəriş  gözləmədən  müəssisənin 
rəhbərliyinə,  işçilərinə,  qəza  xidmətlərinin  (qazdan  xilasetmə,  yanğınsöndürmə, 
tibb  xidmətlərinin)  növbətçilərinə  MM  qüvvələrinə,  digər  idarə  və  təşkilatların 
rəhbərlərinə  yerli  hökumət  orqanlarına,  şəhərin  (rayonun)  fövqəladə  hallar 
komissiyası və MM qərargahlarının növbətçisinə, habelə əhaliyə xəbər verməlidir. 
MM  qərargahı  əvvəlcədən  yazılmış  siqnalı  və  xəbərlərin  mətnlərini  texniki 
vasitələrlə  elan  edərək,  bundan  sonrakı  davranışı  nizama  salır.Adətən,  xəbər  və 
göstərişlərin  mətnlərini  proqnoz  məlumatları  əsasında  müxtəlif  variantlarda  tərtib 
edib qərargahların operativ növbətçilik otaqlarında saxlayırlar. 
  
        Məşğələyə yekun vurulması (məşğələnin araşdırılması). 
  
         Beləliklə,  fövqəladə  hallarda  fəaliyyət  üzrə  Azərbaycan  Dövlət  sisteminin 
rəhbər  orqanları  (komissiyalar)  və  saydığımız  bu  gündəlik  idarəetmə  orqanları 
onun idarəetmə sistemini təşkil edir. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin