Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
- Tabeliyinə görə – ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə
bölünürlər.
- Yerinə yetirdikləri vəzifələrə görə – obyektlərdə ümumi məqsədli mülki
müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli
obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
- Ümumi məqsədli MM dəstələri - zədələnmə ocaqlarında xilasetmə işləri
aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq
üçün nəzərdə tutulur.
Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları),
yığma mexanizasiya dəstələri (komandaları) ümumi məqsədli dəstələr sayılır.
- Mülki müdafiə xidmət (xüsusi təyinatlı) dəstələrinə - kəşfiyyat, tibbi
yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. dəstələr
aiddir.
- Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) - ixtisaslaşdırılmış dəstələr yaradılır.
Hazırlıq dərəcəsinə görə, hərbiləşdirilməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqlı (hazırlığa gətirilmə vaxtı 6-8 saat), qalan dəstələr isə, gündəlik (ümumi)