Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə117/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   113   114   115   116   117   118   119   120   ...   218
Mülki müdafiə (Mühazirələr)

Mühəndis texniki tədbirlər:  obyektdəki binaların, qurğuların, avadanlığın və 
kommunikasiyaların  zədələyici  təsirlərə  fiziki  davamlığını  artırmaq  üçün  görülən 
tədbirlərdir. 


Texnoloji  tədbirlər:  ikinci  zədələyici  amillər  yaranması  ehtimalının  qarşısını 
almaq məqsədilə obyektdə texnoloci recimin dəyişdirilməsi nəzərdə tutulur. 
Təşkilatı  tədbirlər:  fövqəladə  hadisələr  zamanı  yaranan  şəraitdə  obyektdə 
mülki  müdafiə  qərargahının,  qüvvələrin,  habelə  işçilərin  ən  səmərəli  fəaliyyət 
qaydalarını müəyyən etməkdən ibarətdir. 
Məhz  bütün  bu  tədbirləri  konkretləşdirmək  üçün  aparılan  araşdırmalar 
mütəxəssislər  tərfindən  xüsusi 
metodika 
üzrə  və  müvafiq  hesablama 
cədvəllərindən istifadə edilməklə aparılır. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  görüləcək  mühəndis  texniki  tədbirlərin  həcmi 
və  xarakteri  obyektin  vacibliyindən,  dinc  və  müharibə  dövrlərindəki  fövqəladə 
hallar  zamanı  yarana  biləcək  təhlükənin  dərəcəsi  baxımından  harada 
yerləşdiyindən, işçilərin sayından və digər şərtlərdən asılı olur. 
Hətta  eyni  bir  ərazidə  yerləşən  müəsisələr  belə,  özlərinin  təyinatına,  istehsalat 
prosesinin  xarakterinə,  iş  şəraitinə  və  s.  görə  bir  birindən  xeyli  fərqlənirlər.  Buna 
görə də bütün obyektlər  üçün  yararlı olan  eyni bir  həcmdə  işlərin siyahısını tərtib 
etmək,  əlbət  ki,  mümkün  deyil.  Hər  bir  müəssisədə  görülməli  mühəndis-texniki 
tədbirlər  konkret  şəraitdən  asılı  olaraq  müəyyən  edilir.  Lakin  belə  tədbirlərin  bir 
qismi bütün obyektlər üsün ümumi sayılır və bunlar hər bir obyektdə yerinə yetirilə 
bilər.  
Sülh  dövründə  idarəetmə  üçün  inzibati  xidmət  binalarında,  dispetçer 
məntəqələrində  və  digər  otaqlarda  yerləşdirilmiş  texniki  rabitə  vasitələri,  nəzarət-
ölçü  cihazları,  məsafədən  idarəetmə  aparatları  və  sair  cihazlar  işədilir.  Əsas 
idarəetmə  vasitələri  sayılan  bu  avadanlıqlar  müdafiə  üçün  nəzərdə  tutulmamış 
binalarda  qoyulduğuna  görə  adətən  kifayət  dərəcədə  fiziki  davamlılığa  malik 
olmurlar.  Həmin  avadanlıq  yerləşdirilən  tikililər  obyektin  əsas  istehsal 
qurğularından daha tez sıradan çıxa bilər, bu isə müəssisədə idarəetmənin itirilməsi 
və istehsalın pozulması ilə nəticələnər. 
Buna  görə  də  müharibə  dövründə  müəssisənin  fəaliyyətinin  etibarlı  surətdə 
idarə edilməsi  üçün buradakı sığınacaqların birində obyektin  idarəetmə  məntəqəsi 
yaradılıb, lazımi rabitə və xəbərdarlıq vasitələrilə təmin edilməlidir. 
İdarəetmənin  dayanıqlığını  artırmaq  məqsədilə  belə  mühəndis-texniki 
tədbirlərlə  yanaşı  təşkilatı  tədbirlər  də  nəzərdə  tutulur:  işçilərin  müxtəlif  növlərdə 
işləyəcək qruplara ayrılır, bu qrupları (növbələri) obyektdə işləyərkən və təhlükəsiz 
sahələrdə dincələrkən idarə etmək üçün onların sayına müvafiq idarəetmə qrupları, 
digər operativ qruplar təşkil edilib fəaliyyətə hazırlanır. 
Yanacaq,  güclü  təsirli  kimyəvi  maddələr  istehsal  edilən  və  digər  yüksək 
təhlükəli  zavodlarda  bu  tədbirlər  obyektin  dinc  və  müharibə  dövrlərində  MM 
planında  nəzərdə  tutulur.  Burada  ehtimal  olunan  qəzaların,  habelə  yarana  biləcək 
ikinci  zədələyici  amllərin  xarakteri  və  miqyası  göstərilir,  adamların  və  maddi 
sərvətlərin  xilas  edilməsi  üzrə  tədbirlər,  qəza  nəticələrinin  aradan  qaldırılması 
yolları 
və 
üsulları,  bu  zaman  ixtisaslaşdırılmış  qrupların,  xilasedici, 
yanğınsöndürən dəstələrin fəaliyyət qaydası müəyyən edilir. 
GTZM işlədilən və onların buxarları ilə zəhərlənmə təhlükəsi olan otaqlarda 
avtomat neytrallaşdırma qurğusu qoyulur. Zərərli buxarlar müəyyən təhlükəli 
konsentrasiyaya çatanda qurğu avtomatik surətdə işə qoşularaq deqazasiya mayesi 


