Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan


• internat məktəbləri şagirdləri, bu məktəblərin professor, müəlllimlər heyəti



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə180/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   176   177   178   179   180   181   182   183   ...   218
Mülki müdafiə (Mühazirələr)

• internat məktəbləri şagirdləri, bu məktəblərin professor, müəlllimlər heyəti 
və onların ailə üzvləri ilə birlikdə; 
• həmçinin qocalar evində yaşayan təqaüdçülər və onlara xidmət edən heyət; 
• uşaq evlərinin, uşaq bağçalarının və digər uşaq müəssisələrinin uşaqları 
təhlükəli rayonlardan çıxarılır. . 
Belə əhalinin daşınması vasitələrinin sülh dövründəki hərəkət cədvəllərini 
pozmadan, bütün nəqliyyat vasitələrindən istifadə etməklə yerinə yetirilir. 
Təxliyənin keçirilməsi qərarının qəbul edilməsi ərazilərində fövqəladə hal baş 
verdikdə və ya proqnozlaşdırıldıqda bu və ya digər rayon, vilayət mülki müdafiə 
qərargahı rəis və bələdiyyə başçıları səlahiyyətindədir. 
Baş vermiş fövqəladə halın miqyasından və təxliyə tədbirlərinin təcili olmasından 
asılı olaraq yerli və regional xarakterli təcili və ya qabaqlayıcı təxliyə müvafiq 
mülki müdafiə rəislərinin göstərişləri (sərəncamları) əsasında həyata keçirilir. 
Müharibə zamanı təhlükəsiz zonada öz istehsalat profilinə uyğun fəaliyyətini 
davam etdirə biləcək iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçuları (işləməyən 
ailə üzvləri ilə birlikdə) ilk növbədə köçürülür. Eyni zamanda yeni bazada 
fəaliyyətini davam etdikmək üçün lazımi avadanlıq və sənədlər; müharibə 
dövründə fəaliyyətini dayandıran müəssisələrin fəhlə və qulluqçuları, həmçinin 
əmək qabiliyyəti olmayan və istehsalatda çalışmayan qalan əhali köçürülür. 
Yerləşdirilmə—dərəcəli şəhərlərdə hərbi vəziyyətdə öz fəaliyyətini davam etdirən 
iqtisadiyyat obyektlərinin fəhlə və qulluqçularının mütəşəkkil surətdə şəhərlərdən 
çıxarılaraq təhlükəsiz zonada yerləşdirmək, yaşayış və istirahətni təşkil etmək üçün 
tədbirlər kompleksidir. 
Yerləşdirmə aşağıdakı fəhlə və qulluqçular arasında aparılır: 
• Dərəcəli şəhərlərdə xüsusi iqtisadiyyat obyektlərində işləyən fəhlə və qulluqçular, 
hansı ki, həmin obyektlərin təhlükəsiz zonada işini davam etdirməsi üçün lazımi 
iqtisadi baza yoxdur; 
• Dərəcəli şəhərlərdə istehsalat və həyat fəaliyyətini təmin edən təşkilatlar (şəhər 
elektrik şəbəkəsi, kommunal təsərrüfat obyektləri, səhiyyə, nəqliyyat və rabitə, 
həmin şəhər və rayonların idarəetmə orqanları). 
Fəhlə və qulluqçular dərəcəli şəhərlərə yaxın təhlükəsiz zonada dəmiryolu, 
avtomobil yolları və su yolları yaxınlığında yerləşdirilir. Onlarla eyni zamanda ailə 
üzvləri və işləməyən qalan əhali köçürülür. 
Lokal konfliktlər zamanı adətən əhalini tez bir zamanda sərhədyanı zonalardakı 
yaşayış məntəqələrindən köçürmək lazım gəlir. Köçürmə tədbirlərinin təşkili 
operativ qruplara həvalə edilir. 
Nəqliyyat vasitələri ilə köçürülmə nəqliyyat vasitələrindən, yol şəbəkəsinin 
vəziyyətindən və yerli şəraitdən asılıdır. Nəqliyyatla ilk növbədə köçürülülənlər: 
• Tibb müəssisələri; 


• Piyada gedə bilməyən əhali (hamilə qadınlar, 14 yaşına qədər uşaqlar, ambulator 
müalicədə olan insanlar); 
• 65 yaşından yuxarı kişilər, 60 yaşından yuxarı qadınlar; 
• İş növbəsindən azad, lakin dərəcəli şəhərlərdə hərbi vəziyyətdə işini davam 
etdirən obyektlərin fəhlə və qulluqçuları; 
• Dövlət idarəçilik orqanlarının, vacib elmi-tədqiqat institututunun və təhlükəsiz 
orqanlarının əməkdaşları. 
Köçürülmüş əhalinin şəhərkənarı zonada yerləşdirilməsi adətən, yerli şəraiti nəzərə 
alaraq öz yaşadığı dövlətin ərazisində planlaşdırılır. 
Sülh dövründə köçürüləcək əhali üçün əvvəlcədən təhlükəsiz zona təyin olunur. 
Belə zonaların yerləşdirildiyi rayonlar hərbi idarəçilik orqanları və dövlət orqanları 
ilə razılaşdırılır. 
Köçürüləcək əhali adminstrasiya (sanatoriya, pansion, istirahət evləri, uşaq 
düşərgələrində və s.) və yaşayış binalarında, idarə mənsubiyyətindən və şəxsi 
mülkiyyətdən asılı olmayaraq, istilik sistemləri quraşdırılmış bağ evlərində 
yerləşdirilir. 
Həi bir müəssisədə, təşkilatda, təhsil müəssisəsində, mənzil-istismarı idarələrində 
əvvəlcədən fəhlə və qulluqçuların, onlaraın ailə üzvlərinin siyahıya alınması 
aparılır. Qeydiyyat, yerləşdirmə və təminat üçün siyahılar və şəxsiyyəti təsdiq edən 
sənəd əsas sənədlərdir. Köçürmənin müvəffəqiyyəti köçürülənlərin nizam-
intizamından və təşkilindən asılıdır. 
Köçürülmə elan olunan kimi, vətəndaşlar lazımi geyim, ayaqqabı, alt paltarı, fərdi 
mühafizə vasitələri, pul, 2-3 günlük ərzaq məhsulları və su ehtiyatı götürür. 
Sənədlərdən şəxsiyyəti təsdiq edən sənəd, hərbi bilet, əmək kitabçası, müavinət 
vəsiqəsi, təhsil müəssisəsini bitirməyi təsdiq edən diplom və attestat, nikah və 
doğum şəhadətnaməsi götürülür. 
Götürüləcək əşyalar və ərzaq məhsullarınin miqdarı, hər bir şəxsin özünın götürə 
biləcəyi qədər hesablanmalıdır. Nəqliyyatla köçürülmə zamanı götürüləcək yükün 
ümumi kütləsi 50 kq-dan çox olmamalıdır. Bütün əşyalar çantalara, çemodanlara 
qablaşdırılır. 
Köçürülmə zamanı ciddi olaraq intizam qaydalarına, köçürülməyə təhkim olunmuş 
şəxslərin bütün göstərişlərinə əməl olunmalıdır. 
Piyada dəstələri saatda 4-5 km sürəti ilə hərəkət etməlidir; hər 1-1,5 saatdan bir, 
10-15 dəqiqə istirahət edilməlidir; günün ikinci yarısında 1-2 saat istirahət edilir. 
Yola çıxmazdan qabaq yaxşı olar ki, isti qida qəbul edilsin. Piyada dəstələri 
icazəsiz tərk etmək olmaz. Əhvalında pisləşmə olan şəxslər, dəstəni müşayət edən 
tibb işçisinə müraciət etməlidir. 
İsti havalarda su rejiminə əməl olunmalı, istirahət gölgə yerlərdə olmalı, baş örtüyü 
çıxarılmamalıdır. Qış fəslində donvurma əlamətlərini vaxtında aşkar etmək üçün, 
dəri örtüklərinin vəziyyətinə nəzarət edilməlidir. 
Təhlükəsiz zonaya çatdıqda köçürülənlər qəbul məntəqələrində qeydiyyata alınır, 
sonra isə yerləşəcəyi yerə göndərilir. 
Sülh dövründə əhalinin köçürülməsinin əsas prinsipləri. 


Sülh dövründə əhalinin təxliyyəsi – əhalinin təbii və texnogen FH baş verən 
zonadan və FH ehtimal olunan ərazidən, FH zədələyici amillərinin təsirindən uzaq 
ərazidə həyat təminatlı-əvvəlcədən müəyyən olunmuş yerlərdə qısa müddətə 
yerləşdirilməsi üçün həyata keçirilən kompleks tədbirlərdir. 
 
 Köçürmə tədbirlərinin planlaşdırılması və təşkili. 
                   Köçürmə  (qəbul  etmə)  tədbirlərinin  planlaşdırılması,  təşkili  və  həyata 
keçirilməsinə  görə  ərazi  və  sahə  idarəetmə  orqanlarının  rəhbərləri  məsuliyyət 
daşıyırlar. 
           Mülki  müdafiə  qərargahları,  fövqəladə  hallar  üzrə  komissiyalar  köçürmə 
barədə  müvafiq  rəhbərlik  tərəfindən  qəbul  edilmiş  qərarların  yerinə  yetirilməsi 
üçün məsuliyyət daşıyırlar. 
           Mülki  müdafiə  xidmətlərinə  və  digər  orqanlara  onların  təyinatına  uyğun 
olaraq, köçürmə tədbirlərinin təminatı həvalə edilir. 
Təhlükəli dövrdə respublikada köçürmə işlərinə Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin fövqəladə hallar üzrə Dövlət Komissiyası ümumi rəhbərlik edir. 
              Naxçıvan 
MR-də 
əhalinin 
köçürülməsinə 
Naxçıvan 
Muxtar 
Respublikasının fövqəladə hallar üzrə komissiyası bilavasitə rəhbərlik edir. 
            Şəhərlərdən,  rayonlardan,  kənd  və  qəsəbə  sovetliklərindən  əhalinin 
köçürülməsinə bu rayonların və şəhərlərin icra hakimiyyəti orqanlarının fövqəladə 
hallar üzrə komissiyaları bilavasitə rəhbərlik edirlər. 
              Fəhlələrin, qulluqçuların, digər  işçilərin  və onların ailə  üzvlərinin,  habelə 
ali,  orta  ixtisas  məktəbi  tələblərinin,  texniki  peşə  məktəbi  şagirdlərinin 
köçürülməsinə  sahələrin  və  obyektlərin  fövqəladə  hallar  üzrə  komissiyaları 
bilavasitə rəhbərlik edirlər. 
    Şəhər və rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyaları 
yaranmış  vəziyyətdən asılı olaraq  həm  yerli əhalinin köçürülməsi,  həm də buraya 
köçürülən əhalinin qəbulu, yerləşdirilməsi və təminatı üzrə məsələləri həll edirlər. 
   Lazımi hallarda köçürmə marşrutlarında kənd rayonlarının bazası əsasında aralıq 
köçürmə məntəqələri yaradıla bilər. 
   Köçürülən  (qəbul  edilən)  əhalinin  uçotunu  aparmaq  üçün  icra  hakimiyyəti 
başçılarının  və  onların  yerlərdəki  nümayəndələrinin  qərarı  ilə  köçkünlərin 
(qaçqınların) qeydiyyat məntəqələri yaradılır. 
    Köçürülən  əhalini  mütəşəkkil  surətdə  yola  salmaq  və  qarşılamaq  məqsədilə 
köçürmə marşrutlarında nəqliyyata minmək və düşmək üçün məntəqələr müəyyən 
edilir. 
    Əhalinin  piyada  köçürmək  üçün  əvvəlcədən  piyada  dəstələrin  hərəkət 
marşrutları  müəyyənləşdirilir.  Hər  bir  marşrut  üçün  marşrut  rəisi  və  idarəetmə 
qrupu təyin edilir. 
    Köçürmə  prosesini  idarə  etmək  üçün  əsasən,  Azərbaycan  Respublikası  Rabitə 
Nazirliyinin,Fövqaladə  Hallar  Nazirliyinin,  Daxili  İşlər  Nazirliyinin  və  digər 
sahələrin bütün mövcud rabitə və xəbərdarlıq vasitələrindən istifadə olunur. 
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin