Boğucu təsirli ZM elə maddələrə deyilir ki, onlar əsasən ağciyər toxumalarını
zədələyir, orqanizmin digər toxumalarına isə güclü təsir göstərmir.
Boğucu təsirli zəhərli maddələr qrupuna fosgen və difosgen aiddir. Fosgenin
xassələri sonrakı paraqrafda nəzərdən keçiriləcəkdir.
Difosgen qaynama temperaturu 128 dərəcə olan mayedir, yavaş buxarlanır.
Havadan 7 dəfə ağırdır. Yayda ərazinin açıq yerlərində 1saata, meşəlik yerlərində
isə bir neçə saatadək zəifləyir. Difosgen suda həll olur, bu zaman xlorid turşusu və
karbon qazı yaratmaqla parçalanır. Difosgen su quyularını zəhərləmir.
Difosgen davamsız zəhərləyici maddələrə aiddir.