xüsusi təyinatlı mülki müdafiə dəstələri, bilavasitə, həmin orqan rəhbərlərinin
sərəncamı ilə fəaliyyət göstərir.
MM üzrə resrublikamızın qanununa əsasən, mülki müdafiə dəstələri
(qüvvələri) ərazi-istehsalat prinsipi üzrə Naxçivan Muxtar Respublikasında,
rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələri üzrə yaradılır.
Mülki müdafiə dəstələri (qüvvələri) hələ, sülh dövründə ayrı-ayrı təsərrüfat
obyektlərində yaradılır. Dəstələr adamlarla, əsyalarla, texnika və nəqliyyat
vasitələrilə, habelə, təchizat normasına uyğun, digər avadanlıqlarla idarə və
təşkilatların daxili imkanları hesabına təchiz olunurlar.
Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının
vətəndaşı olan, 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar
cəlb edilirlər.
Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar,
həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb
olunmurlar.