Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Rayonda və obyektdə rabitənin vəxəbərdarlığın təşkili



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə24/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   20   21   22   23   24   25   26   27   ...   218
Mülki müdafiə (Mühazirələr)

Rayonda və obyektdə rabitənin vəxəbərdarlığın təşkili 
         Şəhərin  (rayonun)  ərazisində  vahid  MM  rabitə  sistemi  yaradılmalıdır.  Buna 
bütün  mövcüd  qüvvə  və  vasitələri,  o  cümlədən  də  dolayı  rabitə  xətlərini  bir 
mərkəzdə  (MM  rabitə  xidmətlərində)  cəmləşdirmək  onlara  rəhbərliyi 
mərkəzləşdirilmiş  halda  planlaşdırmaq  və  rabitənin  bütün  növlərindən  kompleks 
halında istifadə etməklə nail olmaq mümkündür. 
        Şəhərin  (rayonun)  rabitə  xidməti  imkan  verməlidir  ki,  MM  rəhbərləri  öz 
idarəetmə məntəqələrindən tabelikdəki təşkilatların və MM xidmətlərinin başçıları 
ilə  yuxarı  və  qarşılıqlı  fəaliyyət  gösrən  MM  qərargahları  ilə,  eləcə  də  ərazi  MM 
dəstələrinin  komandirləri  kəşfiyyat  orqanları,  əhalini  köçürmə  (qəbuletmə), 
nəqliyyata  mindirmə  (düşürmə)  məntəqələri  ilə  etibarlı  əlaqə  saxlaya  bilsin, 
həmçinin, hər cür təhlükəli hallar barədə vəzifəli şəxsləri və bütün əhalini vaxtında 
xəbərdar etmək mümkün olsun. 
       Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda) 
olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə qovşağını 
(rabitə vasitələrini) və MM dəstələrinin rabitə vasitələrini özündə cəmləşdirir. 
        İri  müəssisələrin  rabitə  qovşaqlarında  adətən,  istehsalat  avtomat-telefon 
stansiyası  (İATS), radioyayım qovşağı, texnoloji rabitə  xətləri (sexlərlə, şöbələrlə 
dispetçer rabitəsi) olur. 
        Obyektlərin  idarəetmə  məntəqələrindəki  rabitə  qovşağında  isə  kommutator 
(telefon stansiyası), radiorabitə  vasitələri (əsasən  ultraqısadalğa radiostansiyaları), 
siqnal  vasitələri,  vacib  obyektlərdə  isə  həmçinin  son  bloku  xəbərdarlıq  aparaturu 
olmalıdır. 
        MM  qüvvələrinin  rabitə  vasitələri-müxtəlif  tipli  telefon  aparatlarından, 
telefon kabelindən, ultraqısadalğa radiostansiyalarından və tabel üzrə verilən digər 
avadanlıqdan ibarətdir. 
        Müəllim  qeyd  edir  ki,  obyektlərdə  də  rabitənin  adları  çəkilən  bütün  dörd 
növündən aşağıdakı qaydada istifadə olunur: 
       Məftilli rabiətə – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə: 
obyektin  sığınacaqları,  müşahidə  postu,  öz  iş  yerlərindəki sex  və  şöbə  rəisləri  və 
obyektin MM xidmətləri ilə əlaqə saxlamaq mümkündür. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin