FÖVQƏLADƏ HADİSƏLƏRİN TƏSNİFATI Fövqəladə hadisə – insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə
ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti
şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar,
qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Fövqəladə hadisələr qiymətləndirilməsinə və onlara qarşı adekvat tədbirlər
görmək üçün tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə, digər
əlamətlərinə görə təsnif edilir.
Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onda
onları iki növə ayırmaq olar.
- Münaqişəli;