Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


  fövqəladə hallar zamanı işçilərin müdafiəsinin təmin edilməsi;  2



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə118/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   114   115   116   117   118   119   120   121   ...   218
Mülki müdafiə (Mühazirələr)

1.  fövqəladə hallar zamanı işçilərin müdafiəsinin təmin edilməsi; 
2.  obyektin  ən  vacib  elementlərinin  möhkəmliyinin  artırılması  və  texnoloci 
prosesin təkmilləşdirilməsi; 
3.  maddi texniki təchizatın dayanıqlığının artırılması; 
4.  ekstremal şəraitdə obyektin idarəetmə sisteminin etibarlığının yüksəldilməsi; 
5.  müəsədə  istehsalat  qəzaları  baş  verməsi,  ikinci  zədələyici  amillər  törəməsi 
ehtimalını və onların zərərini azaltmaq üzrə tədbirlərin işlənib hazırlanması; 
6.  obyektdə istehsalın bərpa edilməsi üçün hazırlıq görülməsi. 
Bu  tədbirlər  əsasən  əvvəlcədən  işlənib  yerinə  yetirilir.  Bilavasitə  fövqəladə 
hallar  zamanı  görülməli  olan  əməliyyatlar  isə  qabaqcadan  planlaşdırılır,  onların 
dərhal icrası üçün hazırlıq görülür. 
Həmin tədbirlərin mahiyyətini nəzərdən keçirək: 
A)  İşçilərin  müdafiəsi  hər  hansı  bir  obyektdə  işin  dayanıqlığının  yüksəltməyin  ən 
vacib  amilləridir,  çünki  aydındır  ki,  işçi  qüvvəsi  olmadan  heç  bir  istehsalat 
mümkün  deyil.  Bu  məqsədlə  görülən  mühəndis-texniki  tədbirlərin  ən  başlıcası 
bütün  işçilərin  MM  qurğuları  ilə  təmin  edilməsidir.  Təlimatda  göstərilir,  dərəcəli 
şəhərlərdə və müharibə dövründə daha ciddi təhlükə yaranan sahələrdə işini davam 
etdirən müəssələrin işçiləri  sığınıcaqla, qalan bütün əhali isə daldalanacaqla təmin 
edilməlidir. 
B) Obyektin ən vacib elementlərinin, bina və qurğuların möhkəmliyinin artırılması 
– buradakı avadanlığı, dəzgahları, texnogen xətləri müdafiə üçün vacibdir. Mə’lum 
olduğu  kimi  tikilən  sənaye  binaları  və  qurğularının  ümumi  sabitliyi  hissələrin 
ağırlığına və külək nəticəsində yaranacaq əlavə yüklərə hesablanır. 
V)  Maddi-texniki  təchizat,  obyektdə  təchizatın  dayanıqlığı  xammal,  material, 
komplektləşdirici  hissələr,  avadanlıq  və  yanacaq  ehtiyatlarını  yaratmaqla  artırılır. 
Bunlar  həm  istehsalı davam etdirmək,  həm  də  fövqəladə  hallarda pozularsa, onun 
bərpası üçün nəzərdə tutulur. Azalmayan ehtiyatlar halında tədarük görülən həmin 
materialların  miqdarı  nazirliklərin  hər bir  obyekt  üçün  təsdiq etdiyi  normalar  üzrə 
müəyyən olunur. 
Müxtəlif yerlərdəki mal göndərən təşktlatlarla istehsal əlaqələrinin variantlarını 
hazırlamaq,  digər  müəssisələrdən  alınan  bir  sıra  ən  vacib  hissələrin,  qovşaqların 
obyektin özündəcə istehsal olunması və s. tədbərlər də işin dayanıqlığını artırar. 
Hazır məhsulların vaxtında və dərhal istehlakçıya göndərilməsi də çox vacibdir. 
Xüsusən,  neftayırma,  kimya  müəssisələrində  hazır  məhsulun  yığılıb  qalması  həm 
obyektin  özü,  həm  də  qonşu  obyektlər  və  yaşayış  sahələri  üçün  ciddi  qorxu 
yaradar, ikinci zədələyici amillərin ən qorxulu mənbəyinə çevrilə bilər. 
Q)  Ekstremal  şəraitdə  obyektdə  istehsal  prosesinin  və  MM  idarə  etmək  rəhbər 
hey’ətin  fəaliyyətində  əsas  və  ən  məsuliyyətli  işdir.  İdarəetmə  prosesi  hər  cür 
hallarda  işçilərə,  MM  dəstələrinə  daim  rəhbərlik  edilməsini  nəzərdə  tutur,  əsas 
tələb  isə  onun  fasiləsizliyidir.  İdarəetmənin  rəhbər  heyət  rabitə  və  xəbərdarlıq 
vasitələrindən istifadə etməklə həyata keçirir. 
D) Müəsisələrdə istehsal qəzalarını və ikinci zədələyici amillər ehtimalını azaltmaq 
üzrə tədbirlər adətən birgə hazırlanıb yerinə yetirilir. 


E)  Obyektdə  pozulmuş  istehsalın  bərpa  olunması  üçün  hazırlıq  görülməsi. 
Yuxarıda deyildiyi kimi, obyektin  məhsul  buraxmağa qısa  müddətdə  hazırlanması 
imkanı  onun  işinin  sabitliyinin  vacib  göstəricisidir.  Belə  hazırlıq  nə  dərəcədə 
yüksəkdirsə,  hər  hansı  bir  səbəbdən  zədələndikdən  sonra  müəssisədə  istehsal 
prosesi bir oqədər tez bərpa olunar. 
Həmin  işləri  obyektin  rəhbəri  təşkil  edir.  Bu  məqsədlə  onun  əmrinə  əsasən 
müxtəlif  sahələr  üzrə  (məsələn,  bina  və  qurğuların,  texnoloci  avdanlığın,  enerci 
təchizatının,  digər  təchizat  və  nəqliyyatın  etibarlığını  təyin  etmək  üçün)  müvafiq 
araşdırma  qrupları  yaradılır,  onların  konkret  vəzifələri  və  iş  proqramları 
myəyyənləşdirilir. Bu qruplara  müəssisənin mütəxəssisləri ilə yanaşı elmi tədqiqat 
idarələrinin  əməkdaşları  da  cəlb  oluna  bilər.  Tədbirlər  iqtisadi  cəhətdən  o  zaman 
əsaslandırılmış  hesab  edilir  ki,  onlar  eyni  zamanda  əminamanlıq  dövründə  də 
obyektin 
qəzasız 
fəaliyyətinin 
tə’min 
olunmasına, 
əmək 
şəraitinin 
yaxşılaşdırılmasına və istehsal prosesinin təkmilləşdirilməsnə xidmət edir. 
Belə araşdırmalar  nəticəsində  iki cür plan  tərtib edilir: birincisi, dinc dövründə 
obyektdə  işin  dayanıqlığınin  yüksəldilməsi  üzrə  tədbirlər  planı  və  ikincisi, 
müharibə təhlükəsi yaranan dövrdə obyektdə işin sabitliyini artırmaq üzrə tədbirlər 
planıdır. 
Obyektin  rəhbəri  tərəfindən  təsdiq  edilib  yuxarı  idarələr,  nazirliklərlə 
razılaşdırılandan sonra birinci plandakı tədbirlər obyektin iqtisadi və sosial inkişafı 
üzrə  perspektiv  planlara,  ikinci  sənəddəki  işlər  isə  müəssisənin  müharibə  dövrü 
üçün mülki müdafiə planına daxil edilir. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin