Rayonun mülki müdafiə dəstələri.
MM Qüvvələrinə ümumi rəhbərliyi Rayon İHB həyata keçirir. Mövcud
qanunvericilərin icrası ilə əlaqədar, rayonlarda(şəhərlərdə), qəsəbələrdə, habelə,
təyinatından və mülkiyyət formasından asılı olmayaraq, adətən, sülh və müharibə
dövrlərinin ehtimal olunan fövqəladə hadisələrinin nətiticələrini aradan qaldırmaq
və digər təxirəsalınmaz işləri görmək üçün, aşağıda adları qeyd olunan MM
qüvvələri yaradılır:
- Xilasetmə qüvvələri;
- Kəşfiyyat qüvvələri);
- Radioasiya, kimyəvi müşahidə postları;
- Rabitə qüvvələri;
- Tibb qüvvələri;
- Yanğınsöndürmə qüvvələri;
- İctimai asayişin təhlukəsizliyi qüvvələri;
- kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə qüvvələri və vasitələri.
Kənd yerlərindəki müalicə - profilaktika, rayon və şəhərlərin tibb
müəssisələrinin bazasında:
ilk tibbi yardım dəstələri;
ixtisaslahdırılmış təcili tibbi yardım dəstələri (briqadaları);
şəhər, rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin bazasında isə:
epidemiya əleyhinə dəstələr;
epidemioloci kəşfiyyat qrupları, həmçinin, digər mühüm əhəmiyyətli
istiqamətlər üzrə, o cümlədəndə, bütün növ nəqliyyat-kommunikasiya xətləri
üzrə, MM qüvvələri yaradılır.
MM dəstələri
istehsalat prinsipi əsasında, tam komplektləşdirilərək, təlimə
cəlb edilirlər.
Dostları ilə paylaş: