Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə25/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   21   22   23   24   25   26   27   28   ...   218
Mülki müdafiə (Mühazirələr)

       Radiorabitə –  obyektdə,  adətən  MM  rəhbərinin  radioşəbəkəsi  təşkil  edilir, 
buraya dəstə komandirlərinin  radiostansiyaları qoşulur. Obyekt MM  rəhbərlərinin 
radiostansiyası  isə  şəhər  (rayon)  rəhbərinin  radioşəbəkəsinə  daxil  edilir. 
Radiorabitədən  xüsusən  yürüş  zamanı  və  zədələnmə  ocaqlarında  xilasetmə  işləri 
aparılarkən istifadə olunur. 
       Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə 
vasitələr  kimi,  belə  avadanlıq  olmayan  hallarda  –  əsas  rabitə  növü  kimi  istifadə 
edilir. 


       Siqnalla  rabitə  vasitələri –  sirenalar,  siqnal  raketləri  və  bayraqcıqları  həm 
xəbərdarlıq  üsün,  həm  də  MM-in  sərəncəm  və  komandalarını  çatdırmaqdan  ötrü 
yardımçı vasitələr kimi işlədilir. 
        Rabitə  xidmətini  icra  etmək  üçün  obyektlərdə,  eləcə  də  MM  qüvvələrində 
rabitə qrupları və manqaları yaradılır. Bunlardan təşkilati strukturu, şəxsi heyətinin 
sayı  və  avadanlıqla  təchizat  normaları  yuxarı  MM  rəhbərləri  tərəfindən  müəyyən 
edilir. 
       Müəllim  rabitə bölmələrinin təşkilati  quruluşunu sxemlərdə  izah edir,  onların 
təchizatındakı  əsas  rabitə  vasitələrinin  nümunələrini  göstərib,  qısa  taktiki-texniki 
göstəriciləri ilə dənləyiciləri tanış etdikdən sonra deyir  ki, obyektin rabitə sistemi 
MM-in  bütün  fəaliyyət  mərhələlərində  –  yəni  müəssisənin  daimi  yerləşdiyi  yerdə 
və  xilasetmə  işləri  aparılan  sahələrdə  obyekt  rəhbərini  etibarlı  rabitə  ilə  təmin 
etməlidir.  Məsələn,  müəssisənin  daimi  yerində  MM-ə  hazırlıq  səviyyələrinə 
keçirilərkən  rabitə burada əvvəlcədən düzəldilmiş  idarəetmə  məntəqəsindən təşkil 
edilir. 
       Məntəqədə aşağıdakı rəbitə vasitələri olmalıdır: 
- obyektin xəbərdarlıq vasitələrini idarə edən aparatlar; 
-  nazirliyin  (şirkətin)  eləcə  də  rayonun  (şəhərin)  MM  qərargahı  digər  təşkilatları 
ilə  telefon rabitəsi; 
- müəssisənin sığınacaqları, «Hava həyacanı» siqnalı üzrə işini dayandırmayan   
     sexləri, eləcə də MM qüvvələri, o cümlədən də müşahidə postu ilə bilavasitə,   
     yaxud, obyektdəki ATS vasitəsilə telefon rabitəsi; 

rayonun 
köçürmə 
(qəbuletmə), 
toplanış, 
nəqliyyata 
mindirmə 
(düşürmə)  məntəqələri ilə – şəhərin ATS-i vasitəsilə telefon rabitəsi; 
-  obyektin  şəhərdənkənar  zonadakı  operativ  qrupu  ilə  sifariş  sistemi  qaydasında 
telefon rabitəsi; 
- yerli MM qərargahı və fəaliyyətdə olan kəşfiyyat bölmələri ilə radio rabitəsi. 
         Digər  hallarda  da  rabitənin  müxtəlif  növlərindən  kompleks  surətdə  istifadə 
edilir.Sonra müəllim xəbərdarlığın təşkili sxemini izah edir. 
  
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin