Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə113/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   109   110   111   112   113   114   115   116   ...   218
Mülki müdafiə (Mühazirələr)

təsdiq edilmişdir 
  
Fövqəladə halların qarşısının alınması və belə hallarda fəaliyyət üzrə 
Azərbaycan Dövlət Sistemi haqqında 
  
Əsasnamə 
1.  Bu  Əsasnamə  Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda 
fəaliyyət  üzrə  Azərbaycan  Dövlət  Sisteminin  əsas  vəzifələrini,  təşkilini  və  iş 
qaydalarını müəyyən edir. 
2.  Fövqəladə  halların  qarşısının  alınması  və  belə  hallarda  fəaliyyət  üzrə 
Azərbaycan  Dövlət  Sistemi

  fövqəladə  halların  qarşısının  alınması,  belə  hallar 
yarandıqda  isə,  əhalinin  təhlükəsizliyinin  təmin  edilməsi  və  xalq  təsərrüfatında 
ziyanın azaldılması məqsədilə təşkil edilmişdir. 
3. Azərbaycan Dövlət Sisteminin əsas vəzifələri aşağıdakılardan ibarətdir: 
Fövqəladə  hallar  yaranarkən respublikanın ərazisində adamların həyatının  və 
sağlamlığının,  maddi və mədəni sərvətlərin, təbii mühitin mühafizəsi üzrə bir sıra 
iqtisadi  və  hüquqi  tədbirlərin  həyata  keçirilməsi,  bunlardan  ötrü  uzunmüddətli 
məqsədyönlü  proqramların  işlənib  hazırlanması  və  yerinə  yetirilməsi,  elmi 
araşdırmaların və təcrübə-konstruktor işlərinin təşkili; 
təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətinin  müşahidə  və 
nəzarət  üzrə  respublika  Sisteminin  etibarlı  işinin  təmin  edilməsi,  müxtəlif 
fəlakətlər  baş  verməsi  ehtimalının  proqnozlaşdırılması,  təhlükə  potensiallı 
obyektlərin  vaxtında  aşkar  edilməsi,  əmək  təhlükəsizliyi  tələblərini  ödəməyən 
istehsalatların  yenidən  qurulması,  yaxud  bağlanması  üzrə  lazımi  tədbirlər 
görülməsi,  xalq  təsərrüfatı  obyektlərində  və  sahələrində,  əhalinin  həyat  təminatı 
sistemlərində  işin  dayanıqlığının  artırılması,  maddi-texniki  vasitələr,  tibbi 
avadanlıq və dərmanlar, ərzaq ehtiyatları və digər xüsusi ehtiyatların yaradılması; 
Azərbaycan  Dövlət  sistemi  idarəetmə  orqanlarının,  qüvvə  və  vasitələrinin 
fövqəladə  hallarda  fəaliyyətə  yüksək  hazırlığının,  baş  vermiş  hadisələrin 
xarakterini,  miqyasını  və  ehtimal  olunan  nəticələrini  düzgün  qiymətləndirməklə 
çevik  fəaliyyətinin,  müvafiq  dövlət  idarəetmə  orqanlarını  və  əhalini  fövqəladə 
halların  törənməsi  və  ya  baş  verdiyi  barədə  operativ  xəbərdar  edilməsinin,  qüvvə 
və vasitələrin fəlakət rayonlarına vaxtında yeridilməsinin təmin olunması; 
Fövqəladə  halların  nəticələrini  aradan  qaldırmaqdan  ötrü  axtarış-xilasetmə, 
qəza-bərpa və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi; 
Fövqəladə  halların  qarşısının  alınması  və  nəticələrinin  aradan  qaldırılması 
məsələlərində  qarşılıqlı  yardım  məqsədi  ilə  digər  dövlətlərlə  qarşılıqlı  fəaliyyətin 
və xarici ölkələrlə əməkdaşlığın təşkili. 
4.  Azərbaycan  Dövlət  Sistemi  respublikada  müəyyən  edilmiş  inzibati-ərazi 
bölgüsünə  və  sahələrarası  dövlət  birlikləri  idarələrinin,  dövlət  konsernləri  və 
assosiasiyalarının  strukturuna  müvafiq olaraq  ərazi  və  xalq  təsərrüfatı  vəsilələrini 
əhatə edir. 
Sistemin  ərazi  və  sahə  vəsilələrinin  konkret  strukturları  Respublika 
nazirlikləri, baş idarələri, habelə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, 


