sayından asılı olaraq təxliyə variantlarına görə lokal, yerli və regional olur. Lokal təxliyə FH mənbəyinin zədə faktorlarının mümkün təsir zonası ayrı-ayrı
şəhər mikrorayonları və ya kənd yaşayış məntəqələri hüdudları ilə məhdudlaşdıqda
və təxliyə edilən əhalinin sayı bir neçə min insanla ölçüldükdə keçirilir. Bu halda
təxliyə edilən əhali adətən fövqəladə hal zonasına yaxın olan, lakin zədələnməyən
yaşayış məntəqələrində təşkil edilmiş müvəqqəti yerləşdirmə məntəqələrində
yerləşdirilir.
Yerli təxliyə orta saylı şəhərlər, iri şəhərlərin ayrı-ayrı rayonları və kənd rayonları
fövqəladə hal zonası təsiri altına düşdükdə keçirilir. Bu zaman təxliyə edilən və
təhlükəsiz rayonlarda yerləşdirilən əhalinin sayı bir neçə mindən on minlərlə insan
təşkil edə bilər.