Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə130/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   126   127   128   129   130   131   132   133   ...   218
Mülki müdafiə (Mühazirələr)

Zəif  dağılma  zonası.  20kPa–dan  10  kPa-dək  izafi  təzyiq  təsir  göstərən 
sahələrdə zəif dağıntılar baş verir. Bu zonada yerüstü binalar zəif dağıntılara məruz 


qalır  (onların  qapı-pəncərələri,  artırmaları,  daxili  arakəsmələr  və  s.  dağılır). 
Küçələrdə tək-tək uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir. 
Dağıntı zonalarından kənarda (izafi təzyiq 10 kPa –dan az olan yerlərdə) zərbə 
dalğası  mühafizə  olunmamış  adamlara  təhlükə  törətmir,  binaları  isə  azacıq 
zədələyir. 
 
Radioaktiv buludun izlərində zəhərlənmənin xarakteristikası 
Yerüstü  nüvə  partlayışı  zamanı  zədələnmə  ocağında  bu  sahənin  partlayış 
məhsulları  ilə  çirklənməsi  nəticəsində  xeyli  mürəkkəb  radiasiya  vəziyyəti  yarana 
bilər.  Radioaktiv  buludun  hərəkəti  istiqamətindəki  sektor  ən  yüksək  dərəcədə 
çirklənəcəkdir.  Bu  sahələrdə  şüalanma  dozasının  gücü  hətta  partlayışdan  bir  saat 
sonra  bir  neçə  min  Rentgen-saat  (R/s)  ola  bilər.  Belə  halda  mühafizə  olunmamış 
adamlar  bir  neçə  dəqiqə  ərzində  ölümcül  kəmiyyətə  çatan  dozalarda  şüalanmaya 
məruz  qala  bilərlər.  Ərazinin  müəyyən  sahəsində  radioaktiv  çirklənmənin  sıxlığı 
sahə 
vahidinə 
tökülən  radioaktiv  hissəciklərin 
miqdarından,  onların 
radioaktivliyindən  və  dispersiya  tərkibindən,  habelə  partlayışdan  sonra  nə  qədər 
vaxt keçdiyindən asılı olur və sahə vahidinə düşən aktivliklə (Ki/km, Ki/m, Ki/sm 
və s.),  Sistemində isə Bk/m ilə ifadə edilir (Ki=3,7.10 Bk). 
 
Radioaktiv bulud 
 
Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin