Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, fövqəladə hadisələr : 1. Lokal (qismən);
2. Obyekt miqyaslı (səciyyəli);
3. Yerli;
4. Regional;
5. Dövlət əhəmiyyətli (milli);
6. Qlobal xarakterli ola bilər.
Lokal (qismi) hadisələr - iş yerndən (iş sahəsindən), mənzildən kənara yayılmır.
Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.
Obyekt miqyaslı hadisələr - sənaye obyektində, bina və ya qurğu hüdudlarında
məhdudlaşır. Həlak olanların sayı 10 nəfərə qədər, zərər çəkən əhalinin sayı 100-
dən 1000-ə qədərdir.
Yerli hadisələr - ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd
təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən
1000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 10.000-dən 125.000-ə qədərdir.
Regional fövqəladə hadisə - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını,
bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı 1.000-dən
25.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 125.000-dən 500.000-ə qədərdir.