Əleyhqazların təcridedici və süzücü növləri olur. Süzücü əlehqazlar
(ümumqoşun, mülki, uşaq əlehqazları) daha geniş yayılmışdır; onların quruluşu –
içərisində fəallaşdırılmış kömür və aerozol əlehinə (tüstü əlehinə) süzgəclər olan
süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli havanın süzülüb
təmizlənməsi prosesinə əsaslanır. Süzücü-uducu qutunun mühafizəedici qatları
karbon 2-oksidi (dəm qazını) udub saxlaya bilmir, buna görə də tənəffüs üzvlərinin
karbon 2-oksiddən mühafizəsinin təmin edilməsi üçün xüsusi (hopkalit) patrondan
istifadə olunur ki, bu patron əleyhqazın birləşdirici borusu (üzlük hissəsi) ilə
süzücü-uducu qutusu arasında yerləşdirilir (qutuya burulub birləşdirilir).
Hazırda Respublikamızın MM sistemində yaşlı əhalinin mühafizəsi üçün QP-5,
QP-5m və QP-7 (QP-mülki əleyhqaz) əleyhqazlarından; uşaqların mühafizəsi üçün
DP-6m (uşaq əleyhqazı, 6-cı tipi, kicikölçülü), DP-6, PDF-7 (süzücü uşaq
əleyhqazı, 7-ci tipi), PDF-D (süzücü uşaq əleyhqazı, məktəbə qədər yaşlılar üçün)
və PDF-Ş (süzücü uşaq əleyhqazı, məktəblilər üçün) süzücü əleyhqazlardan
istifadə oluna bilər.
Bunlardan əlavə 1,5 yaşadək olan körpələrin mühafizəsi üçün KZD-6 (uşaq
mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə kamerası vardır.
Tabeldənkənar əleyhqazlara sənaye əleyhqazları, xüsusən kimya müəssislərində
işlədilən əleyhqazlar aiddir.Bu əleyhqazların qutuları xüsusiləşdirilmişdir, yə’ni
müəyyən bir zəhərli maddədən mühafizə üçün nəzərdə tutulmuşdur, ona görə də
qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola bilər.
Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən ibarətdir. Əleyhqazın
komplektinə (dəstinə) həmçinin onun çantası və tərləməyən plyonkalar olan
qutucuq, yaxud əleyhqazın üzlük hissəsindəki gözlüyün şüşələrini tərdən qoruyan
xüsusi karandaş da daxildir.
QP-5 və QP-5m əleyhqazları kiçik ölçülü süzücü-uducu qutu və şlem-maska
tipli üzlük hissə ilə komplektləşdirilir. QP-5m əleyhqazının şlem-maskasında
membranlı qutu var (qutuda danışıq tərtibatı yerləşdirilmişdir). QP-5 və QP-5m
əleyhqazlarının üzlük hissələrndə birləşdirəci boru olmur, onlar bilavasitə süzücü-
uducu qutuya birləşdirilir. Şlem-maskalar beş ölçüdə (membranlı şlem-maskalar –
4 ölçüdə) buraxılır. Şlem-maskanın ölçüləri onun çənəaltı hissəsində rəqəmlərlə
göstərilir.
QP-5 tipli əleyhqazın üzlük hissəsini seçərkən başı: kəllə-yanaqlar-çənəaltı
hissədən keçən dairəvi xətt üzrə ölçürlər. Alınan nəticəni 0.5 sm-ə qədər
yuvarlaqlayırlar. Alınan kəmiyyət 63 sm-ə (membranlı şlem-maska üçün 61 sm-ə)
qədər olarsa – «0» ölçülü, 63.5-dən sm-ə (61.5-dən 64 sm-ə) qədər olarsa – 1-ci,
65.5-dən 68 sm-ə (64.5-dən 67 sm-ə) qədər olarsa – 2-ci, 68.5-dən 70.5 sm-ə (67.5-
dən artıq) olarsa – 3-cü, 71 sm-dən artıq olarsa – 4-cü ölçülü şlem-maska lazımdır.
QP-7 tipli əleyhqazlar iki növdə buraxılır: QP-7 və QP-7v, bunlar bir-birindən
üzlük hissələri ilə fərqlənirlər. QP-7 əleyhqazı danışıq tərtibatlı və suiçmə tərtibatı
olmayan MQP tipli üzlük hissə ilə komplektləşdirilir. QP-7v əleyhqazı isə, danışıq
tərtibatı və əsgər su qabından (flyaqa) içmək üçün suiçmə tərtibatı olan MQP tipli
üzlük hissə ilə komplektləşdirilmişdir ki, bu da zəhərli atmosferdə işləyərkən
adamın su içə bilməsinə imkan yaradır.
QP-7 (QP-7v) əleyhqazının üzlük hissələrini santimetr bölgülü lent vasitəsilə
başın üfüqi və şaquli çevrələrini ölçüb təyin etməklə seçirlər üfüqi çevrənin
kəmiyyətini tapmaq üçün başı qabaqdan qaşların üstündən, yanlarda – qulaqların
seyvanlarından 2-3 sm üstdən, arxada isə, kəllinin ən çox çıxımlı hissəsindən keçən
qapalı xətt üzrə ölçürlər.
Şaquli çevrə – başı kəllə-yanaqlar-çənəaltı hissə üzrə keçən dairəvi xətt ilə
ölçməklə müəyyən edilir. Məsələn, əgər başın şaquli və üfüqi çevrələrini ölçmə
nəticələrinin cəmi 118.5 sm-ə bərabərdirsə, bu, maskanın 1-ci ölçüsünə, 121.5-126
sm – 2-ci, 126.5 sm-dən artıqdırsa – 3-cü ölçüsünə müvafiq gələr.
Uşaq əleyhqazlarının quruluşca özünə məxsus xüsusiyyətləri var. DP-6m
əleyhqazı 1.5 yaşdan yuxarı kiçikyaşlı uşaqlar üçündür. Bu əleyhqaz DP-6m tipli
yüngülləşdirilmiş süzücü-uducu qutudan və üzlük hissə olaraq dörd (1, 2, 3, 4)
ölçülü MD-1 maskasından (uşaq maskası, 1-ci tipi) ibarət olur.
DP-6 əleyhqazı böyük yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur, iri ölçülü
süzücü-uducu qutu və üzlük hissə olaraq yalnız 5-ci ölçülü MD-1 maskası
komplektləşdirilmişdir.
PDF-D əleyhqazları kiçik və böyük yaşlı uşaqlar üçündür; QP-5 tipli süzücü-
uducu qutudan və üzlük hissə olaraq dörd (1, 2, 3, 4) ölçülü MD-3 maskalarından
ibarətdir.
PDF-Ş əleyhqazı 7 yaşdan 17 yaşa qədər olan uşaqlar üçündür; QP-5 tipli
süzücü-uducu qutudan və üzlük hissə olaraq iki ölçülü (3, 4) MD-3 maskaları və ya
dörd (0, 1, 2, 3) ölçülü şlem-maskalardan ibarətdir.
Uşaq əleyhqazlarının quruluşu (yuxarıda göstərilən xüsusiyyətlər istisna
edilməklə) və iş prinsipi yaşlı adamlar üçün olan əleyhqazlarınkı kimidir.
Əleyhqazı istifadəyə hazırlayarkən əvvəlcə maskanın (şlem-maskanın) lazımi
ölçüsünü seçirlər. Uşaq əleyhqazları beş ölçüdə buraxılır, birinci və ikinci ölçülər –
məktəbə qədər yaşlı, üçüncü, dördüncü və beşinci ölçülər isə məktəbli uşaqlar
üçündür.
Uşaq əleyhqazı maskanın ölçüsünü tapmaq üçün üzün uzunluğunu, respiratoru
seçərkən olduğu kimi, millimetr bölgülü xətkeşlə ölçürlər (keçmişdə üzün enini də
ölçürdülər, lakin təcrübə göstərdi ki, buna ehtiyac yoxdur). Məsələn, PDF-D
əleyhqazının maskasını seçərkən üzün uzunluğu 88-95 mm olduqda 3-cü, 96-103
mm olduqda 4-cü, 104-111 mm olduqda 5-ci ölçülü maska lazımdır. PDF-Ş
əleyhqazlarda şlem-maskanın lazımi ölçüsünü isə başın çevrəsini kəllə-yanaqlar-
çənəaltı hissədən keçən qapalı xətt üzrə santimetr bölgülü lentə ölçüb tə’yin
edirlər. Ölçmənin nəticəsi 63 sm-dək olduqda – sıfır ölçülü; 63.5-65 sm olduqda –
2-ci; 68.5-70.5 sm olduqda – 3-cü; 7.1 sm-dən artıq olduqda – 4-cü ölçülü şlem-
maska götürülür.
Əleyhqazın lazımi ölçüsünü seçdikdən onun kipliyini yoxlayırlar. Bu məqsədlə
maskanı (şlem-maskanı) başa taxır, çantadan süzücü-uducu qutunu çıxarıb onun
dibindəki deşiyi tıxacla, ya da əlin ovucu ilə örtür və nəfəs alırlar. Bu zaman
maskanın altına hava keçməməlidir.
Əleyhqazın gözlük şüşələri tərləməsin deyə, içəri tərəfdən onların səthinə
«karandaş» vasitəsilə şəbəkə şəklində 5-6 yüngül xətt çəkir, sonra buxətləri şüşə
şəffaflanana qədər barmaqla sürtürlər. PDF-Ş (2Ş) əleyhqazlarında bu məqsədlə
tərləməyən plyonkalardan istifadə olunur.
Təcriedici əleyhqazlar (İP-4, İP-5 tipli) və ya təsiredici oksigen cihazları (KİP-
5, KİP-7, KİP-8) adamın tənəffüs üzvlərini ətrafdakı havadan tamamilə təcrid edir.
Nəfəs almaq üçün regenerativ (bərpaedici) patrondan alınan, yaxud oksigen
balonundan verilən oksigendən istifadə olunur. Belə əleyhqaz və cihazlar: havada
ZM-in konsentrasiyası çox yüksək olduğu üçün ZM süzücü qutudan «keçmək»
qorxusu yaradan və süzücü əleyhqaz etibarlı surətdə mühafizəni tə’min etməyən
hallarda; havada karbon 2-oksidin konsentrasiyası yüksək olan hallarda işlədilir.
Oksigenlə təchiz etmə prinsipinə görə təsiredici əleyqaz və cihazlar iki qrupa
bölünür: kimyəvi əlaqəli oksicenlə və sıxılmış oksigenlə təchiz edən cihazlar.
Birinci qrupa İP-4, İP-5 əleyhqazları, ikinci qrupa KİP-5, KİP-7, KİP-8 cihazları
aiddir.
Dostları ilə paylaş: |