şəhər  və  rayon  icra  hakimiyyəti  orqanları  tərəfindən  müəyyən  olunur  və  bu 
vəsilələr haqqında Əsasnamələrlə təsbit edilir. 
Bu  zaman,  adətən,  hər  bir  vəsilə  rəhbər  orqanlardan,  gündəlik  idarəetmə 
orqanlarından,  təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətini 
müşahidə və nəzarət edən qüvvələr və vasitələrdən, fövqəladə halların nəticələrini 
aradan  qaldıran  qüvvə  və  vasitələrdən,  rabitə  və  xəbərdarlıq  sistemindən,  digər 
maddi-texniki  vasitələrdən,  həmçinin  tədris  müəssisələri  və  elmi-tədqiqat 
təşkilatlarından ibarət olur. 
5. Azərbaycan Dövlət Sisteminin rəhbər orqanları aşağıdakılardan ibarətdir: 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  fövqəladə  hallar  üzrə 
Komissiyası; 
Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabinetinin  fövqəladə  hallar  üzrə 
komissiyası; 
Şəhər  və  rayon  icra  hakimiyyəti  orqanlarının  fövqəladə  hallar  üzrə 
komissiyaları; 
Xalq  təsərrüfatı  obyektlərində  yaradılan  obyekt  fövqəladə  hallar  komissiyası 
(OFHK); 
Respublikanın nazirlikləri və baş idarələrində yaradılan sahə fövqəladə hallar 
komissiyası (SFHK). 
Fövqəladə hallar üzrə komissiyalara aşağıdakı şəxslər başçılıq edirlər: 
Azərbaycan Respublikasında—baş nazirin müavinlərindən biri; 
Naxçıvan Muxtar Respublikasında—baş nazirin müavini; 
Respublikanın  şəhərlərində  və  rayonlarında—icra  hakimiyyəti  başçılarının 
birinci müavini; 
Xalq təsərrüfatı obyektlərində—baş mühəndislər. 
Nazirlik və baş idarələrdə sahə rəhbərlərinin müavini. 
Fövqəladə  hallar  üzrə  komissiyalarda  ştatlı  struktur  bölmələr  (komissiyanın 
aparatı)  yaradıla  bilər.  Belə  bölmələrin  tərkibi  Respublika  Nazirlər  Kabineti, 
Naxçıvan  Muxtar  Respublikası  Nazirlər  Kabineti,  icra  hakimiyyəti  orqanlarının 
başçıları,  nazirlik  və baş  idarələr tərəfindən,  işin  həcmindən asılı olaraq  müəyyən 
edilir. 
Fövqəladə  hallar  üzrə  obyekt  komissiyaları  onlara  tələbat  və  təşkili  üçün 
müvafiq baza olarkən yaradılır. 
6.  Azərbaycan  Dövlət  Sisteminin  vahid  məqsədləri  nəzərə  alınmaqla 
fövqəladə  hallar  üzrə  bütün  səviyyələrdən  olan  komissiyaların  əsas  funksiyaları 
aşağıdakılardan ibarətdir: 
tabeliyindəki  müvafiq  ərazilərdə,  sənaye  sahələrində,  xalq  təsərrüfatı 
obyektlərində  Azərbaycan  Dövlət  Sisteminin  və  onun  vəsilələrinin  fəaliyyətinə 
rəhbərlik etmək; 
fövqəladə  halların  qarşısının  alınması,  müxtəlif  qəzaların,  təbii  fəlakətlərin 
vurduğu ziyanın azaldılması üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək, 
fövqəladə  hallarda  təhlükə  potensiallı  istehsalatlarda  və  xalq  təsərrüfatı 
obyektlərində işlərin etibarlığını təmin etmək; 
tabeliyindəki  ərazidə  (obyektlərdə)  təbii  mühitin  və  təhlükə  potensiallı 
obyektlərin  vəziyyətini  daimi  müşahidə  və  nəzarəti,  fövqəladə  hallar  yaranması 


ehtimalının  və  onun  nəticələrinin  proqnozlaşdırılması  və  qiymətləndirilməsini 
təşkil etmək; 
fövqəladə  hallar  yaranarkən  idarəetmə  orqanlarının,  qüvvə  və  vasitələrin 
fəaliyyətinə daim hazırlığını təmin etmək; 
profilaktika  tədbirlərinə,  qəza-xilasetmə  və  qəza-bərpa  dəstələrinin 
saxlanmasına 
və  təchizatında,  fövqəladə  halların  nəticələrinin  aradan 
qaldırılmasına  və  zərərdidələrə  yardım  göstərilməsinə  çəkilən  xərclərin 
ödənilməsindən ötrü maliyyə və maddi-texniki ehtiyatlar yaratmaq; 
tabelikdəki  ərazi  fövqəladə  hallar  komissiyalarının  fövqəladə  halların 
qarşısının  alınması  və  nəticələrinin  aradan  qaldırılması  üzrə  fəaliyyətlərini 
əlaqələndirmək; 
qonşu regionların fövqəladə hallar üzrə komissiyaları ilə hərbi komandanlıqla, 
ictimai təşkilatlar və hərəkatlarla fövqəladə hallar barədə məlumatların toplanması 
və  mübadiləsi, lazım  gəldikdə  isə belə  halların qarşısının alınması  üçün qüvvə  və 
vasitələr göndərilməsi məsələləri üzrə qarşılıqlı fəaliyyəti təşkil etmək; 
fövqəladə  hallar  yaranarkən  və  genişlənərkən,  onların  nəticələri  aradan 
qaldırılarkən fəaliyyətə rəhbərlik etmək; 
tabelikdəki  ərazilərdə,  xalq  təsərrüfatı  obyektlərində  fövqəladə  hallar 
yaranarkən beynəlxalq yardımı bilavasitə bölüşdürmək və ondan istifadə etmək. 
7.Azərbaycan Dövlət Sisteminin gündəlik idarəetmə orqanları aşağıdakılardan 
ibarətdir: 
fövqəladə  hallar  üzrə  bütün  səviyyədən  olan  ərazi  komissiyalarının  növbəti 
xidmətləri; 
nazirliklərin,  baş  idarələrin,  xalq  təsərrüfatı  obyektlərinin  növbətçi-dispetçer 
xidmətləri; 
bütün səviyyədən olan mülki müdafiə qərargahları; 
respublika  xilasetmə  dəstələrinin  və  fövqəladə  halların  nəticələrinin  aradan 
qaldırılmasına cəlb olunan könüllü ictimai təşkilatların növbətçi xidmətləri. 
Azərbaycan  Dövlət  Sisteminin  rəhbər  orqanları  və  gündəlik  idarəetmə 
orqanları onun idarəetmə sistemini təşkil edir. 
8.  Təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətini  müşahidə  və 
nəzarət qüvvə və vasitələri aşağıdakılardan ibarətdir: 
Azərbaycan  Respublikası  Dövlət  Təbiəti  Mühafizə  Komitəsinin,  Azərbaycan 
Respublikası  Dövlət  Geologiya  Komitəsinin,  Azərbaycan  Respublikası  Dövlət 
Geodeziya 
Komitəsinin, 
Azərbaycan 
Respublikası 
Dövlətmədənnəzarət 
Komitəsinin, Azərbaycan Respublikası Dövlət Standartlar İdarəsinin qüvvələri; 
Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  Dövlət  Sanitariya  Nəzarəti 
qüvvələri (respublika gigiyena və sanitariya mərkəzi); 
Azərbaycan  Respublikasının  baytar  xidməti  qüvvələri  (Kənd  Təsərrüfatı  və 
Ərzaq Məhsulları Nazirliyi); 
müşahidə və laboratoriya nəzarəti xidmətləri (idarələri), həmçinin Azərbaycan 
Respublikasının  profilli  elmi-tədqiqat  təşkilatlarının,  nazirliklərinin,  baş 
idarələrinin  və  Elmlər  Akademiyasının  təbii  mühitə  nəzarətlə  məşğul  olan  və 
müşahidə və laboratoriya nəzarəti sisteminə (MLNS) daxil edilmiş idarələri; 