çiləyib, zəhərli maddələri neytrallaşdırır. İstehsal obyektlərində, mürəkkəb 
texnoloci qurğularda qəzalar adətən yanğınlarla müşayət olunur. Yanğın 
təhlükəsizliyini artırmaqdan ötrü obyektdəki alışa bilən müxtəlif binaların 
divarlarına, konstruksiyaların səthinə odadavamlı boyaq çəkilir,  yaxud superfosfat 
məhlulundan suvaq vurulur. 
Müharibə  və  dinc  dövründəki  fövqəladə  hallar  zamanı  obyektlər  tamamilə,  güclü 
surətdə,  orta  və  zəif  dərəcələrdə  dağıntılara  məruz  qala  bilər.  Tamamilə  və  güclü 
dağıldılmış  obyektlərdə,  xüsusən  müharibə  dövründə  istehsalın  bərpa  edilməsinə 
cəhdlər göstərilməsi adətən məqsədəuyğun sayılmır, çünki, iqtisadi cəhətdən özünü 
doğrultmur. Orta və zəif dərəcədə zədələnən müəssisələrdə isə müharibə dövründə 
belə,  məhsul  buraxılışın  bərpa  olunması  real  sayılır,  lakin  o  şərtlə  ki,  bu  işlərə 
obyektin özü və onun şəxsi heyəti əvvəlcədən hazırlaşmış olsun. 
İstehsalatın bərpa edilməsi planları və layihələri adətən iki variantda zəif və orta 
dərəcələrdə  zədələnmə    halları  üçün  tərtib  olunur.  Bu  zaman  hər  iki  şərait  üzrə 
ilknövbəli  bərpaetmə  işlərinin  xarakteri  və  həcmləri  müəyyənləşdirilir,  tələb 
ediləcək  işçi  qüvvəsi,  materiallar,  avadanlıq  və  s.  habelə  onların  qiyməti 
hesablanır,  bərpa  müddətləri  göstərilir.  Bu  zaman  o  da  nəzərə  alınır  ki,  bəzi 
hallarda obyektin bərpa edilməsi müvəqqəti xarakter daşya bilər. Buna görə də ən 
vacib  məhsulların  qısa  müddətdə  istehsalına  nail  olmaq  məqsədilə  müvafiq 
normativ  sənədlərin  tələblərindən  müəyyən  dərəcədə  kənara  çıxma  hallarına  yol 
vermək 
mümkündür. 
Bərpa 
müddətlərini 
azaltmaqdan 
ötrü  həmçinin 
sanədləşdirilmiş  tikinti  hissələrindən,  yüngül  karkaslardan,  salamat  qalmış 
konstruksiyalardan da geniş istifadə olunur. 
Müəssisənin  bərpa  olunması  üçün  əsas  şərtlərdən  biri  də  əvvəlcədən  işlənib 
hazırlanmış layihələrin, tikinti üzrə və texniki sənədlərin qorunub saxlanmasıdır. 
Beləliklə,  dinc  və  müharibə  dövrlərində  ekstremal  şəraitdə  iqtisadiyat 
obyektlərində  işin  dayanıqlığınin  yüksəldilməsi  üzrə  tədbirlər  işçilərin  e’tibarlı 
müdafiəsinə,  xilasetmə  işlərinin qısa  müddətdə icrası,  istehsalın bərpa olunmasına 
yönəldilməklə  bərabər,  həmçinin  dinc  dövrdə  də  istehsalat  qəzaları  ehtimalının 
azaldılması  və  qəza  nəticələrinn  məhdudlaşdırılması  üçün  böyük  əhəmiyyətə 
malikdir. 
Fövqəladə hallarda obyektlərin işinin dayanıqlığınin  yüksəltmə                                    
yolları və üsulları. 
Fövqəladə  hadisələr  zamanı  işin  dayanıqlığını  yüksəldən  konkret  tədbirləri 
müəyyən  etməkdən  ötrü  əvvəlcə  obyektdə  bu  sahə  üzrə  araşdırmalar  (tədqiqatlar) 
aparılır. 
Müvafiq  təşkilatlar  tərəfindən  aparılan  araşdırmalar  göstərir  ki,  dinc  dövründə 
istehsalat qəzalarının xeyli bir qismi «insan amili» sayəsində baş verir, yəni səbəb 
işçinin  öz  vəzifəsinin  öhdəsindən  gələ  bilməməsi,  yaxud  öz  işinə,  texnoloci 
recimin,  istehsalat  təlimatı  tələblərinin  icrasına  səhlənkarlıqla  yanaşmasıdır.  Bax, 
buna  görə  də  obyektlərdə  hər  bir  işçiyə  istehsalatda  özünü  hifzetmə  hissinin 
aşılanması  qəza  ehtimalını  azaltmağın  və  ümumiyyətlə  təhlükəsizliyin  artırılması 
yollarından biri sayılmalıdır. 
Xarakterinə görə belə tədbirlər qruplaşdırılır, bunlara bəzən, işin dayanıqlığınin 
yüksəldilməsi yolları və ya istiqamətləri  deyilir.  


Bunlar aşağıdakılardır: 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin