Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Azərbaycan Respublikasının Baş naziri



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə160/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   156   157   158   159   160   161   162   163   ...   218
Mülki müdafiə (Mühazirələr)

Azərbaycan Respublikasının Baş naziri
 
R. HÜSEYNOV
 
Bakı şəhəri, 28 dekabr 1992-ci il
 
                      № 700
 
  
  
  
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
1992-ci il 28 dekabr tarixli 700 nömrəli qərarı ilə 
TƏSDİQ EDİLMİŞDİR 
  
Azərbaycan  Respublikasında  sülh  və  müharibə  dövrlərində  fövqəladə 
hallarda əhalini mühafizənin  
Əsas Prinsipləri 
  
1. Giriş 
1.1.  Sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  əhalini  mühafizə 
etmək  Azərbaycan  Respublikası  Mülki  müdafiəsinin  başlıca vəzifələrindən 
biridir

Bu  vəzifənin  yerinə  yetirilməsində  bütün  dövlət  hakimiyyəti  orqanları, 
fiziki və hüquqi şəxslər yaxından iştirak etməlidirlər. 
1.2. Əhali: 
müharibə  dövründə  -  müasir  basqın  silahlarının  və  təhlükə  potensiallı 
obyektlər dağıdılarkən yaranan ikinci dərəcəli zədələyici amillərdən
sülh  dövründə  -  ehtimal  edilən  qəzalardan,  təbii  fəlakətlərdən  və 
adamların  həyatı  üçün  təhlükə  törədən  digər  fövqəladə  hallardan  mühafizə 
edilməlidir. 
1.3.  Əhalinin  mühafizəsi  -  fövqəladə  hallarda  adamların  həyatının 
qorunması  üçün  lazımi  şərait  yaradılmasını  nəzərdə  tutur.  Mühafizə 
tədbirlərində  məqsəd  —  fövqəladə  halların  qarşısının  alınması  məqsədilə 
profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hallar  zamanı adamların 
zədələnməsinin  qarşısının  alınması,  yaxud  zədələnmənin  maksimum 
azaldılması, 
fövqəladə 
halların 
və 
onların 
nəticələrinin  aradan 
qaldırılmasıdır. 
1.4. Bu prinsiplər: 
müharibə  qurbanlarının  mühafizəsi  haqqında  Cenevrə  müqavilələrinin 
və  bunlara  əlavə  edilmiş  protokolun  əsas  müddəalarından,  hərbi 


əməliyyatların  ehtimal  olunan  xarakterindən,  müxtəlif  fövqəladə  hallarda 
maddi  baza  yaratmaq  və  əhalinin  mühafizəsini  təmin  etmək  üzrə 
respublikanın imkanlarından irəli gəlir; 
əhalinin mühafizəsinin ilkin müddəalarını, mühafizənin xüsusiyyətlərini, 
üsullarını və bunlardan istifadə etmək qaydalarını müəyyən edir; 
dövlət 
hüquqi-normativ 
aktlarının, 
mühəndis-texniki 
tədbirlər 
normalarının  və  mülki  müdafiə  üzrə  digər  normativ  sənədlərin  işlənib 
hazırlanması üçün ilkin sənəd sayılır. 
  

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin