Güclü dağılma zonası. 50 kPa-dan 30 kPa-dək izafi təzyiqin təsirinə məruz
qalan sahələr orta dərəcəli dağıntılar zonasıdır. Bu zonanın hüdudları daxilindəki
yerüstü binalar güclü dağıntılara məruz qalır, yeraltı sığınacaq və şəbəkələr salamat
qalır. Küçələrin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması
nəticəsində güclü yanğınlar törəyir.
Orta dağılma zonası. 30kPa-dan 20 kPa-dək izafi təzyiq təsir göstərən
sahələrdə orta dağıntılar baş verir. Taxta evlər tamamilə və çox dağılır, daş evlər
orta və ya zəif dağıntılara uğrayırlar. Sığınacaq, daldalanacaq və bina zirzəmilər
dağıntılarsız ötüşürlər. Küçələrdə ayrı-ayrı uçqunlar əmələ gəlir. İşıq şüalanması
nəticəsində başdan-başa yanğınlar törəyir.