Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Radioaktiv  zəhərlənmə  (çirklənmə)



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə125/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   121   122   123   124   125   126   127   128   ...   218
Mülki müdafiə (Mühazirələr)

Radioaktiv  zəhərlənmə  (çirklənmə).  Yerüstü  nüvə  partlayışı  baş  verəndən 
sonrakı  ilk  anlarda  radioaktiv zərrəciklər  odlu  kürənin  tərkibində  olur.  Odlu  kürə 
tüstüyə  və  buxara  bürünərək  hündürə  qalxır  və  bir  neçə  saniyədən  sonra  topa 
buludlara  çevrilir.  Hündürə  qalxan  hava  axınları  yerdən  toz-torpağı  göyə  qaldırıb 
onları  radioaktiv  buludla  birlikdə  aparır.  İri  radioaktiv  toz  hissələri  bilavasitə 


partlayış  rayonunda  yerə  çökür.  Qalan  hissələr  isə  buludun  tərkibində  qalıb  hava 
axınları vasitəsilə partlayış mərkəzindən yüzlərlə km uzağa aparılır. 
 
Radioaktiv toz buludunun yayılması 
 
Radioaktiv  zəhərlənmənin  dərəcəsi  partlayışın  növündən  və  gücündən, 
partlayışdan  sonra  keçən  müddətdən,  partlayış  mərkəzinə  qədər  olan  məsafədən, 
meteoroloji  şəraitdən  və  yerin  relyefindən  asılı  olur.  Radioaktiv  zəhərlənməyə 
məruz  qalmış  ərazi  formaca  ellipsə  bənzəyir.  Zəhərlənmənin  gücünə  görə 
radioaktiv zəhərlənmə zolağını, adətən, 4 zonaya ayırırlar: çox təhlükəli, təhlükəli, 
güclü  və  mülayim  (zəif)  zəhərlənmə  (çirklənmə)  zonaları.  Əgər  zəhərlənmə  izini 
en  kəsiyi  üzrə  götürsək,  radiasiyanın  səviyyəsi  izin  kənar  hüdudundan  mərkəzə 
tərəf artmağa başlayır və izin mərkəzində maksimum həddə çatır. 
Nüvə  partlayışının  bu  zədələyici  amilini  digər  amillərdən  fərqləndirən  cəhət 
zəhərlənmənin  geniş  sahələri  əhatə  etməsi,  uzun  müddət  təsir  göstərməsi,  çətin 
aşkar  olunması,  qeyri-sabit  xarakterli  radioaktiv  maddələrin  fasiləsiz  olaraq 
parçalanması  ilə  bağlı  zəhərlənmiş  ərazinin  ölçülərinin  müəyyən  müddət  ərzində 
azalmasıdır. 
Müəyyən  müddətdən  sonra  radiasiyanın səviyyəsi  tədricən  azalır,  başqa  sözlə 
radioaktiv maddələr öz-özünə parçalanıb qeyri-aktiv maddələrə çevrilir. 
Radioaktiv  maddələrin  heç  bir  xarici  əlaməti  (rəngi,  iyi,  və  s.)  yoxdur. 
Zəhərlənmənin  ancaq  xüsusi  doza  ölçən  (dozimetrik)  cihazlar  vasitəsilə  aşkar 
etmək mümkündür. 
Ərazinin zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə 
edilir və Rentgen/saatla (R/saat) Zivert/san ölçülür. 
Adamları radioaktiv zəhərlənmədən mühafizə etmək üçün onları ümumi xarici 
şüalanmadan  qorumaq,  həm  də  radioaktiv  maddələrin  dəri  səthinə,  burunun, 
gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, su ilə orqanizmə keçməsinin 
qarşısını  almaq  lazımdır.  Bu  məqsədlə  radiasiya  əleyhinə  daldalanacaqlardan, 
sığınacaqlardan  istifadə  olunur,  fərdi  mühafizə  vasitələri-əleyhqaz,  respirator, 
tozdan  qoruyan  parça  maska,  habelə  pambıqlı  tənzif  sarğı  tənəffüs  üzvlərini 


radioaktiv  zəhərlənmədən  etibarlı  surətdə  qoruyur.  Bədənin  səthini  adi  paltarlarla 
da mühafizə etmək mümkündür. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin