Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə143/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   139   140   141   142   143   144   145   146   ...   218
Mülki müdafiə (Mühazirələr)

ZM-in qrupları 
ZM adları 
1.  Sinir iflic edici ZM; 
V-qazlar 
Zoman 
Zarin 
2.  Ümumzəhərləyici ZM; 
Sianid turşusu 
Xlorsian 
3.  Dəridə yara çıxaran ZM; 
Texniki iprit 
Saf iprit 
Azotlu iprit 
Lünzit 
4.  Boğucu təsirli ZM; 
Fosgen 
Difosgen 
5.  Qıcıqlandırıcı ZM; 
Adamsit 
Si-Es 
Xlorasetofenon 
Brombenzilsianid 
6.  Psixokimyəvi təsirli ZM 
Bi-Zet 
Psilosibin 
Tremorin 
Meskain 
Lizerkin turşusunun törəmələri 
Sinir iflic edici  ZM kimyəvi strukturuna görə  fosforlu  üzvi  maddədir (FÜM). 
Belə maddələrə zarin, zoman və V qazı aiddir. 
Zarin  və  zoman    rəngsiz  (və  ya  sarımtıl),  səciyyəvi  iyli  mayelərdir.  Bu 
maddələr üzvi həlledicilərdə, o cümlədən yağlarda və yağaoxşar maddələrdə yaxşı, 
suda  isə  zəif  həll  olur,  havada  tez  bir  zamanda  ölümcül  təsir  göstərən  yüksək 
konsentrasiyalı buxar törədir. Yay vaxtı ərazini zarin damcıları 8 saata, zoman isə 
bir sutkaya qədər müddətə zəhərləyə bilər. 


  
 
Zəhərləyici qaz 
 
Zarinin  buxarları  havadan 4,77 dəfə, zomanın buxarları  isə 6,33 dəfə  ağırdır. 
Zarinin ikinci buludunun zədələyici təsiri 4-7 saatadək davam edir. Su axmazlarda 
zarinin zəhərləyici təsiri 25 sutkayadək, zomanın isə 2,5 ayadək qalır. 
V qazı suda zəif, üzvi həlledicilərdə, yanacaq, sürtgü materiallarında yaxşı həll 
olan  rəngsiz  mayedir.  Rezin-texniki  məmulatlara  və  lak-boyaq  örtüklərinə  yaxşı 
hopur. Yavaş buxarlandığı üçün (20ºC-də 10
-3
 mq/1) ərazidə uzun müddət qalır. 
V qazı, zoman, zarin davamlı zəhərləyici maddələrdir. 
Fosforlu  üzvi  zəhərli  maddələr  (FÜZM)  tətbiq  edilərkən  zəhərlənmə,  adətən, 
maye  damcılarının  dəri səthinə düşməsi  hallarında,  yaxud  həmin  ZM-in buxarları 
tənəffüs yollarından keçərkən baş verir. 
Fosforlu  zəhərləyici  maddələrin  konsentrasiyası  5·10
7
  mq/l-dən  az  olan 
hallarda 5-6 saat əleyhqazsız qalmaq mümkündür. 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin