Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə27/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   23   24   25   26   27   28   29   30   ...   218
Mülki müdafiə (Mühazirələr)

Mövzu  № 3. 
 
Mülki  müdafiə  tədbirlərinin  planlaşdırılması  və  həyata  keçirilməsi 
 
Plan: 
1.  Mülki  müdafiə  sahəsində  mövcud  qanunvericilik  aktlarında  mülki  müdafiə  
tədbirlərinin  təşkili  və  həyata  keçirilməsi  qaydalarının  müəyyən  olunması 
2.  Planlaşdırmanın  xüsusiyyətləri 
3.  Mülki  müdafiə  planının  məzmunu 
 
 


1. 
 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 
25 sentyabr tarixli  193 nömrəli qərarı ilə  təsdiq 
edilmişdir.
 
Mülki müdafiə tədbirlərinin təşkili və  həyata keçirilməsi 
Qaydası 
1.  Mülki  müdafiə  tədbirlərinin  təşkili  və  həyata  keçirilməsi  qaydasını  müəyyən 
edən  sənədlər  Azərbaycan  Respublikasının  mülki  müdafiə  planı  və  Azərbaycan 
Respublikasının illik mülki müdafiə tədbirləri planıdır. 
2.  Azərbaycan  Respublikasının  mülki  müdafiə  planı  Azərbaycan  Respublikasının 
Müdafiə  Nazirliyi,  İqtisadiyyat Nazirliyi,  Səhiyyə  Nazirliyi,  Daxili İşlər  Nazirliyi 
və digər nazirliklər cəlb olunmaqla Azərbaycan Respublikasının Fövqəladə Hallar 
Nazirliyi  tərəfindən  işlənib  hazırlanır  və  təsdiq  edilmək  üçün  Azərbaycan 
Respublikasının Prezidentinə təqdim olunur. 
3.  Azərbaycan  Respublikasının  mülki  müdafiə  planı  fövqəladə  hadisələr  zamanı 
ölkədə  mülki  müdafiənin  idarə  edilməsi  üçün  əsas  sənəddir.  Planda  fövqəladə 
hadisələr  nəticəsində  yarana  biləcək  vəziyyət  və  real  imkanlar  nəzərə  alınmaqla 
əhalinin  mühafizəsinin  təşkili,  fövqəladə  hadisələrin  nəticələrinin  aradan 
qaldırılması  üçün  xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  yerinə  yetirilməsinin 
təminatı, eləcə də belə şəraitdə idarəetmənin təşkili (idarəetmə məntəqələrindən və 
rabitə  kanallarından  istifadə  olunması,  xəbərdarlıq  siqnallarının  verilməsi  qaydası 
və s.) barədə əsas göstərişlər öz əksini tapır. 
4.  Mülki  müdafiə  planları  bütün  mərkəzi  və  yerli  icra  hakimiyyəti  orqanlarında, 
mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektlərində tərtib edilir, hər il 
əsas göstəriciləri dəqiqləşdirilməklə, 5 il müddətinə qüvvədə qalır. 
5.  Bundan  əlavə,  ölkənin  mülki  müdafiə  üzrə  tam  hazırlığını  təmin  etmək 
məqsədilə  Azərbaycan  Respublikasının  illik  mülki  müdafiə  tədbirləri  planı  tərtib 
olunur  və  Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyi  tərəfindən 
təsdiq edilir. 
6.  Planda  cari  ildə  müvafiq  icra  hakimiyyəti  orqanları,  təsərrüfat  obyektləri  və 
təhsil  müəssisələri  rəhbərləri  tərəfindən  keçiriləcək  mülki  müdafiə  təlimləri, 
məşqlər, yoxlamalar və digər tədbirlər, onların keçirilmə tarixləri müəyyən edilir. 
7. Təsdiq olunmuş plan əsasında bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları, 
eləcə  də  hüquqi  şəxslər  tərəfindən  ilkin  mülki  müdafiə  üzrə  planlar  tərtib  edilib 
Azərbaycan  Respublikasının  Fövqəladə  Hallar  Nazirliyi  və  yaxud  onun  yerli 
təşkilatları ilə razılaşdırılır və həyata keçirilir. 
 
2. Mülki Müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi. 
Mülki Müdafiə məsələlərinin həll edilməsi, mülki müdafiə tədbirlərinin dəqiq 
planlaşdırılması və vaxtında həyata keçirilməsi ilə təmin olunur. 
Mülki Müdafiə tədbirləri istehsal və sosial təyinatlı obyektlərin hərbi strateji və 
iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq 
normativ sənədlərdə və planlarda nəzərdə tutulur. 
Mülki Müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir 
və bu ərazidə olan bütün insanları əhatə edir. 


Mülki Müdafiə tədbirlərinin həcmi və məzmunu, mövcud qüvvə və vasitələrin 
miqdarından və onlardan maksimum səmərəli istifadə edilməsi əsasında müəyyən 
edilir. 
Fövqəladə hadisələr zamanı Mülki Müdafiə üzrə tədbirləri qısa müddətdə və 
mütəşəkkil surətdə yerinə yetirmək üçün onların icrasını əvvəlcədən planlaşdırmaq 
tələb olunur. 
Mülki müdafiə planında fövqəladə hadisələr zamanı görüləcək işlərin həcmi, 
ardıcıllığı və icra müddətləri müəyyən edilir. Bu plan fövqəladə hadisələr zamanı 
qarşıya çıxan vəzifələri yerinə yetirmək üçün fəaliyyət planıdır və belə hallarda 
mülki müdafiənin idarə edilməsi üçün əsas sənəddir. 
Hazırda MM sistemində, o cümlədən istehsalat və sosial təyinatlı obyektlərin 
əksəriyyətində Mülki Müdafiə planları tərtib edilir. 
MM planı fövqəladə hadisələr zamanı işçilərin istehsalatı müdafiə etmək və bu 
halların nəticələrini aradan qaldırmaq məqsədilə görüləcək işlərin təşkili qaydasını 
müəyyən edir. 
Mülki Müdafiə planının düzgün və keyfiyyətli tərtib edilməsi, onun həyata 
keçirilməsi üçün mühüm şərtdir. 
MM planı müvafiq obyekt rəhbərlərinin başçılığı ilə MM qərargahı tərəfindən 
tərtib edilir. Lazımı hallarda bu işə müvafiq mütəxəssisləri də cəlb etmək olar 
(obyekt rəhbərinin göstərişi ilə). 
Planın məxfilik dərəcəsi, nüsxələrinin sayı və onların saxlanılması qaydası 
müvafiq rəhbərin qərarı ilə müəyyən edilir. 
Tərtib edilmiş plan MM qərargahının rəisi tərəfindən imzalanır, regional şöbələrin 
rəisləri ilə razılaşdırılır və obyekt rəhbəri tərəfindən təsdiq edilir. Təsdiq edilmiş 
planlar aidiyyatı üzrə icraçılara çatdırılır və onların icrasına nəzarət təşkil edilir. 
MM planı hər il yanvar ayının 1-nə MM qərargahının rəisi tərəfindən 
dəqiqləşdirilir və bu barədə plandakı düzəliş vərəqəsində qeydlər edilir. Ciddi 
məsələlərə aid düzəlişlər (dəyişikliklər) barədə obyektin rəhbərinə məlumat verilir. 
MM planının icrası obyekt rəhbərinin sərəncamı (əmri) əsasında fövqəladə 
hadisələr baş verərkən həyata keçirilir.  

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin