əlaqələrinin təmin olunması, əlavə yanacaq növünə, digər xammal və
texnologiyalara keçmək üçün hazırlıq tədbirlərindən başlamış, obyektlərdə işçilərin
müdafiə edilməsinə, fəlakət nəticələrinin aradan qaldırılmasınadək müxtəlif işlər
aiddir. Bunların bir qisminin hələ obyektlərin layihələşdirilməsi və tikilməsi vaxtı,
digərlərinin isə sonradan yerinə yetirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər
səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş normativ sənədlərə uyğun olaraq
icra edilir.
Dayanıqlığın artırılması məqsədi ilə mülki-müdafiə mühəndis-texniki tədbirlərinin
təyinatı və tətbiq olunması.
Mülki Müdafiə orqanlarının vəzifəsi istehsalatın tərkib hissələrinin-işçi
qüvvəsinin, avadanlıqların, xammalın, hazır məhsulların müdafiəsinə yönəldilmiş
mühəndis-texniki və digər tədbirlərin işlənib hazırlanması və yerinə yetirilməsində
iştirak etməkdir.
Fövqəladə hadisələr zamanı obyektdə işin dayanıqlığını artıran tədbirlər
kompleksində mühəndis texniki tədbirlərin yerinə yetirilməsi xüsusən böyük
əhəmiyyətə malikdir. Yuxarıda deyildiyi kimi, belə tədbirlər bina və qurğuların,
kommunikasiyaların müxtəlif dağıdıcı təsirlərə fiziki davamlığını artırmaq üçün
görülür.
Yeni müəssisələr, digər müxtəlif obyektlər layihələşdirilərkən və tikilərkən
yerinə yetirilən mühəndis-texniki tədbirlər daha səmərəli və iqtisadi cəhətdən xeyli
sərfəli olur.
Bu zaman ilk növbədə, obyektin ərazisində bina və qurğuların yerini zonalar
üzrə planlaşdırmaq, yəni istehsalat qurğularını, ambarları, zavod idarəsi binalarını
və digər müxtəlif məqsədli tikililəri ayrı-ayrı qruplar şəklində (zonalarla)
yerləşdirmək nəzərdə tutulur. Xüsusən partlayış təhlükəli sexləri, laboratoriyaları,
güclü təsirli zəhərli maddə tutumlarını ayrıca yerləşdirmək vacib sayılır. Təcrübə
göstərir ki, bütün bunlar həm də qəzalar, dağıdıcı kortəbii hadisələr, başqa kənar
təsirlər şəraitində ikinci zədələyici amillər törəməsinin, uçqun qalaqları
yaranmasının xeyli dərəcədə qarşısını alır.
Obyektlər tikilən dövrdə həmçinin orada işləyəcək işçilərin müdafiəsi (MM
müdafiə qurğularının tikilməsi və s.) məsələləri də həll edilir.
Fəaliyyətdə olan obyektlərdə isə belə tədbirlər müəssisələrin yenidən qurulması
vaxtı və itehsalatın təkmilləşdirilməsi qaydası ilə həyata keçirilir.
Araşdırma zamanı obyektin istehsal prosesində iştirak edən elementlərinin
mövcüd vəziyyəti müasir silahların bütün zəhərləyici amillərinə, ikinci amillərə,
habelə ehtimal edilən kortəbii hadisələrinin təsirinə davamlıq baxımından
qiymətləndirilib təyin edilir. Bundan məqsəd – obyektin istehsal fəaliyyətində ən
zəif sahələri aşkara çıxarmaq və onların etibarlığını, eləcə də bütünlüklə
müəssisənin sabit işini təmin etmək üçün tələb olunan mühəndis-texniki, texnoloci
və təşkilati tədbirləri müəyyənləşdirməkdir.
Dostları ilə paylaş: