Apteçkənin 3-cü yuvasındakı ağ rəngli iri penalda bakteriya əleyhinə 2 saylı
dərman-sulfadimetoksin yerləşir, bunu zəhərlənmədən sonra mədə-bağırsaq
pozğunluğu baş verərkən qəbul edirlər.
İonlaşdırıcı şüalanmanın təsirinə orqanizmin müqavimətini artırmaq üçün
radiasiya əleyhinə 1 saylı dərman işlədirir. Bu dərman 4-cü yuvadakı 2 çəhrayı
penalın hər birində 6 ədəd miqdarında olur. Penallardakı dərmanı şüalanma
təhlükəsi zamanı bilavasitə şüalanmadan 30-40 dəqiqə əvvəl 6 həb dozasında qəbul
edib üstündən su içir, şüalanma davam etdikdə isə 4-5 saatdan sonra yenidən 6 həb
qəbul edirlər. Bu dərmanın səmərəliliyi 50% təşkil edir.
5-ci yuvadakı 2 rəngsiz penalda bakteriya əleyhinə 1 saylı dərman tetrosiklin
olur. Bu dərmanı bakterioloji zəhərlənmə zamanı qəbul etmək məsləhət görülür.
6-cı yuvada radiasiya əleyhinə 2 saylı dərman penal yerləşir. Bu dərman,
radioaktiv çöküntülər düşərkən, xüsusən radioaktiv maddələrlə zəhərlənmiş ərazidə
otarılan inəklərin südü ilə orqanizmə radioaktiv maddə keçməsi təhlükəsi olarkən
10 gün ərzində, gündə 1 həb qəbul edirlir.
Orqanizmin şüalanmaya, adətən ürək bulantısı və qusma ilə meydana çıxan ilk
reaksiyanı aradan qaldırmaq üçün etaperazin dərmanından istifadə edilir, bu
dərman qutunun 7-ci yuvasındakı göy rəngli penalda yerləşir.
Dostları ilə paylaş: