Kimya əleyhinə fərdi paket (KFP) – dəri səthinin ZM damcıları və ya dumanı
ilə habelə radioaktiv maddə və bakterial vasitə aerozolları ilə zəhərlənmiş açıq
sahələrini və bu sahələrə toxunan paltar hissələrini qismən sanitariya
təmizlənməsindən keçirmək üçündür. Bu paket içərisində hər cür ZM-ni
zəhərsizləşdirmək üçün polideqazasiya mayesi olan şüşə flakondan və 4 ədəd
pambıq-tənzif salfetdən ibarətdir.
Bir sıra ZM, xüsusən fosforlu-üzvi maddələr hətta fiziki zədələnməsi olmayan
dəri örtüyündən bədənə sürətlə sorula bildiyi üçün deqazasiyanın səmərəliliyi
zəhərlənmədən sonra sanitariya təmizlənməsinə başlanması müddətindən bilavasitə
asılı olur. Qismən sanitariya təmizlənməsi ZM mühafizə edilməmiş dəri örtüyünə
tə’sir göstərmədən sonrakı 5 dəqiqə müddətində keçirilsə, onda təmizlənmə son
dərəcə səmərəli olacaqdır.
Fərdi sarğı paketi yanlara, yanıq yerlərinə sarğı qoymaq, habelə bə’zi növ
qanaxmaları dayandırmaq üçün işlədilir.