III. BÖLMƏ: Fövqəladə hadisələr rejimində qəza-xilasetmə və digər təxirə salınmaz işlərin təşkili. Bu bölmədə əks olunur:
fövqəladə hadisə baş vermiş ərazilərdə ümumi və xüsusi kəşfiyyatın aparılması,
kimyəvi zəhərlənmə və radioaktiv çirklənmənin, tikili və kommunikasiya
şəbəkələrinin dağılma dərəcəsinin müəyyən edilməsi, dəyən ziyan və itkilərin
miqdarının dəqiqləşdirilməsi;
mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin
təşkil edilməsi və həyata keçirilməsi;
fövqəladə hadisə baş vermiş ərazidən işçilərin çıxarılması, köçürülməsi və onların
müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi;
xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi və onların müalicə ocaqlarına
göndərilməsinin təşkili;
bitki və heyvanların xilas edilməsi üçün tədbirlərin görülməsi (aidiyyatı üzrə);
xəsarət ocaqlarında sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərinin həyata
keçirilməsi;
işçilərin zəruri ərzaq ehtiyatı ilə təmin edilməsi;