Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


  Fövqəladə  hallarda  əhalinin  mühafizəsini  təmin  edən  mülki  müdafiə



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə163/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   159   160   161   162   163   164   165   166   ...   218
Mülki müdafiə (Mühazirələr)

4.  Fövqəladə  hallarda  əhalinin  mühafizəsini  təmin  edən  mülki  müdafiə 
tədbirləri 
  
4.1.  Sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarında  əhalinin 
mühafizəsini  təmin  etmək  üçün  görülən  mülki  müdafiə  tədbirləri 
kompleksinə aşağıdakılar daxildir: 
fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət 
barədə ona müntəzəm məlumat verilməsi; 
ətraf  mühitin,  ərzaq  məhsullarının,  suyun  radioaktiv  kimyəvi  və 
bakterioloji (bioloji) zəhərlənməsinə nəzarət edilməsi; 
əhalinin təhlükəsiz rayonlara və ya sahələrə köçürülməsi (çıxarılması); 
müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi; 
əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi; 
müxtəlif  fövqəladə  hallarda  fərdi  mühafizə  vasitələrindən  istifadə 
edilməsi, mühafizə rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə 
təkliflərin hazırlanması; 
zədələnmə  ocaqlarında  xilasetmə  və  digər  təxirəsalınmaz  işlərin  (qəza 
işlərinin)  yerinə  yetirilməsi,  fövqəladə  hallar  yaranmış  rayonlarda  əhalinin 
həyat təminatının bərpa edilib saxlanması; 
fövqəladə  hallarda  mühafizə  və  fəaliyyət  qaydalarının  bütün  əhaliyə 
öyrədilməsi. 


4.2.  Fövqəladə  hallar  barədə  əhalinin  xəbərdar  edilməsi  və  ya  yaranmış 
şərait  barədə  ona  müntəzəm  məlumat  verilməsinə  aşağıdakı  yollarla  nail 
olunur: 
əhalini  xəbərdar  edən  mərkəzləşdirilmiş  respublika  və  ərazi  avtomat 
xəbərdarlıq  sistemlərini  əvvəlcədən  yaratmaq  və  daimi  hazır  vəziyyətdə 
saxlamaqla; 
mərkəzləşdirilmiş  ərazi  xəbərdarlıq  sistemlərini  və  xalq  təsərrüfatı 
obyektlərinin  məhəlli  xəbərdarlıq  sistemlərini  təşkilati-texniki  cəhətdən  bir-
birinə qoşub əlaqələndirməklə; 
ehtimal  olunan  fəlakətli  daşqın  zonalarında,  radiasiya  və  kimyəvi 
zəhərlənmə  təhlükəli  müəssisələr  və  yüksək  təhlükəli  digər  obyektlər 
yerləşmiş fəaliyyət göstərən məhəlli xəbərdarlıq sistemləri yaratmaq və onları 
təşkilati-texniki cəhətdən müşahidə və nəzarət sistemlərinə qoşmaqla; 
ümumdövlət və sahə rabitə sistemlərindən, radio, televiziya verilişləri və 
yerli  radio  şəbəkəsindən,  digər  texniki  informasiya  vasitələrindən 
mərkəzləşdirilmiş surətdə xəbərdarlıq üçün istifadə etməklə. 
4.3.  Ətraf  mühitə,  ərzaq  məhsullarına,  suya  müşahidə  və  nəzarət 
aşağıdakı yollarla edilir: 
sanitariya-epidemioloji  stansiyaları,  baytarlıq,  aqrokimyəvi  və  obyekt 
laboratoriyalarını,  Dövlət  Hidrometeorologiya  Komitəsi  müəssisələrini, 
radiasiya  və  kimya  müşahidəsi  postlarını  cəlb  etməklə  əvvəlcədən 
ümumdövlət və sahə müşahidə və laboratoriya nəzarəti şəbəkəsi yaratmaq və 
daim hazır vəziyyətdə saxlamaqla; 
ətraf  mühitin  vəziyyəti  barədə,  eləcə  də  yeyinti  məhsullarının  və  ərzaq 
xammalının,  əlafın,  suyun  radioaktiv,  kimyəvi  və  bakterioloji  (bioloji) 
maddələrlə  çirklənməsi  haqqında  məlumatları  toplamaq,  təhlil  etmək  və 
yaymaqla. 
4.4.  Mülki  müdafiənin  mühafizə  qurğuları  (sığınacaqlar,  radiasiya 
daldalanacaqları,  sadə  daldalanacaqlar  -  zirzəmilər  və  başqa  yeraltı  tikililəri) 
respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir. 
Mühafizə qurğuları fondu aşağıdakı qayda üzrə yaradılır: 
şəhərlərdə və yaşayış məntəqələrində olan yeraltı qurğulardan kompleks 
halında  istifadə  etmək  hesabına;  burada  sosial-məişət,  istehsal  və  təsərrüfat 
təyinatlı  otaqlar,  binalar,  yerləşdirmək,  sülh  və  müharibə  dövrlərindəki 
fövqəladə  hallarda  onların  bir  qisminin  əhalinin  mühafizəsi  üçün 
uyğunlaşdırılması və istifadə edilməsini nəzərdə tutmaqla; 
mühafizə  üçün  yararlı  yeraltı  və  yerüstü  bina  və  qurğuları,  dağ-mədən 
yerlərini, təbii kaha və mağaraları yoxlamaq və qeydə almaqla; 


yaranmış  vəziyyəti  nəzərə  alaraq,  zirzəmiləri  və  digər  yeraltı  tikililəri 
daldalanacaq kimi düzəltməklə; 
xalq  təsərrüfatı  təyinatlı  ayrıca  yeraltı  qurğular  tikmək;  lazım  gəldikdə 
onları mühafizə üçün uyğunlaşdırmaqla; 
təhlükəli  dövrdə  kütləvi  surətdə  sadə  daldalanma  yerləri  düzəltməklə 
(tikməklə); 
hökumətin  qərarlarına  əsasən  əvvəlcədən  sığınacaqlar  və  radiasiya 
daldalanacaqları tikməklə; 
bütün mülki müdafiə mühafizə qurğularını əhalinin dərhal daldalanması 
üçün texniki-istismar hazırlığı halında saxlamaqla. 
Əhaliyə  şəxsi  və  kooperativ  mülkiyyət  formasında  mühafizə  qurğuları 
tikmək tövsiyə edilir.  Belə hallarda  mülki  müdafiə orqanları  lazımi  metodiki 
yardım göstərir. 
Mülkiyyət  formasından  asılı  olmayaraq,  bütün  mövcud  mülki  müdafiə 
mühafizə  qurğuları  fondundan  (sığınacaqlar  və  daldalanacaqlar)  mülki 
müdafiə  orqanlarının  müəyyən  etdiyi  qaydalar  üzrə  təsərrüfat,  məişət  və 
mədəni məqsədlər üçün istifadə edilir, onların yenidən quraşdırılmasına icazə 
verilmir. 
4.5.  Təhlükəli  rayonlardan  və  zonalardan  (karantin  zonasından  başqa) 
əhali  onun  həyatı  və  sağlamlığı  üçün  qorxu  yaranan  hallarda  köçürülür 
(çıxarılır). 
Təhlükəli  rayonlardan  bütün  əhali  və  ya  əhalinin  ayrı-ayrı  qrupları 
(yaşına, məşğuliyyətinə görə) köçürülür. 
Müharibə  dövrü  üçün  səfərbərlik  vərəqəsi  olan  şəxslər  köçürülmür, 
onlar Azərbaycan  Respublikası  Səfərbərlik  və  Hərbi  Xidmətə  Çağırış  üzrə 
Dövlət Xidmətinin sərəncamına gedirlər.
 [6]
 
Əhali hər növ nəqliyyat vasitələrindən istifadə edilməklə qısa müddətdə 
kütləvi  şəkildə,  ya  da  yaranmış  vəziyyətdən  asılı  olaraq  mərhələ-mərhələ, 
həm  bütün  nəqliyyat  vasitələrindən  istifadə  edilməklə,  həm  də  piyada 
surətdə köçürülə bilər. 
Köçürmənin səmərəliliyi üçün: 
köçürülmə planlarını əvvəlcədən tərtib etmək; 
şəhərdənkənar  zonanı  və  məskunlaşdırma  rayonlarını  köçürülən 
əhalinin normal həyatını təmin etmək üçün hazırlamaq; 
bütün nəqliyyat növlərini köçürmə işlərinə hazırlamaq; 
köçürmə dövrü üçün lazımi idarəetmə strukturları və köçürmə orqanları 
yaratmaq; 
əhali  arasında  ictimai  asayişin  və  mütəşəkkilliyin  təmin  edilməsi  üzrə 
tədbirlər kompleksi həyata keçirmək lazımdır. 


Əhali  yerləşdiriləcək  rayonlar  və  köçürmə  qaydası  hərbi  komandanlıq 
orqanları və müvafiq idarə və müəssisələrlə razılaşdırılır. 
Köçürmə  tədbirlərinin  təşkili  və  yerinə  yetirilməsi  qaydaları  fövqəladə 
hallarda  əhalini  mühafizə  haqqında  Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin sərəncamı ilə müəyyən edilir. 
4.6. Əhalinin mühafizəsi üzrə təbii tədbirlər  - adamların zədələnməsinin 
qarşısını  almaq,  yaxud  zədələnməni  zəiflətmək,  zərərçəkənlərə  vaxtında 
yardım  göstərmək  və  onları  müalicə  etmək,  fövqəladə  hallar  yaranmış 
rayonlarda epidemioloji təhlükəsizliyi təmin etmək işlərindən ibarətdir. 
Bunun üçün: 
sahə  tabeliyindən  asılı  olmayaraq  bütün  mövcud  səhiyyə  orqanları 
qüvvələrinin  və  vasitələrinin  fəaliyyətini  planlaşdırmaq  və  onlardan  istifadə 
etmək; 
fövqəladə vəziyyət yaranarkən kifayət qədər tibb müəssisələri açmaq; 
tibbi profilaktika vasitələrindən vaxtında istifadə etmək; 
ərzaq mallarına və suya nəzarət etmək; 
vaxtında ixtisaslı tibb dəstələri yaratmaq və onları fəaliyyətə hazırlamaq; 
tibbi mühafizə vasitələri ehtiyatları, tibbi və xüsusi avadanlıq və texniki 
ehtiyatları yaratmaq; 
tibb  işçiləri  hazırlamaq  və  bütün  əhaliyə  tibbi  sanitariya  biliklərini 
öyrətmək lazımdır. 
4.7.  Bioloji  yoluxma  vasitələrindən  mühafizə  -  yoluxma  təhlükəsinin, 
yaxud  faktının,  yoluxmanın  növü  və  miqyasının  vaxtında  aşkar 
edilməsindən,  habelə  inzibati-təsərrüfat,  rejimli-məhdudlaşdırma  və  xüsusi 
tibb tədbirlərinin müəyyən edilməsindən ibarətdir. 
Bioloji zədələnmə vasitələrindən mühafizə üçün: 
kollektiv və fərdi mühafizə vasitələrindən vaxtında istifadə etmək; 
karantin və observasiya rejimləri qoymaq; 
yoluxma ocağını zərərsizləşdirmək; 
təcili və xüsusi (spesifik) profilaktika keçirmək; 
xalq  təsərrüfatı  obyektləri,  tibb  müəssisələri  və  əhali  tərəfindən 
epidemiya əleyhinə rejimə riayət edilməsinə nail olmaq lazımdır. 
4.8.  Əhalinin  radiasiyadan  və  kimyəvi  zəhərlənmədən  mühafizəsi  - 
radiasiya  və  kimyəvi  şəraiti  aşkar  edib  qiymətləndirməkdən,  radiasiyadan 
mühafizə  üzrə  birtipli  rejimlərin  müəyyən  edilməsindən,  fərdi  mühafizə 
vasitələri  ilə  təchizat,  xüsusi  təmizləmə  işlərinin  təşkili  və  keçirilməsi 
tədbirlərindən ibarətdir. 
Əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi üçün: 


əvvəlcədən  fərdi  mühafizə  vasitələri,  radiasiya,  kimyəvi  kəşfiyyat  və 
dozimetrik  nəzarət  cihazları  ehtiyatları  yaratmaq,  bunları  qoruyub  işə  hazır 
vəziyyətdə saxlamaq lazımdır. Həmin ehtiyatların həcmi və saxlanma yerləri 
mövcud təhlükəli zonalara müvafiq olaraq fərqli surətdə müəyyən edilir.  Bu 
zaman  həmin  avadanlıqla  ilk  növbədə  -  mülki  müdafiə  dəstələrinin  şəxsi 
heyəti,  zədələnmə  ocaqlarında  aparılan  xilasetmə  və  təxirəsalınmaz  işlərdə 
iştirak  edən  qüvvələr,  habelə  radiasiya  və  kimya  təhlükəli  xalq  təsərrüfatı 
obyektlərinin işçiləri və belə obyektlərin ətrafındakı təhlükəli zonada yaşayan 
əhali təmin edilir; 
radioaktiv  və  kimyəvi  zəhərlənmənin  miqyasını,  xarakterini  və 
nəticələrini aşkar etmək məqsədilə vaxtında kəşfiyyat aparmaq; 
düşmənin  kütləvi  qırğın  vasitələri  işlətdiyini,  həmçinin  radiasiya  və 
kimyəvi  zəhərlənmə  təhlükəli  xalq  təsərrüfatı  obyektlərində  qəzaları 
(dağıntıları)  aşkar  etmək,  onların  miqyasını  və  nəticələrini  qiymətləndirmək 
üçün  ən  müasir  vasitələrdən  və  üsullardan  istifadə  etmək,  o  cümlədən 
ərazidə  havadan  radiasiya  kəşfiyyatı  aparılması  üçün  mülki  aviasiya 
təyyarələrini (vertolyotlarını) bu işə cəlb etmək; 
həm  müharibə,  həm  də  sülh  dövrü  üçün  yararlı  olan  vahid  növlü 
(unifikasiya  edilmiş)  mühafizə  vasitələri,  radiasiya,  kimyəvi  kəşfiyyat  və 
dozimetrik nəzarət cihazları və cihaz dəstləri (kompleksləri) yaratmaq; 
əhaliyə  müəyyən  edilmiş  qaydada  şəxsi  istifadə  üçün  fərdi  mühafizə 
vasitələri və dozimetrlər almağa imkan yaratmaq; 
zəhərlənmiş ərazidə əhalinin radiasiyadan mühafizəsi və xalq təsərrüfatı 
obyektlərinin fəaliyyəti üçün birtipli rejimlər işləyib hazırlamaq; 
kommunal-məişət  xidməti  və  nəqliyyat  müəssisələrini  adamların 
sanitariya  təmizlənməsi,  paltarların,  avadanlığın  və  nəqliyyatın  xüsusi 
təmizlənməsi işlərinə əvvəlcədən uyğunlaşdırmaq; 
radioaktiv  və  kimyəvi  zəhərlənmə  ocaqlarını  vaxtında  ləğv  etmək, 
zəhərli tullantıları bu məqsədlə ayrılmış xüsusi yerlərdə basdırmaq lazımdır. 
4.9.  Zədələnmə  ocaqlarında,  qəza  və  təbii  fəlakət  rayonlarında  xəsarət 
almış  adamlara  vaxtında  yardım  göstərmək  məqsədilə  qısa  müddətdə 
xilasetmə və digər təxirəsalınmaz işlər təşkil edilir və yerinə yetirilir. 
Bunlar aşağıdakılardan ibarətdir: 
zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparmaq; 
zədələnmə ocağını məhdudlaşdırmaq; 
axtarış və xilasetmə kompleks tədbirləri görmək; 
zərərçəkənlərə yardım göstərmək; 
təhlükəli rayonlardan əhalini çıxarmaq və ya köçürmək; 


karantin-observasiya  tədbirləri,  xilasetmə  işləri  aparılan  rayonlarda 
ictimai asayişi təmin etmək; 
zərər  çəkmiş  rayonlarda  əhalinin  həyatının  təmin  edilməsi  üzrə  ilkin 
tədbirləri həyata keçirmək; 
epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirləri; 
zərər  çəkmiş  rayonlardakı  əhalinin  ruhi  sabitliyini  təmin  etmək  üçün 
kompleks tədbirlər həyata keçirmək. 
Xilasetmə  və  təxirəsalınmaz  işlərin  səmərəliliyi  bu  tədbirlərlə  təmin 
edilir: 
ixtisaslı  mülki  müdafiə  qüvvələrini  (qoşun  hissələri,  ştatda  olan  qəza-
xilasetmə,  qəza-bərpa  dəstələri  və  hərbiləşdirilməmiş  dəstələr),  habelə 
ixtisaslı sahə dəstələrini, könüllü xilasetmə  qüvvələrini əvvəlcədən yaratmaq 
və fəaliyyətə hazırlamaq; 
sahə  tabeliyindən  asılı  olmayaraq  digər  qüvvələri,  müəssisələri,  habelə 
lazım gəldikdə könüllüləri xilasetmə işlərinə cəlb etmək; 
əvvəlcədən 
əldə 
edilmiş 
razılaşmalar 
əsasında 
xarici 
ölkə 
mütəxəssislərini və xilasedicilərini işə cəlb etmək; 
əvvəlcədən  idarəetmə  orqanlarını  işə  hazırlamaq,  xüsusi  fəaliyyət 
planlarını tərtib etmək; 
xilasetmə işləri və digər təxirəsalınmaz işlər aparmaq üçün xüsusi texniki 
avadanlıq hazırlamaq və istehsal etmək; 
zərərçəkənlərin  ərzaqla,  digər  gündəlik  tələbat  əşyaları  ilə  təchizatını, 
həyati təminatını təşkil etmək; 
xilasetmə  işlərində  iştirak  edən  adamların  təhlükəsizliyi  üzrə  tədbirlərə 
ciddi  riayət  etmək,  fəlakət  zonasında  əhalinin  davranış  rejimini 
müəyyənləşdirmək; 
fövqəladə  halların  xarakterini  və  miqyasını  nəzərə  almaqla  xilasediçi 
qüvvə və vasitələri tədricən artırmaq; 
xilasetmə  işlərində  iştirak  edən  qüvvələrin  mühəndis,  kimyəvi,  tibbi, 
nəqliyyatla təminatını, maddi və texniki təminatını müntəzəm təşkil etmək. 
4.10.  Mühafizə  üsulları  və  vasitələrindən  istifadə  etmək,  yaralılara  ilk 
yardım göstərmək, xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək 
bacarığı  əhaliyə  müəssisələrdə,  idarə  və  təşkilatlarda,  habelə  yaşayış 
yerlərində yarana biləcək real təhlükənin xarakterinə uyğun olaraq öyrədilir. 
Bu  zaman  əhalinin  lazımi  məsləhət  və  tövsiyələr  alması  üçün  hər  cür  şərait 
yaradılır. 
Yerlərdə  ehtimal  olunan  fövqəladə  hallar  zamanı  fəaliyyət  və  davranış 
qaydaları  qabaqcadan  kütləvi  informasiya  vasitələrilə,  yaxud  xüsusi  yaddaş 
kitabçaları paylamaqla bütün əhalinin nəzər-diqqətinə çatdırılır. 


  

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin