Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə121/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   117   118   119   120   121   122   123   124   ...   218
Mülki müdafiə (Mühazirələr)

Zərbə dalğası partlayış mərkəzindən hər tərəfə çox yüksək sürətlə yayılan çox 
güclü  sıxılmış  hava,  torpaq,  su  qatından  ibarətdir.  Zərbə  dalğasının  zədələyici 
təsirini  xarakterizə  edən  əsas  parametrlər  dalğanın  ön  həddindəki  izafi  təzyiq, 
havanın  sürət  təzyiqi  və  izafi  təzyiqin  təsir  müddətidir.  İzafi  təzyiq  hər  kvadrat 
santimetrə düşən kiloqram qüvvə ilə ifadə edilir. Zərbə dalğasının zədələyici təsiri  
sursatın gücündən, partlayışın növündən və partlayış mərkəzindən olan məsafədən, 
yerin relyefindən  və s. asılı olur. Məsələn, 20 kilotonluq  nüvə zərbə dalğası 1 km 
məsafəyə 2 saniyə, 2 km məsafəyə 5 saniyə, 3 km məsafəyə isə 8 saniyəyə çatır; 3 
meqatonluq partlayış zamanı isə bu  müddətlər müvafiq surətdə 0.5, 2 və 3 saniyə 
olur.  Mühafizə  olunmayan  adamlar  0,2-0,4  kqq/sm
2
  (20-40  kPa)  izafi  təzyiq 
zamanı yüngül zədələnməyə, 0,4-0,6 kqq/sm
2
 (40-60kPa) nəticəsində orta dərəcəli 


zədələnməyə, 0,6-1kqq/sm
2
 (60-100 kPa) nəticəsində ağır dərəcəli zədələnməyə, 1 
kqq/sm
2
  (100  kPa)  artıq  olan  izafi  təzyiq  nəticəsində  çox  ağır  dərəcəli 
zədələnmələrə məruz qalırlar. Belə zədələnmələr, adətən, ölümlə nəticələnir. Nüvə 
silahından  qorunmaq  üçün  düzəldilmiş  sığınacaq  və  daldalanacaqlar  adamları 
zərbə  dalğasının  təsirindən  qoruyur.  Bu  məqsədlə  xəndəkdən,  yeraltı  binalardan, 
habelə  yerin  relyefindən  də  (çala,  dərə,  meşə)  müəyyən  dərəcədə  istifadə  etmək 
mümkündür. 
Zərbə  dalğası  özünün  yayılması  istiqamətində  rast  gəldiyi  binaları  və  başqa 
yerüstü tikililəri dağıdır və zədələyir. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin