Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə145/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   141   142   143   144   145   146   147   148   ...   218
Mülki müdafiə (Mühazirələr)

Dəridə  yara  çıxaran  ZM  elə  zəhərli  birləşmələrdir  ki,  onlar  hətta  ən  cüzi 
miqdarda bədənin dəri səthini zədələyə bilir. 
Kimyəvi təmiz iprit zəif gənəgərçək iyli, şəffaf, yağlı, rəngsiz mayedir. O, üzvi 
həlledicilərdə, yağ və yağaoxşar maddələrdə yaxşı, suda xeyli zəif həll olur.  


 
İpritin tətbiqi 
 
Ərzaq  məhsullarına,  məsaməli  materiallara,  boyaq  örtüklərinə,  rezin-texniki 
məmulatlara asanlıqla hopur və onların uzun müddət zəhərli qalmasına səbəb olur. 
Ərazi  uzun  müddət-yayda  7  sutka,  qışda  bir  neçə  həftə  zəhərli  qalır.  İprit  suda 
yavaş  hidroliz  olunur  və  neytrallaşır  (zəhərsizləşir),  qələvilərin  təsirindən  ipritin 
hidrolizi sürətlənir. Xlorlu əhəng, xloraminlər və sulfidlər ipriti tez zəhərsizləşdirir. 
İprit kontakta olduğu orqanlara və toxumalara (tənəffüs yollarına, gözlərə, dəriyə, 
mədə-bağırsaq  sisteminə)  təsir  edir,  bədənin  zədələnmiş  yerindən  qana  sorulması 
nəticəsində  isə  ümumzəhərləyici  təsir  göstərir.  Bədənin  səthinə  düşən  iprit 
damcıları  7  dəqiqədən  sonra  dərinin  alt  qatlarına  keçir.  20-30  dəqiqə  ərzində  isə 
heç  bir  ağrı  hissi  törətmədən  orqanizmdə  tamamilə  sorulur.  İprit  davamlı  zəhərli 
maddədir. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin