Qərargahların əsas vəzifələri. I. Dinc dövrlərində: 1. MM planlarının hazırlanması və onun təhlil edilməsi;
2. MM üzrə əhalinin hazırlığının təşkili;
3. Dinc dövrlərində həyata keçiriləcək tədbirlərin təşkili və aparılması;
4. İdarəetmə, rabitə və xəbərdarlıq sistemlərini yaratmaq və onların fasiləsiz
işləməsini təmin etməkdir.
II. Fövqəladəhadisəzamanı: 1. Rəhbər işçilərin, xidmətrəislərinin, MM qüvvələrinin və bütün əhalinin
yaranmış vəziyyət haqqında xəbərdar edilməsi;
2. Xilasetmə işlərini keçirmək üçün, MM qüvvə və vasitələrinin
qruplaşmalarını təşkil etmək;
3. Kəşfiyyat və dozimetrik-kimya nəzarətini təşkil etmək;
4. Yaranmış vəziyyətdən nəticə çıxarmaq, vəziyyət barədə qonşu rayon və
obyektləri xəbərdar etmək;
5. Hərtərəfli təchizatı təşkil etmək;
6. Məxfilik rejimin saxlanılması və xidməti sirrin qorunması tədbirlərini
həyata keçirmək.
MM qərargahı əsas diqqəti MM tədbirlərinin vaxtında yerinə yetirilməsinə
verməlidir.
Bu tədbirlər müdafiə qurğularının tikilməsi, FMV-in fondunun yaradılması,
MM qüvvələrinin təşkili, onların hazırlığı, habelə, obyektin fövqəladə hadisələr
zamanısa bitişinin təşkili və s. ibarətdir.
Hər bir qərargah, bütün MM tədbirlərinin yerinə yetirilməsini istənilən
şəraitdə təmin etməyə qadir olan yığcam və intizamlı kollektiv olmalıdır.