14. Azərbaycan Dövlət Sistemi müxtəlif rejimlərdə işləyərkən aşağıdakı
tədbirlər yerinə yetirilir:
a) gündəlik iş rejimində: təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinin müşahidə və
nəzarət edilməsi;
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması,
fövqəladə hallar baş verərkən əhalinin təhlükəsizliyini artırmaq və xalq təsərrüfatı
itkilərini azaltmaqdan ötrü dövlət, dövlətlərarası uzunmüddətli birməqsədli
proqramların və qabaqlama (preventiv) tədbirlərin yerinə yetirilməsi;
Azərbaycan Dövlət Sistemi idarəetmə orqanlarının qüvvə və vasitələrinin
fövqəladə hallar üçün fəaliyyətə hazırlanması, hazırlığın təkmilləşdirilməsi və
lazımi səviyyədə saxlanması, fövqəladə hallarda mühafizə üsullarının və fəaliyyət
qaydalarının əhaliyə öyrədilməsi;