Azərbaycan  Respublikası  Hidrometeorologiya  Komitəsinin  hidrometeoroloji 
və  geliofiziki  təbii  hadisələr  barədə  xəbərdarlıq,  təbii  mühitin  radioaktivliyini  və 
çirklənməsini 
müşahidə 
qüvvələri, 
Azərbaycan 
Respublikası 
Elmlər 
Akademiyasının  seysmik  müşahidələr  və  xəbərdarlıq  xidməti  qüvvələri  və 
Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin təbii mühitə zərərli 
maddə düşməsi mənbələrinə nəzarət qüvvələri; 
Azərbaycan Aerokosmik agentliyinin müşahidə qüvvələri. 
Təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətini  müşahidə  və 
nəzarət sisteminin əsas vəzifələri bunlardır; 
təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini daimi müşahidə və 
nəzarət etmək, fövqəladə hallar yaranması ehtimalını, həmçinin onların nəticələrini 
proqnozlaşdırmaq və qiymətləndirmək; 
təbii mühitin vəziyyəti barədə məlumatlar toplamaq və onu ümumiləşdirmək; 
Kor-təbii 
hadisələrin 
baş 
verməsi 
və 
genişlənməsini, 
hmçinin 
hidrometeoroloji,  geofiziki  və  ekoloji  nəzarəti  proqnozlaşdırmaq  və  müşahidələr 
aparmaq; 
xalq  təsərrüfatı  obyektlərinin  tikintisi,  modernləşdirilməsi  və  yenidən 
qurulması  zamanı  sənaye  və  ekoloji  nəzarəti  proqnozlaşdırmaq  və  müşahidələr 
aparmaq; 
xalq  təsərrüfatı  obyektlərinin  tikintisi,  modernləşdirilməsi  və  yenidən 
qurulması zamanı sənaye və ekoloji təhlükəsizliyə nəzarət etmək; 
seysmik  rayonlarda  tikinti  normativlərinin  gözlənilməsinə  və  tikintinin 
keyfiyyətinə nəzarət etmək; 
istehsal  qüvvələrinin,  sənaye  sahələrinin  və  onların  obyektlərinin  inkişafı  və 
yerləşdirilməsi üzrə və perspektiv planların və sxemlərin ekoloji ekspertizası; 
təbii ehtiyatlardan istifadə olunması və təbii obyektlərin istismarına nəzarət; 
təbii  fəlakətlərin,  texnoloji  qəza  və  fəlakətlərin  ekoloji  nəticələrini 
proqnozlaşdırmaq və qiymətləndirmək; 
epizootiyalar  və  epifitotiyalar  yaranması  və  yayılması  ehtimalını 
proqnozlaşdırmaq. 
9.  Fövqəladə  halların  nəticələrini  aradan  qaldıran  qüvvə  və  vasitələr 
aşağıdakılardan ibarətdir: 
nazirliklərin  və  baş  idarələrin  hərbiləşmiş  və  hərbiləşməmiş  qəza-xilasetmə, 
qəza-bərpa, yanğınsöndürən və digər dəstələri; 
Azərbaycan  Respublikası  fəaliyyətdə  olan  tikinti,  xüsusi  və  quraşdırma 
təşkilatları,  nazirlik  və  idarələrinin  tikinti  bölmələrinin  bazasında  yaradılan  qəza-
bərpa dəstələri; 
respublika  Səhiyyə  Nazirliyinin,  habelə  digər  nazirliklər  və  baş  idarələrin 
təcili tibbi yardım xidməti idarələri və dəstələri; 
təcili baytar yardımı və bitkilərin mühafizə xidməti dəstələri; 
Azərbaycan  Respublikası  FHN  Dövlət  Yanğından  Mühafizə  Xidmətinin 
yanğından mühafizə hissələri; 
MM-in qoşun hissələri, ərazi və ixtisaslaşdırmış dəstələri; ―Azərbaycan Hava 
Yolları‖ Qapalı Səhmdar Cəmiyyətinin müvafiq xidmətləri; 
Azərbaycan Dəmir Yol İdarəsinin bərpaetmə və yanğınsöndürmə qatarları; 


