xlorpikrin kəskin iyli, rəngsiz, yağlı mayedir. Xlorpikrin buxarları gözlərin selikli
qişalarını, ağciyərləri güclü surətdə, yuxarı nəfəs yollarını azacıq qıcıqlandırır.
Ümumi zəhərləyici təsirə də (xüsusən, kapillyar damarlara) malikdir.
Sianid turşusu rəngsiz, şəffaf mayedir. Acı badam iyinə bənzər bihuşedici iyi
var. Sianid turşusunun buxarları ilə nəfəs alarkən, o, dəri səthindən sorulmaqla və
qida yolları ilə birbaşa daxilə keçərək zəhərlənmələrə səbəb olur.
Fosgen çürük ot iyi verən rəngsiz qazdır. Fosgen torpağı, texnikanı, avadanlığı
zəhərləyə bilmir. Fosgen buxarları ilə nəfəs alarkən ağciyərlərin spesifik
zəhərlənməsi baş verir. Bundan başqa o, gözlərə və selikli qişalara zəif
qıcıqlandırıcı təsir göstərir, dəriyə təsir etmir.
Kimyəvi silah tətbiq olunan və ZM dağılan ərazilərdə kimyəvi zəhərlənmə
ocağı yaranır. Kimyəvi zəhərlənmə ocağı o əraziyə deyilir ki, orada ZM-in təsiri
nəticəsində əhalinin, heyvanların və bitkilərin zədələnməsi baş verir. Kimyəvi
zəhərlənmə ocağının ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasından,
onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji şəraitdən və yerin
relyefindən asılı olur. Kimyəvi zəhərlənmə ocağı iki zonaya - ZM ilə bilavasitə
zəhərlənən əsas zonaya və ZM–in buxar və ya aerozolları yayılan ikinci zonaya
ayrılır.
QTKM-dən mühafizə olunmaq üçün sənaye əleyhqazlarından və xüsusi
respiratorlardan istifadə olunur.
Dostları ilə paylaş: