4.MM rabitə və xəbərdarlıq sisteminin vəzifələri və təşkili prinsipləri.
Mühafizə tədbirləri həyata keçirilərkən Mülki Müdafiə qüvvələrinə rəhbərlik
üçün MM idarəetmə sistemi yaradılır. Bu sistemin məqsədi hər cür şəraitdə
tabelikdəki qüvvə və vasitələrin fəaliyyətə hazırlanmasına və əməli işlərinə daimi
rəhbərliyi və nəzarəti təmin etməkdir.
Rabitə-idarəetmə – sisteminin tərkib hissəsidir və onun əsas vasitələrindən
biridir. Rabitə olmadan fasiləsiz və çevik idarəetmə mümkün deyil. Xüsusən
fövqəladə hadisələr yaranan dövrdə, çox böyük əhəmiyyət kəsb edir. Buna görə də
MM-in bütün vasilələrində, obyektlərdə, rayon və şəhərlərdə, respublikada onların
rəhbərlərinin qərarları ilə müvafiq rabitə və xəbərdarlıq sistemləri təşkil edilir.
MM-in rabitə sistemi mövcüd olan bütün rabitə qüvvələri və vasitələrinin, o
cümlədən də obyekt daxili rabitə şəbəkəsinin vahid təşkilati-texniki birliyinə
deyilir. Belə sistem ümumdövlət və sahə rabitə xətlərindən, radio, radio-rele və
məftilli rabitə qovşaqlarından və stansiyalarından eləcə də MM qərargahlarının
tabelli texniki rabitə avadanlığından, səyyar və siqnal vasitələrindən istifadə
edilməklə yaradılır.
Bütün səviyyələrdən olan rabitə sisteminin əsas vəzifələri tabelikdəkilərin
fasiləsiz idarə edilməsini, qarşılıqlı fəaliyyətin təşkil olunması və saxlanmasını
həmçinin sərəncəmların, siqnalların və mə’lumatların vaxtında verilməsi və qəbul
olunmasını təmin etməkdən ibarətdir. Rabitə-yuxarı təşkilatın rəhbəri, tabelikdəki
qüvvələr və qoşunlar, həmçinin qarşılıqlı fəaliyyət göstərən orqan və qüvvələr
arasında təşkil edilir.
Rabitə sistemi işə daim hazır vəziyyətdə saxlanmalı, informasiyanın e’tibarlı
surətdə fasiləsiz, dəqiq və tez çatdırılmasına imkan verməlidir.
Buna nail olmaq üçün idarəetmə məntəqələrində rabitə qovşaqlarını
əvvəlcədən yaratmaq, bütün rabitə vasitələrindən kompleks halında istifadə etmək,
eləcə də rabitə vasitələrinin ehtiyatlarını yaratmaq lazımdır. Fövqəladə hallarda
rabitə sisteminin sabitliyini artıran tədbirlərin həyata keçirilməsi, qərargah və
xidmət işçilərinə texniki rabitə vasitələrini dəqiq işlətmək, onlara vaxtında və
düzgün xidmət göstərmək qaydalarının öyrədilməsi, şəxsi heyətin və avadanlığın
e’tibarlı müdafiəsinin təmin olunması da bu sahədəki əsas tədbirlərdəndir.
Rabitənin təşkili üçün radio-telefon (məftilli rabitə), səyyar və siqnalla rabitə
vasitələrindən istifadə olunur. Bunlara rabitənin növləri deyirlər.
Radio və telefon növü ən mürəkkəb şəraitdə belə istənilən məsafədəki çoxlu
orqanlarla eyni zamanda və dərhal rabitə yaradıb əlaqə saxlamağa imkan verir.
Məftilli rabitə vasilərindən isə fövqəladə hadisələr dövründə Mülki
Müdafiənin bütün strukturlarında geniş istifadə olunur.
Səyyar rabitə vasitələri xüsusən xilasetmə işləri aparılan vaxt cürbəcür
operativ sənədləri, şifahi sərəncamları, məlumat və xəbərləri icraçılara, eləcə də
yuxarı qərargahlara çatdırmaq üçündür. Səyyar rabitə vasitəsi kimi təyyarələrdən,
vertolyotlardan, avtomobillərdən və digər nəqliyyat vasitələrindən, bir sıra hallarda
isə hətta piyadalardan da istifadə edilə bilər.
Siqnalla rabitə vasitələrindən – əhalini xəbərdar etmək, habelə göstəriş və
siqnalları təkrar vermək məqsədilə istifadə olunur. Siqnal vasitələri elektrik və əl
sirenalarından, siqnal raketlərindən, ye’ni işıq və səs siqnalı verən vasitələrdən
ibarətdir.
MM-in xəbərdarlıq sistemi də rabitə vasitələri əsasında təşkil olunmuşdur.
Xəbərdarlıq sistemi dedikdə, MM orqanlarına əhaliyə siqnal və göstərişləri
çatdıran üsul və vasitələrin vahid sistemi nəzərdə tutulur.
Bu sistemə mərkəzləşdirilmiş xəbərdarlıq aparatları, radio-yayım
(translyasiya) şəbəkəsi və sirenalar daxildir. Sistemin əsas vəzifəsi MM-in rəhbər
heyətinə, qərargahlar və xidmətlərə idarəetmə orqanlarını, MM qüvvələrini,
obyektləri müxtəlif hazırlıq səviyyələrinə keçirmək haqqında sərəncamları vermək,
eləcə də bütün əhaliyə düşmən hücumu təhlükəsi, yaxud havadan basqın,
zəhərlənmə, təbii fəlakət və qəzalar barədə siqnalları, xəbər və məlumatları qısa
müddətdə çatdırmaqdır.
Xəbərdarlıq müvafiq MM rəhbərinin, yaxud yuxarı qərargahın göstərişlərinə
əsasən təşkil edilir. Xəbərdarlıq siqnalları bütün rabitə və yayım vasitələri ilə
növbədənkənar verilir və yerli MM qərargahları tərəfindən təkrar etdirilir.
Rabitənin və xəbərdarlığın təşkilindəMM qərarğahlarının rolu.
Qərarğah bütün mühafizə işlərinin təşkilatçısı, mülki müdafiənin əsas
idarəetmə orqanıdır. Etibarlı rabitə sisteminin yaradılmasına və xəbərdarlığın
vaxtında təşkil edilməsinə məhz qərarğah cavabdehdir. Bu, onun ən vacib
vəzifələri sırasına daxildir.
Qərarğah rabitəni və xəbərdarlığı MM rəhbərinin qərarı və yuxarı qərarğahın
rabitə haqqında sərəncamı əsasında təşkil edir. Rabitənin təşkilinə ümumi rəhbərlik
şəxsən MM qərarğahının rəisinə həvalə olunmuşdur.
O özünün tabeliyindəki rabitə qüvvələri və vasitələrinin vəziyyətini və
imkanlarını bilməyə, rabitənin təşkili üzrə vəzifələri vaxtında müəyyənləşdirməyə
və tabelikdə qərarğahlara, qüvvələrə rabitənin yaradılması barədə sərəncam
verməyə borcludur.
Rabitəni və xəbərdarlığı bilavasitə təşkil etmək və həyata keçirməkdən ötrü
şəhərlərdə (rayonlarda, obyektlərdə) sülh dövründə mövcud olan müvafiq qüvvə və
vasitələrdən istifadə etməklə rabitə xidməti və hərbiləşməmiş rabitə dəstələri
yaradılır. Xidmətin rəisi vəzifəsinə-bazası əsasında xidmət yaradılan müəssisənin,
bölmənin (rabitə qovşağı, telefon stansiyası və s.) rəhbəri təyin olunur. Belə xidmət
yaratmaq üçün baza (rabitə qovşağı, telefon stansiyası və s.) olmayan obyektlərdə
rabitə və xəbərdarlığın təşkil vəzifəsi MM qərargahı rəisinin köməkçilərindən
birinə həvalə edilə bilər. Xidmətin rəisi rabitə və xəbərdarlıq üzrə tədbirlərin
planlaşdırılması, vaxtında həyata keçirilməsi, qüvvə və vasitələrin daim hazır
saxlanması, avadanlığın təmir olunması üçün cavabdehdir.
Dostları ilə paylaş: |