ilk infeksion xəstəni vaxtında təyin etmək
xəstəni təcrid etmək, onunla kontaktda olanları təyin etmək
xəstəlik haqqında təcili xəbərdarlıq
təcridetmə və rejimli ( karantin) tədbirlərinin görülməsi
xəstə ilə kontaktda olanla nəzarət, onların təcridi
təcili və spesifik profilaktika
dezinfeksiya, dezinseksiya və deratizasiya
su, ərzaq məhsullarından nümunələr götürüb analiz olunması
Bakterioloji zədələnmə ocağında infeksion xəstəliyin yayılmasının qarşısını almaq
üçün xüsusi rejim – karantin rejimi qoyulur.
Karantin – bakterial zədələnmə ocağını tam təcrid etmək, infeksion xəstəliyin
yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə
yetirilən epidemiya əleyhinə rejimli profilaktika tədbirlər sistemidir. Karantinin
məqsədi zədələnmə ocağını tam təcrid etmık və xəstəliyi aradan qaldırmaqdır.
Rejimli tadbirlərə aiddir: zədələnmə ocağını təcrid etmək, əhalini kiçik qruplara
bölmək, ocaqda komendant xidməti yaratmaq, əraziyə giriş və çıxışı qadağan
etmək, ev əşyalarının və heyvanlarının ərazidən çıxarılmasına qadağan qoymaq,
ocağın içərisində hərəkəti məhdudlaşdırmaq.
Epidemiya əleyhinə tədbirlər
Epidemiya əleyhinə tədbirlərə aiddir: təcili profilaktika, xəstələrin və şübhəlilərin
müəyyən olunması, təcrid olunması, qospitala göndərilməsi və müalicə olunması,
əhalinin sanitar təmizlənməsi, Ərazinin, nəqliyyatın, əşyaların, mənzillərin
dezinfeksiyası.
Karantin qoyulan ərazidə bütün müəssisələrdə işlər dayandırılır, tədris
müəssisələrində dərslər dayandırlır, bazarlar və əhalinin kütləvi yığıldığı yerlər
bağlanılır. Fəhlə və qulluqçular profilaktik sanitariya təmizlənməsindən keçirilir.
Karantin zonasına giriş mülki müdafiə qərargahı rəisi tərəfindən yalnız xüsusi
birləşmələrə verilir. İşini davam etdirın xalq təsərrüfatı obyektləri xüsusi rejimə
keçirilir, işçılər kiçık qruplara bölünür, onlar arasında kontakt azaldılır.
Qidalanmaq və istirahət üçün xüsusi otaqlar ayrılır. Əhaliyə evlərindən çıxmamaq
tövsiyə olunur, ərzaq , su lazım gəldikdə xüsusi dəstələr vasitəsilə evlərə çatdırılır.
Karantin müddəti son xəstənın təcridindən sonra xəstəliyin inkubasiya dövrü
müddətinə uyğun vaxt keşdikdən, şəxsi heyətin tam sanitariya təmizlənməsi və
yoluxmuş obyektlərin dezinfeksiyası başa çatdıqdan sonra təyin olunur. Tibb
xidmətinin şəxsi heyəti xüsusi təhlükəli xəstəliklə yoluxmuş xəstələrə xidmət
zamanı taun əleyhi qoruyucu kostyumlarda işləyirlər.
Xəstəlik xüsisi təhlükəli xəstəliklərə aid olmadıqda və kütləvi xəstələnmə təhlükəsi
olmadıqda observasiya rejimi təyin olunur.
Dostları ilə paylaş: