Göbələklər – çox müxtəlif və geniş çeşiddə olan mikroorqanizmlərdir.
Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fiziki, kimyəvi təsirlərə və günəş
şüalarının təsirinə, qurumağa davamlıdırlar. Koksidioidomikoz, kriptokokkoz və s.
kimi xəstəlikləri törədir.
Toksinlər bir sıra mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn,
canlılara yüksək toksiki təsir göstərən, bəzi hallarda ölümə səbəb olan zülali
maddələrdir. Botulizm, difteriya, tetanus toksinləri təmiz halda alınmışdır. Hərbi
məqsədlə ən çox botulizm toksini və stafilokok enterotoksini diqqəti cəlb edir,
bunlar kimyəvi silah növünə daxildir. Toksinlər yüksək bioloyi aktivliyə
malikdirlər, belə ki, botulizm toksininin 0,005 – 0,008 mq dozası ölümə səbəb
olur.
Kənd təsərrüfatı bitkilərinə təsir edən kimyəvi vasitələr – toksinlər, herbisidlər,
defoliantlar və desikantlar istifadə olunur. Bu kimyəvi vasitələr alaq otlarının məhv
edilməsi, yarpaqların tökülməsi və bitkilərin qurudulması məqsədilə istifadə
olunur. Bu maddələrin kütləvi istifadəsi torpağın sterilizasiyasına, bitkilərin
ölməsinə, heyvan və insanların zəhərlənməsinə səbəb olur. 1963-cü ildə
Vyetnamda herbisidlərin külli miqdarda istifadə olnması 2000 insanın
zəhərlənməsinə (80 ölüm), 1969-cu ildə isə 28500 insanın zəhərlənməsinə (500
ölüm) səbəb olmuşdur. Bakterioloji silah kimi kənd təsərrüfatı bitkilərinə zərər
vuran həşəratlardan istifadə olunur. Kolorada böcəyi, sarança, hessen milçəyi belə
həşəratlardandır. Kolorada böcəyi kartof, pomidor, kələm vəs. kimi kənd
təsərrüfatı məhsullarına ziyan vurur. Sarança böyük ərazilərdə bitki örtüyünə zərər
vurma qabiliyyətinə malikdir. Hessen milçəyi buğda, arpa, çovdar kimi dənli
bitkilərə ziyan vurur.
Bakterioloji silah məqsədilə taun, vəba, sibir yarası, botulizm, təbii çiçək,
tulyaremiya kimi xəstəliklərin törədicilərindən istifadə olunur.
Taun – kəskin infeksion xəstəlikdir. İnkubasion dövrü 1-3 gündür. Xəstəlik kəskin
başlayır: ümumi zəiflik, titrətmə, baş ağrısı, yüksək hərarət, huşun alaqaranliğı
qeyd olunur. Xəstəliyin ağciyər forması daha ağırdır. Bu zaman ağır ümumi
əlamətlərə döş qəfəsində ağrı, bəlğəmli öskürək qoşulur. Xəstə tez zamanda
gücünü və huşunu itirir. Artan kəskin ürək-damar çatmamazliği nətucəsində ölüm
baş verir. Xəstəlik 2 gündən 4 günədək davam edir.
Vəba ağir gedişli, tez yayılan kəskin infeksion xəstəlikdir. Xəstəliyin törədicisi
vəba vibrionları xarici mühit amillərinə qarşı davamlıdır, suda bir neçə ay qala
bilir. İnkubasiya dövrü bir neçə saatdan 6 günədək, orta hesabla 1-3 gündür. Əsas
əlamətləri – qusma, ishal, qıcolmalərdır. Qusuntu və nəcis düyü həlimini xatırladır.
Orqanizm sürətlə mayesini və çəkisini itirir, temperatur 350-dən aşağı düşür. Ağır
hallarda ölüm baş verir.
Sibir yarası əsasən kənd təsərrüfatı heyvanlarının yoluxduğu kəskin infeksion
xəstəlikdir. Xəstə heyvanlardan insanlar dəri, tənəffüs yolları, mədə-bağırsaq yolu
ilə yoluxur və müvafiq olaraq xəstəliyin dəri, ağciyər və bağırsaq formaları ayırd
edilir. Sibir yarasının ağciyər forması ağciyərlərin spesifik iltihabı, hərarətin
yüksəlməsi, qanlı bəlğəmli öskürək ilə xarakterizə olunur. Ürək fəaliyyəti zəifləyir
və müalicə olunmadıqda 2-3 gündən sonra ölüm baş verir. Sibir yarasının bağırsaq
formasında bağısaqda xoralar əmələ gəlir, qarında kəskin ağrılar, qanlı qusma,
ishal qeyd olunur. 3-4 gündən sonra ağır hallarda ölüm baş verir. Dəri formasında
əsasən dərinin açıq hissələri (əl , üz, boyun, ayaqlar) zədələnir. Mikrobların
düşdüyü yerdə qaşınan ləkələr əmələ gəlir. Bu ləkələr 12- 15 saatdan sonra
içərisində bulanıq və ya qanlı möhtəviyyat olan suluqlara çevrilir. Bu suluqlar
partlayır və onların yerində dərin qara xoralar əmələ gəlir. Bu xoraların diametri
bəzən 6-9 sm-ə çatır. Xoralar çox ağrılı olur, ətrafında ödem əmələ gəlir. Əlverişli
hallarda 5-6 gündən sonra sağalma baş verir, hərarət aşağı düşür.
Botulizm müasir dövrdə güclü zəhər sayılan botulizm toksini tərəfindən törədilir.
Yoluxma zədələnmiş dəridən, tənəffuüs yollarından, həzm kanalından və selikli
qişqlardan baş verir. İnkubasiya dövrü 2 saatdan 1 sutkayadək olur. Toksin
mərkəzi sinir sistemini, azan siniri və ürəyin sinir aparatını zədələyir. Əvvəlcə
ümumi zəiflik, başgicəllənməsi, qarında ağrılar, mədə-bağırsaq yolunda
pozğunluqlar əmələ gəlir. Sonra əsas əzələ qruplarının: dil, yumşaq damaq, qırtlaq,
üz əzələlərinin iflici baş verir. Mədə-bağırsaq əzələlərinin iflici nəticəsində
meteorizm və davamlı qəbizlik yaranır. Tənəffüs üzvlərinin iflici nəticəsində ölüm
baş verir.
Tulyaremiya töradicilari suda, torpaqda, tozda uzun müddət sag qala yoluxma
tənəffüs yolları, həzm sistemi, selikli qişalar və dəridənbaş verir. Hərarətin
yüksəlməsi, baş ağrıları, əzələ ağrıları ilə başlayır. Xəstəliyin ağciyər, bağırsaq və
tifoz forması ayırd edilir.
Təbii çiçək viruslar tərəfindən törədilən, qızdırmavə özündən sonr çapıqlar qoyan
səpkilərlə xarakterizə olunan xəstəlikdir. Hava və əşya ar vasitəsilə yoluxdurulur.
Bakterioloji silah bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə olunan
döyüş sursatlarına, cihaz və tərtibatlara (raket, aviasiya bombaları və konteynerlər,
artilleriya vasitələri) deyilir. Bakterioloji silahın əsas xüsusiyyətləri:
Infeksion xəstəlik törədicilərinin epidemiya əmələ gətirməsi, qısa müddətdə
müəyyən ərazidə eyni xəstəliklə kütləvi xəstəlik əmələ gətirməsi.
Çox az miqdarda törədicinin xəstəlik törətmə qabiliyyətinin olması
Inkubasiya ( gizli) dövrünün olması.
Xarici mühitdə mikroblar və onların toksinlərinin çətin təyin olunması.
Müxtəlif mikroorqanizmlərin təyini yalnız laborator şəraitdə mümkündür.
Seçıci və məqsədyönlü təsir etməsi. Yalnız bitkilərin yoluxması məqsədilə
(fitoftoraz), heyvanların yoluxması məqsədilə (iribuynuzlu heyvanların taunu),
yalnız insanların yoluxması məqsədilə (təbii çiçək, vəba) istifadə olunan
bakteriyalar mövcuddur. Düşmən öldürücü təsirə malik (taun, təbii çiçək, sibir
yarası) və ya canlı qüvvəni müvəqqəti sıradan çıxarma (tulyaremiya) qüvvəsinə
malik törədicilər istifsdə edə bilər.
Güclü psixoloji təsiri insanlar arasında təşviş yaradır.
Bakterioloji silahın nüvə və kimyəvi silahlara nisbətən ucuz başa gəlməsi.
Bioloji törədicilərin çox müxtəlif olması – eyni zamanda bir neçə xəstəlik
törədicisi istifadə oluna bilər.
Təsirinin uzun müddət davam etrnəsi, məs. sibir yarası sporları xəstəlik törətmə
təsirini bir neçə il saxlaya bilir.
Xəstəlik törədicilərinin və onların toksinlərinin hava vasitəsıiə hermetik
olmayan yerlərə daxil olub insanları yoluxdurrnaq qabiliyyətinin olması.
Xəstəlik törədiciləri insan orqanizminə müxtəlif yollarla düşə bilər. Ən geniş
yayılmış üsul hava vasitəsilədir. Su və qida ilə, açıq yara və yanıq yerlərinə
mikrob düşməsi, yolxucu həşəratlarln dişləməsi ilə, kontakt yolu ilə, bioloji
vasitələrlə yoluxdurulmuş hərbi sursatlar vasitəsilə yoıuxma mümkündür.
Qansoran həşəratlar xəstəliyi xəstə insan və heyvanlardan sağlam fərdlərə
ötürür. Bu həşəratlər: bit, birə,
ağcaqanadlar, gənələr, se-se milçəkləri və s. səpkili yatalaq, hemorragik
qızdırma kimi xəstəliklərin ötürücüsüdür. Xəstə heyvanlardan insana keçən
xəstəliklərə zoonozlar deyilir (brusellyoz, sibir yarası). Xəstəliklərin yayılma
yollarından biri də qida yoludur. Yoluxmuş ət və ət məhsullarından sibir yarası,
tulyaremiya, salmonellyoz və parazit xəstəlikləi, tərəvəzlərdən vəba,
dizenteriya, qarın yatalağı və s. ötürülur.
Epidemik təhlükəliliyinə görə bakteriya və viruslar yoluxdurucu olmayan, zəif
yoluxdurucu və güclü yoluxdurucu olmaqla 3 qrupa bölünür. İstifadə olunan
mikroorqanizmlərin hansı qrupa aid olmasından asılı olaraq zədələnmə
ocağının epidemioloji xüsusiyyətləri və epidemiya əleyhinə tədbirlərin
xarakteri dəyişir. Törədicisi yüksək yolxucu olan xəstəliklər sürətlə yayılaraq
epidemiyalar əmələ gətirir. Epidemiya– ümumi infeksiya mənbəyi, ümumi
yoluxma yolu olan bir infeksion xəstəliyin müəyyən ərazidə geniş yayılmasına
deyilir. Pandemiya– bir ölkə və qitənin sərhədlərini aşan, böyük insan kütləsini
əhatə edən güclü epidemiyadır. Hər hansı bir xəstəliyin müəyyən ərazidə
Dostları ilə paylaş: |