Mövzu № 10. Fövqəladə hallar zamanı əhalinin mühafizəsinin təşkili. Kollektiv mühafizə qurğuları və onlardan istifadə qaydaları Plan: 1. Dinc və müharibə dövrlərində əhalinin mühafizəsinin xüsusiyyətləri və
əsas prinsipləri
2. Əhalinin mühafizəsinin təmin olunması ilə bağlı qanunvericiliklə
müəyyən edilmiş tədbirlər
3. Kollektiv mühafizə qurğularının təyinatı və istifadə qaydaları
4. Kollektiv mühafizə qurğularının mühəndis avadanlıqları
Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 93
nömrəli
Fərmanının
3-cü
bəndinə
müvafiq
olaraq
Azərbaycan
Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini
mühafizənin Azərbaycan Mülki Müdafiə Qərargahının Azərbaycan Ədliyyə
Nazirliyi ilə razılaşdırıb təqdim etdiyi Əsas prinsipləri təsdiq edilsin (əlavə
olunur).