Ümumzəhərləyici təsirli ZM əsasən tənəffüs üzvlərindən keçib orqanizmin ən
vacib sistemlərinə sürətlə təsir göstərən tez buxarlanan kimyəvi birləşmələrdir.
Zəhərləyici maddələrin bu qrupuna sianid turşusu və xlorsian aiddir. Son
vaxtlar sianid turşusu Qəza təhlükəli kimyəvi maddələrə aid edildiyi üçün onun
xassələri sonrakı paraqrafda nəzərdən keçiriləcəkdir.
Xlorsian kəskin iyli, sudan ağır, rəngsiz mayedir. Suda məhdud miqdarda
(7%), üzvi həlledicilərdə (spirt, efir) yaxşı həll olur.
Xlorsian qıcıqlandırıcı təsirə malikdir. İlk qıcıqlandırma konsentrasiyası
0,0025 mq/l, güclü yaş axma və bəbəklərin spazmasına səbəb olan dözülməz
konsentrasiyası 0,06 mq/l-dir. Bundan artıq konsentrasiyalar orqanizmin ümumi
zəhərlənməsi ilə nəticələnir. Xlorsian davamsız zəhərli maddədir.