Parça maska xüsusi ülgü vasitəsilə biçilib 7 ölçüdə tikilir. Bunlardan 1-3-cü
ölçülər 3 yaşdan yuxarı uşaqlar üçündür. Üzün uzunluğu 80 mm olarkən – birinci,
81-90 mm olduqda – ikinci, 91-100 mm olduqda – üçüncü ölçülər tələb olunur.
Maskanı geymək üçün onu iki əllə bərkidici hissənin aşağı hissəsindən elə
tutmaq lazımdır ki, baş barmaqlar maskanın içərisinə doğru yönəldilmiş olsun.
Sonra maskanın aşağı hissəsini çənənin altına keçirib başa doğru çəkməklə
maskanı üzə keçirir, bərkidici hissəni başda sahmanlayır, peysər qatlarını çəkib
uclarını bağlayırlar. Daha sonra maskanı üzdə əl ilə elə düzəltmək lazımdır ki, o
alına və gicgahlara kip yatsın.
Pambıqlı tənzif sarğı ölçüləri 80x40 sm olan tənzif parçasından hazırlanır. Onun
orta hissəsinin üzərinə 20x15 sm sahədə qalınlığı 2 m olan pambıq qatı döşəyir,
tənzifin artıq qalan hər iki kənarını uzununa pambıq qatı üstünə qatlayır, tənzifin
uclarını oradan uzununa kəsirlər, bu zaman iki bağ alınır. Sarğını taxarkən onun
aşağı bağları kəllədə, yuxarı bağları isə peysərdə bənd edilir. Pambıqlı tənzif sarğı
ağızı və burunu əhatə edib örtməlidir. Belə sarğılar ancaq bir dəfə istifadə üçün
yararlıdır. Parça maska və ya sarğı olmadıqda dəsmaldan, şərfdən, yaylıqdan və s.
istifadə etmək lazımdır və mümkündür. Gözləri radioaktiv tozdan qorumaq üçün
tozdanqoruyan eynək taxmaq olar.
Dostları ilə paylaş: