Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


Əhalini mühafizə prinsiplərinin həyata keçirilməsi qaydaları



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə166/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   162   163   164   165   166   167   168   169   ...   218
Mülki müdafiə (Mühazirələr)

7. Əhalini mühafizə prinsiplərinin həyata keçirilməsi qaydaları 
  
7.1.  Əhalinin  mühafizəsinin  əsas  prinsipləri  Azərbaycan  Respublikası 
Prezidentinin,  Ali  Sovetinin  və  hökumətinin  verdiyi  müvafiq  qərarlarla, 
habelə mühafizə məsələləri üzrə normativ sənədlər sisteminə uyğun olaraq: 
xalq  təsərrüfatı  planlarına  mülki  müdafiə  tədbirlərinin  yerinə 
yetirilməsinə dair xüsusi bölmə daxil edilməsi; 
Naxçıvan  Muxtar  Respublikasında,  Azərbaycan  Respublikasının  digər 
şəhər  və  rayonlarında  sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda 
əhalinin mühafizə vasitələrilə təminatına dair xüsusi proqramlar hazırlanması 
və  yerinə  yetirilməsi  (mühafizə  qurğuları  fondunun  yaradılması,  fərdi 
mühafizə  vasitələri  ilə  təchizat,  xəbərdarlıq  sistemlərinin  inkişaf  etdirilməsi 
və s. məsələlər üzrə əməli tədbirlərlə birlikdə); 
təhlükə  potensiallı  obyektlərdə  çalışan  işçilərin  və  belə  obyektlərin 
yaxınlığında  yaşayan  əhalinin  mühafizəsi  üzrə  birtipli  planlar  işlənib 
hazırlanması; 
istehsalat-ərazi  mülki  müdafiə  orqanlarının  fəaliyyətə  hazırlanması, 
habelə əhaliyə mühafizənin öyrədilməsi ilə həyata keçirilir. 
    Mülki  müdafiəyə  həvalə  edilmiş  vəzifələrin  yerinə  yetirilməsi  üçün  zəruri  olan 
dövlət büdcəsi və yerli büdcələrin vəsaiti hesabına avadanlıq və rabitə vasitələri ilə 
təchiz edilmiş binalara və qurğulara mülki müdafiənin daşınmaz əmlakı deyilir. 
        Düşmənin  hava  hücumu  zamanı  mühafizə  olunmağın  üsullarından  biri  də 
adamların  mühafizə qurğularında daldalanmasıdır. Mühafizə qurğularına kollektiv 
mühafizə  vasitələri  də  deyilir.  Bunlar  bir  qrup  adamın  birgə,  kollektiv  halında 
qorunması  üçündür.  Qoruyucu  xassələrinə,  istifadə  edilməsi  məqsədinə  görə 
mühafizə qurğularının müxtəlif növləri olur. 
        Böyük  şəhərlərdəki  sığınacaqlar  adamları  hər  cür  silahların  bütün  təsirindən 
qoruya bilir. 
        Kənd  yerlərindəki  radiasiya  əleyhinə  daldalanacaqları  isə  adamları  əsasən 
radioaktiv  zəhərlənmədən,  eləcə  də  düşmənin  top-mərmi  atəşlərinin  təsirindən 
qorumaq üçündür. 
        Bunlardan  əlavə  evlərin  zirzəmilərində,  binaların  yeraltı  hissələrində,  xüsusi 
olaraq  düzəldilən  üstü  örtülmüş  və  ya  açıq  xəndəklərdə  və  s.  belə  yerlərdə 
gizlənmək və qismən mühafizə olunmaq mümkündür.Bunlara sadə daldalanacaqlar 
deyilir.  Belə  daldalanma  yerləri  xüsusən  sərhədboyu  rayonlarda  hər  bir  ailə  üçün 
olmalıdır. 


  Mühafizə qurğularının xüsusi avadanlığı, onun  istismar qaydası. 
        Sığınacaq  adətən,  adamlar  yerləşən  əsas  otaqlardan  və  yardımçı  otaqlardan 
ibarət  olur.  Əlavə  sığınacaqda  tambur  (dəhliz),  ventilyasiya  (havadəyişmə),  su 
təchizatı, kanalizasiya, elektrik təchizatı və qızdırma sistemləri olur. 
Dəhliz (tambur) sığınacağın giriş yolunun qarşısında düzəldilir. Bu, qurğuya girib-
çıxarkən  onun  adamlar  yerləşən  otaqlarına  çöldən  zəhərli  hava  keçməsinin 
qarşısını  almaq  üçündür.  Dəhlizdə iki  qapı düzəldilir:  çöl  qapıya qoruyucu-
kipləşdirici,  içəri qapıya  isə kipləşdirici qapı  deyilir. Çöldəki  hava zəhərli olarkən 
sığınacaqdan çıxmaq  lazım  gəldikdə, adamlar əvvəlcə dəhlizə çıxaraq kipləşdirici 
içəri  qapını  çəkib  kip  örtməli,  ancaq  sonra  qoruyucu  çöl  qapıdan  dəhlizə 
çıxmalıdır, yəni binaya girib-çıxarkən hər iki qapını eyni zamanda açmaq olmaz. 
Sığınacağın qəza  (ehtiyat) çıxış  yolunun  ağzında  da qoruyucu və kipləşdirici 
qapaqlar düzəldilir. 
       Dinləyicilər sığınacağın ventilyasiya sistemi ilə tanış edilərkən müəllim onlara 
havaçəkən  tərtibatı,  soyuducu  və  qazəleyhinə  süzgəclərin  yerini,  süzücü-
ventilyasiya aqreqatının, havapaylayıcı və havasorucu tərtibatları və sistemin digər 
avadanlıqlarını göstərib onların təyinatını qısa izah edir. 
       Havaçəkən tərtibatlar – çöldən havanı sorub süzgəclərə və süzücü-ventilyasiya 
aqreqatına vermək üçündür. Sığınacaqda adətən iki belə tərtibat olur. 
 Əsas 
 
tərtibatın havaçəkən 
kanalı– qəza 
çıxış 
yolunda, ehtiyat 
tərtibatındakı isə 
 qoruyucu-hermetik 
klapanla 
 birlikdə pilləkən 
meydançasında yerləşdirilir.  Tozəleyhinə  süzgəclərin təyinatı  –  sığınacağa  verilən 
havanı  radioaktiv  tozdan  təmizləməkdir. 
       Süzücü-ventilyasiya  aqreqatı –  çöldən  havanı  çəkmək,  hər  cür  zəhərli 
maddələrdən təmizləyib otaqlara vermək və içəridə çöldəkinə (atmosfer təzyiqinə) 
nisbətən  bir  qədər  artıq  təzyiq  yaratmaq  üçün  nəzərdə  tutulub.  Aqreqatın ən  əsas 
hissələri klapanlar, baraban formalı uducu süzgəclər, elektrik-əl ventilyatorudur. 
Süzücü-ventilyasiya 
aqreqatı 
əsasən 
iki 
rejimdə 
işləyə 
bilər: təmiz 
ventilyasiya rejimində  –  çöldən  təmiz  havanı  içəriyə  sormaq  üçün  və süzücü-
ventilyasiya  rejimində  –  çöldəki  zəhərli  havanı  süzgəclərdə  təmizləyib  içəriyə 
sormaq üçündür. 
Havapaylayıcı  tərtibat –  təmiz  havanı  sığınacağın  otaqlarına  verən  nazik  divarlı 
borular sistemindən ibarətdir. 
       Havasorucu tərtibat – işlənmiş havanı sığınacaqdan kənar edən qurğudur. 
       Bundan sonra sığınacağın su təchizatı, elektrik təchizatı, kanalizasiya və istilik 
sisteminin avadanlıqları da bu qayda üzrə dinləyicilərə göstərilib izah edilir. 
İçməli  və  digər  ehtiyaclar  üçün  su,  sığınacağa  su  kəmərindən  verilir,  həm  də 
burada xüsusi qablarda su ehtiyatı saxlanılır. 
        Sığınacağın  otaqlarını  işıqlandırmaq  üçün  akkumulyatorlardan  və  digər 
vasitələrdən istifadə edilir. 
       Əsas otaqlarda adamlar oturmaq üçün kürsülər və növbə iə uzanmaq üçün 2-3 
mərtəbəli taxtlar olur. 
       Sığınacağa həmçinin reproduktor, telefon qoyulur, yanğın söndürən avadanlıq, 
qəza işləri üçün alətlər və s. yerləşdirilir. 


       Radiasiya  daldalanacaqlarının daxili  avadanlığını  plakatda  göstərərkən 
müəllim  izah  edir  ki,  hər  bir  daldalanacaq,  adətən,  adamlar  oturan  əsas  otaqdan, 
dəhlizdən giriş yerindən ibarət olur. 
        Əsas  otaqda  havanın  dəyişdirilməsi  üçün  süzgəcli-sorucu  tərtibat  düzəldirlər. 
Burada  da  adamların  oturması  üçün  skamya  və  taxtlar  yerləşdirirlər:  bunların 
sayını elə götürürlər ki, hər adam 7-8 saat uzanıb dincələ bilsin. Ərzaq məhsullarını 
və su qablarını saxlamaq üçün sığınacağın divarlarında rəflər də düzəldirlər. 
        Bundan  sonra müəllim,  dinləyiciləri  sadə  daldalanacaqların  mövcud  olan 
müxtəlif növləri ilə tanış edir. 
        Plakatdan  istifadə  edərkən  deyir  ki,  bunlar  gördüyünüz üstü  açıq 
xəndəklərdən, üstü  örtülü  səngərlərdən,  həmçinin  havadan  basqın  zamanı 
müvəqqəti  qorunmaq  üçün  yararlı  olan digər  tikililərdən və  yerlərdən  ibarətdir. 
Onlar  ancaq  mühafizə  üçün  yardımçı  vasitə  sayılır,  çünki  belə  yerlər  adamları 
zəhərləyici və radioaktiv maddələrdən mühafizə edə bilmir. 
       Belə daldalanacaqlar əsas kollektiv  mühafizə vasitələri kifayət qədər olmayan 
hallarda qısa müddətdə düzəldilməlidir. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin