Mövzu № 9. Bioloji silahlar və onlardan qorunma üsulları Plan: 1. Bioloji silahların əsas xüsusiyyətləri
2. Bioloji silahlardan qorunma üsulları
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteria, virus və ya kif kimi
mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə
edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik
törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir.
Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda
ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji
vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik
törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların
insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə
xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu
xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya
yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici
xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.
Bioloji
silahlarda,
əsasən
taunun
,
vəban
ın,
Sibir
yarasın
ın,
tulyaremiyan
ın,
brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin,
psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın
dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan,
bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlar da, eynilə
kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina,
qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını,
rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə
yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə
yoluxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, sonrakı
mərhələdə artıq o, kimyəvi silahdan fərqli olaraq eskalasiya, zəncirvari reaksiya
doğuraraq epidemiya şəklində yayılır.
Bakterioloji silah