―Xəzərneftqaz‖  birliyinin, ―Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi‖  Qapalı 
Səhmdar  Cəmiyyətinin idarəsinin,  Azərbalıqsənaye  birliyinin  qəza-xilasetmə 
xidmətləri;  
«Azəravtonəqliyyat»  Dövlət  Konserninin,  respublika  nazirlik  və  idarələrinin 
nəqliyyat bölmələrinin avtonəqliyyat vasitələri; 
digər könüllü ictimai təşkilatların qüvvələri. 
Azərbaycan  Dövlət  Sisteminə  daxil  edilmiş  bütün  bu  qüvvə  və  vasitələr 
bütövlükdə  fövqəladə  halların  nəticələrini  aradan  qaldıran  qüvvələr  və  vasitələr 
sistemini təşkil edir. 
10.  Azərbaycan  Respublikası  FHN  yanğından  mühafizə  qurumunun  müxtəlif 
nazirlik  və  baş  idarələrin  hərbiləşdirilmiş  mədən-xilasetmə,  qaz-xilasetmə 
xidmətlərin  və  digər  belə  peşəkar  xidmətlərin,  Azərbaycan  Respublikası  MM-in 
qoşun  hissəsinin  bazası  əsasında,  respublika  nazirlikləri  və  baş  idarələri  ilə 
razılaşdırılmaqla,  daimi  hazırlıqlı  qəza-xilasetmə  bölmələri  yaradılır  ki,  bu 
bölmələr  Azərbaycan  Dövlət  Sistemi  tərəfindən  həm  respublikanın  müxtəlif 
regionlarında,  həm  də  yardım  məqsədilə  respublikanın  hüdudlarından  kənarda 
fövqəladə  halların  nəticələrini  operativ  surətdə  məhdudlaşdırmaq  və  aradan 
qaldırmaq üzrə onların imkanları daxilindəki işlərə cəlb edilə bilər. 
11.  Azərbaycan  Dövlət  Sisteminin  informasiya  idarəetmə  sistemi  onun  işini 
informasiya ilə təmin edir və aşağıdakılardan ibarətdir: 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  fövqəladə  hallar  üzrə 
Komissiyasının respublika İnformasiya Hesablama Mərkəzi; 
Azərbaycan Respublikasının əhalisinə xəbərdarlıq sistemi; 
Naxçıvan MR informasiya-hesablama mərkəzi; 
Azərbaycan  Respublikası  nazirliklərinin  və  baş  idarələrinin  hesablama 
mərkəzləri; 
Azərbaycan Respublikası şəhərləri və rayonlarının hesablama mərkəzləri; 
fövqəladə  halların  nəticələrini aradan qaldıran qüvvələr  və  vasitələrin (qoşun 
hissələri, hərbiləşdirilmiş və hərbiləşdirilməmiş dəstələri) idarəetmə məntəqələri; 
infoormasiya  mərkəzləri  (təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin 
vəziyyətini müşahidə və nəzarət sisteminin ilkin məlumat toplama mərkəzləri); 
rabitə və məlumatvermə vasitələri. 
12.  Azərbaycan  Dövlət  Sistemi  informasiya-idarəetmə  sisteminin  əsas 
funksiyaları bunlardır: 
təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətinə  müşahidə  və 
nəzarət  sistemindən  alınan  məlumatların  kompleks  öyrənilməsi,  o  cümlədən  baş 
vermiş  fövqəladə  hallar barədə  xəbərdarlıq, belə  xəbərlərin seçilməsi  və aidiyyatı 
üzrə abonentlərə (istifadəçilərə) çatdırılması; 
Sistemin abonentlərindən  (istifadəçilərindən)  alınan  məlumatların  toplanması 
və öyrənilməsi; 
Azərbaycan  Dövlət  Sisteminin  müxtəlif  vəsilələri  arasında,  həmçinin  bütün 
səviyyələrdən  olan  fövqəladə  hallar  üzrə  komissiyalar  və  fövqəladə  halların 
nəticələrini  aradanqaldırma  qüvvələri  və  vasitələrinin  idarəetmə  məntəqələri, 
habelə  təbii  mühitin  və  təhlükə  potensiallı  obyektlərin  vəziyyətinə  müşahidə  və 


nəzarət  sisteminin  idarəetmə  məntəqələri  arasında  məlumat  (informasiya) 
mübadiləsini təşkil etmək. 
13.  Azərbaycan  Dövlət  Sisteminin  fəaliyyəti  fövqəladə  halların  qarşısının 
alınması  və  belə  hallarda  fəaliyyət  üzrə  tədbirlərin  planlaşdırılması,  hazırlanması 
və həyata keçirilməsindən ibarətdir. 
Mövcud şəraitdən asılı olaraq sistemi üç iş rejimi müəyyən edilmişdir: 
gündəlik  iş rejimi—normal sənaye  istehsalı  və radiasiya şəraitində,  həmçinin 
normal  kimyəvi,  bioloji  (bakterioloji),  seysmik,  hidrometeoroloji  şəraitdə, 
epidemiya, epizootiya, epifitotiya olmayan hallarda sistemin işi; 
yüksək  hazırlıq  rejimi—sənaye  istehsalı  və  radiasiya  şəraiti,  kimyəvi,  bioloji 
(bakterioloji),  seysmik  və  hidrometeoroloji  şərait  xeyli  pisləşdikdə,  həmçinin 
fövqəladə hallar yaranması ehtimalı haqqında proqnoz alınarkən sistemin işi; 
fövqəladə  rejim—fövqəladə  hallar  yaranarkən  və  onların  nəticələri  aradan 
qaldırılarkən sistemin işi. 
Azərbaycan  Dövlət  Sisteminin,  onun  vəsilələrinin  bu  və  ya  digər  rejimə 
keçirilməsi  haqqında  qərar  fövqəladə  hallar  üzrə  müvafiq komissiyalar  tərəfindən 
konkret şərait nəzərə alınmaqla qəbul edilir. 
Vəziyyətdən  asılı  olaraq  Azərbaycan  Dövlət  Sistemi  və  onun  vəsilələri 
müxtəlif rejimlərdə işləyə bilər. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin