Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə137/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   133   134   135   136   137   138   139   140   ...   218
Mülki müdafiə (Mühazirələr)

Dozimetrlər – zəhərlənmiş rayonda fəaliyyət göstərən bütün müddət ərzində şəxsi 
heyətin  aldığı  ümumi  şüalanma  dozalarını  (əsasən  qamma  şüalanma  dozalarını) 
təyin etmək üçündür. 
Fərdi  dozimetrlər  kiçik  ölçülü  ionlaşma  kamerasından  və  plyonkalı  fotokasetdən 
ibarətdir.Kameralar  komplektindən  və  doldurma-ölçmə  tərtibatından  ibarət  cihaz 
dəstinə- fərdi dozimetrik nəzarət komplekti deyilir. DK-02, DP-22V, DP-24, İD-1, 
İD-11  və  s.  cihazlar  fərdi  dozimetrlər  komplektləridir.  Vericilərin  tipinə  görə 
cihazları:  ionlaşma  kameraları,  silindr  formalı  və  kəllə  qazboşalma  sayğacları, 
ssintilyasiya sayğacları və fotomüqavimətli sayğaclar tətbiq olunan cihaz növlərinə 
ayırmaq olar. 
Ölçülən  şüalanmanın  növünə  görə,  cihazları  -şüalanma  ölçən,  v  və  a  hissəcikləri 
ölçən  cihazlara  ayırmaq  mümkündür.Cihazın  sxemində  çevrilən  siqnalların 
xarakterinə  görə,  dozimetrik  qurğular  iki  qrupa  ayrıla  bilər.  Birinci  qrupa  elə 


cihazlar  aid  edilir  ki,  burada  nəzarət  edilən  şüalanmaların  hissəcikləri  və  ya 
fotonları  detektor  vasitəsilə  qısa,  ardıcıl  elektrik  siqnallarına  çevrilir.  Bu  qrup 
cihazların  elektrik  sxemi  çevirici  və  impuls  gücləndirici  rolunu  oynayır. 
İkinci  qrupa  dozimetrik  cihazlarda  isə  cihazın  detektoru  ona  təsir  göstərən 
şüalanmaları  fasiləsiz  sabit  cərəyana  çevirir.  Belə  halda  cihazın  sxemi  sabit 
cərəyan gücləndirici və çevirici rolunu oynayır. 
Müasir dozimetrik cihazların, demək olar  ki,  hamısı  ionlaşdırma  metodu əsasında 
işləyir. Cihazların əsas qovşaqları aşağıdakılardan ibarətdir: 
Vericilərin  əsas  tərtib  hissəsi  olmaqla,  detektorlar,  yəni  ionlaşma  kameraları, 
qazboşalma  sayğacları  və  ya  ssintillyator  ölçmə  və  ya  qeydetmə  cihazları. 
Kimyəvi  kəşfiyyat  cihazları  haqqında  ümumi  məlumatlar.  Havada,  ərazidə, 
texnikanın  və  başqa  obyektlərin  səthlərindəki,  zəhərləyici  maddələri  (ZM)  adətən 
kimyəvi kəşfiyyat cihazları və qaz siqnalizatoru vasitəsilə, yaxud problar nümunə 
götürüb  onları  kimya  laboratoriyasında  təhlildən,  analizdən  keçirməklə  aşkar 
edirlər.  Müasir  zəhərləyici  maddələri  hiss  orqanları  vasitəsilə  orqanoletik  üsulla 
aşkar etmək heç də həmişə  mümkün deyil; əvvala onların bir çoxunun heç bir iyi 
rəngi,  qıcıqlandırıcı  xassələri  yoxdur,  başlıcası  isə,  bir  sıra  ZM-  nin  zəhərliliyi  o 
dərəcədə yüksəkdir ki, onların iyinə və qıcıqlandırıcı təsirlərinə görə aşkar edilməsi 
cəhdi  ciddi  zəhərlənmələrlə  nəticələnə  bilər.  Müşahidə  yolu  ilə,  yəni  əşyanın 
səthindəki  ZM  damcılarına  və  ləkələrinə,  ZM-in  yaratdığı  buludun  rənginə, 
zəhərlənmiş  bitki  yarpaqlarının  rənginin  dəyişməsinə  görə  ancaq  bəzi  zəhərləyici 
maddələri  təxmini  olaraq  aşkar  etmək  mümkündür.  Zəhərləyici  maddələri  çöl 
şəraitində aşkar  və təyin etmək  üçün ən çox  kimyəvi metoddan  istifadə edilir; bu 
üsul  zəhərləyici  maddə  ilə  ona  müvafiq  seçilmiş  digər  bir  xüsusi  maddənin 
qarşılıqlı təsiri sayəsində müəyyən bir rəngə  malik birləşmə yaranması hadisəsinə 
əsaslanır.  Belə  rəngin  meydana  çıxması  burada  məhz  həmin  ZM-in  olduğuna 
dəlalət edir. Bu rəngin çalarını kağıza çəkilmiş rəng etalonları ilə müqayisə edərək 
ZM-in  konsentrasiyası  və  ya  havanın  zəhərlənmə  dərəcəsi  barədə  qənaətə 
mümkündür. 
İstifadə etmək rahat olsun deyə, kimyəvi kəşfiyyat cihazlarında işlədilən reaktivləri 
məsaməli maddəyə yaxır, yaxud şüşə ampula yığırlar. Reaktiv yaxılmış məsaməli 
maddəni  və  müvafiq  miqdar  ampulları şüşə  borucuğa  yerləşdirir  və  ətraf  mühitin 
təsirindən  qorumaq  üçün  borucuğun  hər  iki  ucunu  lehimləyirlər.  Belə  borucuqlar 
indikator  borucuğu  adlanır.  İndikator  borucuğunu  işlədərkən  onun  uclarını  kəsir, 
daxilindəki ampulu sındırmaq  və zəhərli  havanı xüsusi  nasosla sorub borucuqdan 
keçirirlər:  bu  zaman  havanın  tərkibindəki  ZM  buxarları  reaktivlə  reaksiyaya 
qoşularaq  məsaməli  maddənin rəngini  müvafiq surətdə dəyişir. Bu rəngə  və onun 
tündlüyünə  görə  ZM-in  növü  və  havadakı  konsentrasiyası  təxmini  təyin  edilir. 
Kimyəvi  kəşfiyyat  cihazları  və  qaz  siqnalizatorlarının;  qoşun  kimyəvi  kəşfiyyat 
cihazı (VPXR), yarımavtomat kimyəvi kəşfiyyat cihazı (PPXR), QSA-12 və QSP-
11 avtomat qaz siqnalizatorları və s. növləri olur. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin